ALiYeVdən Günlük Bürclər 10.10.2014

09 Ekim 2014
2 295
0
ALiYeVdən Günlük Bürclər 10.10.2014
ALiYeVdən Günlük Bürclər 10.10.2014

Qoç - Uğursuz gündür. Özünüzə bənzəmirsiniz. Küsür, inciyir, heç bir səbəb olmadan münaqişə edir, hətta sevdiyiniz insanla da dartışırsınız. Məsuliyyətsiz və düşünülməmiş şəkildə davranmayın.
Emosiyalar güclüdür. Hisslərin təsirinə düşərək sonradan peşmançılığınıza səbəb olacaq addımlar atmayın. Nüfuzlu insanla mübarizə, yazılmamış qanunları dağıtmaq fikrinə düşməyin. Düşdünüzsə, mübarizəyə və çətinliklərə hazır olun.
Səhhətinizə fikir verin. Hava sizdə süstlük, yorğunluq, iştahsızlıq, başağrısı yarada bilər.
Yorucu fiziki əmək məsləhət deyil.

Buğa - Qarşınıza qoyduğunuz istənilən məqsədə çatmaq üçün yolu diqqətlə seçin.
Ciddi olun. Hətta ən kiçik məsələlərdə hərdəmxəyal davranış yolverilməzdir. Nəzərdə tutduğunuz işi təxirə salmayın, sürəkli istirahət fikrinə düşməyin.
Bu gün əyləncə və ya istirahət vaxtı deyil. Toparlanın, aktiv fəaliyyətdə olun.
Maliyyə itkiləri istisna deyil. Alış-veriş uğurlu olmayacaq. Dəvət aldığınız tədbirdən qalmayın. Yaxın insanlarla ünsiyyət sizi sevindirəcək.
Axşam saatlarında sakit istirahəti seçin.

Əkizlər - Diqqət mərkəzində olmağa çalışırsınız. Ekstravaqant addımlar atmayın, absurd fikirlərə düşməyin. Ətrafdakı insanlarla münasibətlərdə anlaşılmazlıqlar və yanlışlıqlara yol verməyin.
Təriflərə, şirin vədlərə, yaltaq insanın dediklərinə inanmayın. Ağıllı məsləhət verən və ya sizin səhv addımınızı tənqid edən insandan inciməyin.
Axşam saatlarında romantik macəralar aramayın. İstənilən çətin situasiyada çıxış yolu var. Yetər ki, ruhdan düşməyəsiniz.

Xərçəng - İstənilən işin öhdəsindən gələcəyinizə əmin olun. Problemlər sizi məramınızdan çəkindirməsin. Səy göstərib zəhmət çəksəniz, irəliləyəcəksiniz. Uğura bel bağlamayın, çalışın.
Həmkar və ya tərəfdaşla fikir ayrılığı yarana bilər. Münaqişənin alovlanmasına imkan verməmək üçün güzəşt variantını seçin.
Yeni tanışlıq, romantik macəra istisna deyil. Başqa zaman fikir verməyəcəyiniz və uyğunsuz sayacağınız insanlar indi sizi cəlb edirlər.

Şir - Niyə məhz belə addımlar atdığınızı hətta öznüzə belə, izah edə bilmirsiniz. Fəaliyyətinizin gərəkli nəticə verməsi üçün sayıq davranın. İntuisiya güclüdür və hadisələrin inkişaf məcrasını qismən də olsa, təxminləyə bilərsiniz.
Özünüz səhv etməməklə yanaşı, yaxınlarınızın da qeydinə qalın. Faydalı tanışlıq istisna deyil. Böyük planı həyata keçirə biləcəyiniz müttəfiq tapmaq şansı var.
Dəyişmək istədiklərinizi asanlıqla dəyişəcəksiniz: vərdişi, yaşamınızdakı situasiyanı... Uğurlar sizi ruhdandırır, əhvalınız yaxşılaşır.
Sevdiyiniz insana axşam saatlarında sürpriz edin.

Qız - Günün əksər hissəsində yanınızda pozitiv və maraqlı insanlar olacaq. Lakin müzakirə olunacaq məsələlər o qədər də mühüm deyil. Olsun, hər gün problemləri həll etmək yorucudur.
Günün ikinci yarısında kiçik anlaşılmazlıqlar, məşiət texnikasının sıradan çıxması istisna deyil. Şüşə əşyalarla ehtiyatlı olun. Əvvəlki günlərlə müqayisədə, bu gün həmin əşyalara daha tez sınır.
İşgüzar aktivlik səviyyəsi aşağıdır. Tənbəllik etməyin, süst davranmayın. Gün altında çox qalmayın.

