30.09.2016 Gündəlik Bürclər (30 Sentyabr 2016 Günlük Bürclər)

29 Eylül 2016
3 742
0
30.09.2016 Gündəlik Bürclər (30 Sentyabr 2016 Günlük Bürclər)
QOÇ - Yaxşı olar ki, fəaliyyətə ara verib daha çox istirahətlə məşğul olasınız. Bunu etməsəniz ümumi yorğunluğunuz və daxili süstlüyünüz səngiməyəcək. Qonaq getmək olar.

BUĞA - İxtiyarınızda olan bu təqvimdə müəyyən gərginliklərlə baş-başa qala bilərsiniz. Odur ki, həmin ərəfədə bütün vacib planlarınızı təxirə salmalısınız. Fəaliyyətdə öz məsuliyyətinizi anlayın.

ƏKİZLƏR - Saat 15-ə qədər nəzərdə tutduğunuz planların bir çoxunu reallaşdıracaqsınız. Bunun üçün ilk növbədə ədalət prinsiplərinə söykənməlisiniz. Nahardan sonra səfərə çıxmağa dəyər.

XƏRÇƏNG - Astroloji göstəricilər səhhətinizdə problemlərin olacağını göstərir. Hər addımda ehtiyatlı olun. Ələlxüsus da qida və yuxu rejiminə ciddi riayət edin. Borc almağa girişməyin.

ŞİR - Kifayət qədər məhsuldar gündür. Kiminsə işlərinizə mane olacağını ağlınıza gətirməyin. Əksinə, nəzərdə tutduğunuz planların böyük əksəriyyəti öz həllinə yaxınlaşacaq.

QIZ - Bu gün hansısa fəaliyyətinizin səmərə verəcəyi inandırıcı görünmür. Lakin buna görə ruhdan düşməyinizə əsas yoxdur. Əksinə, sövdələşmələrə başlamaq və gəlir əldə etmək üçün uğurludur.

TƏRƏZİ - Məhəbbət aləmində romantik məqamlar yaşamaq istəyirsinizsə, bu təqvimdən maksimum yararlanın. Əmin olun ki, cəhdləriniz boşa çıxmayacaq. Riskli sövdələşmələrdən yayının.

ƏQRƏB - Görüşə çıxmaq, yeni işlərə başlamaq, sövdələşmələrdə iştirak etmək üçün səmərəli vaxtdır. Çalışın ki, ürəyinizin səsinə qulaq asasınız. Ağır fiziki işlərdən uzaq olmağa cəhd edin.

OXATAN – Planetlərin bürcünüzdəki neqativ quruluşu sağlıq durumunuzda mənfi fəsadlar əmələ gətirə bilər. Buna baxmayaraq, fəaliyyətdə uğurlarınız gözlənilir. Oturaq işləri məhdudlaşdırın.

OĞLAQ - Mübahisəli gün olsa da, Göy qübbəsi maliyyə durumunuzda irəliləyiş olacağını bildirir. Bir şərtlə ki, kisənizdən etibarsız insanlara borc verməyəsiniz. Yoxsa müflisləşəcəksiniz.

SUTÖKƏN - Günün birinci yarısında bütün işlərinizi yekunlaşdırmağa çalışın. Çünki sonrakı müddətdə buna imkan tapmayacaqsınız. Ulduzlar nahardan sonra maraqlı görüşlərdən xəbər verir.

BALIQLAR - Bəzi bürclərdə olduğu kimi sizin də səhhətlə bağlı problemləriniz mümkündür. Bunun qarşısını almaq üçün ilk növbədə əsəblərinizi qorumalısınız. Nahardan sonra sürpriz gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.