01.09.2016 Gündəlik Bürclər (1 Sentyabr 2016 Günlük Bürclər)

31 Ağustos 2016
3 640
0
01.09.2016 Gündəlik Bürclər (1 Sentyabr 2016 Günlük Bürclər)
QOÇ - Kifayət qədər gərgin gün olduğundan tədbirli və ehtiyatlı olmağı unutmayın. Özünüzü istənilən təzyiq və təxribatdan qoruyun. Nəqliyyatda isə xüsusilə diqqətli olmalısınız.

BUĞA - Ulduzlar bütün səlahiyyəti öz əlinizə verəcək. Odur ki, hər bir məsələdə obyektiv qərarlar qəbul etməlisiniz. Ətrafınızda olanlarla xoş davranın. Pulla bağlı diqqətli olun.

ƏKİZLƏR - İlk öncə ailə-sevgi münasibətlərini yaxşılaşdırın ki, gərginliyiniz azalsın. Günün ikinci yarısında sürprizlər mümkündür. Şəxsi büdcənizi artırmaq ehtimalınız da var. Yaxın səfərə çıxmağa dəyər.

XƏRÇƏNG - Hiss olunur ki, hansısa məsələyə görə tərəddüd içində qalmısınız. Əgər özünüz qərar çıxara bilmirsinizsə, etibar etdiyiniz insanlarla məsləhətləşin. Ayın bürcünüzdə olduğunu da unutmayın.

ŞİR - Hansısa qanqaraldan hadisə gözlənilmir. Şübhə ilə yanaşdığınız adamları isə ittiham etməyə tələsməyin. Sizə hadisələri dərindən analiz etmək lazımdır. Nahar ərəfəsində təklif ala bilərsiniz.

QIZ - Bəri başdan nəzərinizə çatdıraq ki, bu təqvim sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın ki, əsas vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edəsiniz.

TƏRƏZİ - Təzə ayın bu ilk günündə ulduzlar sizə daha çox istirahət vəd edir. Maraqlı sürprizlər, qonaqlıqlar yolunuzu gözləyir. Nahardan sonrakı saatlarda ovqatınızı yüksəldən insanlarla rastlaşacaqsınız.

ƏQRƏB - O qədər də uğurlu gün deyil. Daxili sıxıntılarınız, səhhətinizlə bağlı problemlər, eləcə də mövcud şəraitdən narazılığınız əhvalınızı aşağı sala bilər. Yalnız qazanmaq şansınız var.

OXATAN - Bəri başdan nəzərinizə çatdıraq ki, bu gün uzaq səfərə çıxmağınız məsləhət deyil. Vaxtınızı ailənizlə və ya müştərək fəaliyyət göstərdiyiniz dostlarınızla birlikdə keçirin.

OĞLAQ - Məhəbbət və pul. Göy qübbəsi bu gün sizə məhz bu iki sahədə uğurlar bəxş edəcək. Deməli, büdcənizi ağırlaşdırıb sevdiyiniz adamla maraqlı bir təqvim yarada biləcəksiniz. Hər halda, uğurlar!

DOLÇA - Düşünülməmiş risklərdən uzaq olsanız, ulduzlar sizi incitməyəcək, əksinə, günün sonuna qədər ovqatınızın xoş olması üçün canfəşanlıq göstərəcək. Axşam təzə xəbərlər də gözlənilir.

BALIQLAR - Dünənki ovqatınız bu gün də davam edəcək. Ətrafınızda hər şey gözəl olacaq. Hətta maddi durumunuz imkan versə, səfər də etmək olar. Şəxsi işlərinizdə isə dönüş gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.