Tərəzi - Parlaq, yaddaqalan, zəngin gün olacaq. Bir dəqiqə də darıxmayacaqsınız. Ətrafınızdakı insanlar üçün sizinlə təmaslar maraqlıdır. Nüfuzlu insanın diqqətini cəlb edə bilərsiniz. Romantik və ya dostluq münasibətləri başlaya bilər.
Günün maliyyə durumu əlverişlidir. Alış-verişdə arzuladığınız əşyanı və ya məhsulu ala bilərsiniz.
Daşınmaz əmlakla bağlı sövdələşmə və ya anlaşma əlverişli deyil. Günün ikinci yarısı səfər, səyahət üçün əlverişlidir. Planınız baş tutacaq.

Əqrəb - Narahat, gərgin, amma maraqlı gündür. Yanınızdakı insanların, iş yoldaşlarınızın və ya tərəfdaşın fikirlərini anlamağa, hisslərini başa düşməyə çalışın. Nikbin, gülərüz olun. Yeni tanışlıqlar olacaq.
Bu gün başlayacaq münasibətlərə layiq olduğundan artıq səviyyədə ciddi yanaşmayın. Təmaslar səthidir, sizi heç nəyə vadar etmir.
Təşəbbüslər üçün yaxşı gündür. Onları dəyərləndirəcəklər.
Ailə üzvləri ilə ünsiyyətdə həssas və diqqətli, habelə səbrli olun.
Axşam saatlarında xoş xəbər alacaqsınız.


Oxatan - Xırda məsələlərə həddən ziyadə önəm verib əhvalınızı pozmayın. Ətrafınızdakı şəxslər sizi daha nikbin olmağa çağırırlar. Onların dediklərinə qulaq asın. Çünki saatlar keçdikcə, daha da bədbinləşə bilərsiniz.
İşə xüsusi diqqət yetirin. Problemlərini sizinlə bölüşmək istəyən adamlar az deyil və belədə, işi başa vura bilməzsiniz.
Maliyyə məsələlərini həll etməyin, borc pul almayın.
Əks cins mənsubu ilə təmaslarda sayıq olun. Sizi aldada bilərlər.
Axşam saatlarında dincəlin.

Oğlaq - Günün ilk yarısı ailə-məişət qayğılarının çözülməsinə həsr olunacaq.
Bu proses xeyli vaxtınızı və qüvvənizi ala bilər. Heç də bütün qərar və addımlarınız yaxın ətrafınızdakı insanlar tərəfindən anlayışla qarşılanmır. Sözlərinizə diqqət verin. Sərt danışıq və ya düşünülməmiş açıqlamalar incikliyə, münaqişəyə, mübahisəyə səbəb ola bilər.
Maliyyə baxımından əlverişli gün deyil. Böyük xərc ola bilər. Gəlirə bel bağlamayın.
Axşam saatlarını evdən kənarda keçirin.

Dolça - Səhər saatlarından etibarən işlər istədiyiniz kimi getməzsə, soyuqqanlı olun, səbrli davranın. Ətrafınızdakı insanlar vurnuxub nə isə etməyə çalışanda siz məqsədə doğru sakit və aram şəkildə irəliləyin.
Kiminsə yolunu keçmək gərəkdirsə, dayanmayın. Uzaqdan gəlmiş tanış və ya dostla görüş üçün əlverişli zamandır.
Qəfil, gözlənilməz hədiyyə istisna deyil.
Alış-veriş üçün əlverişli gündür. Maraqlı insanlarla qarşılaşa bilərsiniz.
Axşam saatlarını sakit istirahətə həsr edin.

Balıqlar - Səhər saatlarında müəyyən problemlər yaransa da, onların öhdəsindən tezliklə gələcəksiniz. Gün yaxşı keçəcək.
Yaxın ətrafınızdakı insanlarla fikir ayrılqları aradan qaldırılacaq.
Sevdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olmağa çalışın. Xoş xəbərlər alacaqsınız. Çoxdankı arzularınızdan biri reallaşacaq.
Günün ikinci yarısı mühüm məsələlərin nəzərdən keçirilməsi üçün əlverişlidir. Yanınızdakı insanların hisslərini anlayın, kimsənin xətrinə dəyməyin. Ən həssas insanları incitməyin.
Münaqişələri yatırın, sülhməramlı olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.