ALiYeVdən Günlük Bürclər 11.10.2014

10 Ekim 2014
2 239
0
ALiYeVdən Günlük Bürclər 11.10.2014
ALiYeVdən Günlük Bürclər 11.10.2014

Qoç - İşdə şərait yaxşılaşır. İndi sizi qarşınıza qoyulan məsələlərin məhz necə həll olunması yollarını bilirsiniz. Şəxsi həyatınızda da müsbət meyllər sezilməkdədir. Maraqlandıran suallara cavab ala bilərsiniz. Sizi qıcıqlandıran insanlarla ünsiyyət qurmayın.

Buğa - Məhsuldar işləyirsiniz, amma bunu heç kim sezmir. Əvəzində başqalarını elə tərifləyirlər ki, qanınız qaralır. Heç kimlə rəqabətə girməyin, hələ hazır deyilsiniz. Yeni bir iş başlamayın. Qarşı cinsin sizə olan diqqəti xoşunuza gəlir. Xüsusilə də məhz sizin ürəyinizə yatan adam hisslərini gizlətmir. Etiraf eşitmək, yaxud evlilik təklifi almaq imkanınız var.

Əkizlər - Yaradıcılıq tələb etməyən işləriniz yaxşı alınır. Sənədləşdirmə işləri də pis deyil. Rəhbərlik sizi dəstəkləmir, odur ki, bir çox yaxşı ideyalarınız tətbiqini tapmayacaq. Şəxsi həyatınızda nəyisə dəyişmək şansınız var. bir sıra problemlərə son qoya bilərsiniz, bunun üçün cəsarətli addım atmanız gərəkdir. Ancaq özünüzə inamınız olmasa, bu cür hərəkət etməyin.

Xərçəng - Diqqətli olmasanız, gününüz uğursuz bitəcək. Başqalarının köməyinə bel bağlamayın. Maliyyə vəziyyətiniz pis deyil. Uzunmüddətli yatırım edə bilərsiniz, amma əyləncəyə pul xərcləməyin. Sevdiyiniz şəxslə münasibətləriniz gərgin olaraq qalır, amma hiss edirsiniz ki, tunelin sonundakı işığı görürsünüz.


Şir - Uğur qazanacağınıza ümidinizi itirməyin. Planlarınız bir-birinin ardınca boşa çıxsa da, istədiyinzə nail olacaqsınız. Çox işləməli olsanız da, bundan həzz alacaqsınız. Lazım olan insanlar da sizin tərəfinizə keçəcəklər. Bundan ciddi bir işə başlamaq üçün istifadə etmək olar, ancaq tələsməyin, hamıyla ehtiyatlı olun.

Qız - Keçmiş səhvlərinizi yadınıza salacaqlar. Nə rəhbərliklə, nə həmkarlarınızla, nə də tabeçiliyinizdə olanlarla ortaq məxrəcə gələ bilmirsiniz. Təəssüf ki, pis əhval-ruhiyyəni işdə qoyub çıxmaq alınmayacaq, hirs və hikkənizi özünüzlə evinizə də aparacaqsınız. Bir az təmkinli olun, yoxsa sonra çox peşman olacaqsınız.

Tərəzi - Yalançı ümidlərlə dolu gündür. Çox vurnuxursunuz, amma ümumi axına qoşulmağa, istirahət etməyə çalışmayın. Başınızı işlə qatın.Yeni tərəfdaşlarınız peyda olacaq, onlara heç bir vacib və ciddi iş tapşırmayın, onsuz da yarıtmayacaqlar. Pulla bağlı məsələlərdə ehtiyatlı olun.

Əqrəb - Hər addımda tənqidlə rastlaşırsınız. Kütləvi çıxışlar, ideyalarınızı bölüşmək üçün gün uyğun deyil. Əgər nəyəsə nail olsanız belə, sizi yox, başqalarını tərifləyəcəklər. Yaxınlarınızla daim mübahisə edirsiniz, bu vaxt köhnə incikliyinizi də yada salırsınız, bu isə məsələni daha da dərinləşdirir.


Oxatan - Bütün gücünüzü toplasanız, məqsədinizə çata bilərsiniz. Xırda-para işlərə başınızı yormayın, əsas olan barədə düşünün. Kömək gec gələcək, amma əlinizdən yaxşı tutacaq. Sizi narahat edən məsələlər barəsində yaxınlarınızla bölüşə bilərsiniz. Əsl qorxularınızı onlardan gizlətməyin.

Oğlaq - Ağlınızın sayəsində rəqiblərinizi xeyli geridə qoyacaqsınız. Sizə həsəd aparacaqlar, amma bunun qorxusu yoxdur. Ailə münasibətləriniz sakit axarla davam edəcək. Qarşı tərəfin sizə diqqəti xeyli yüksəkdir. Yaxınlarınızı hədiyyə ilə sevindirin.

Dolça - Qeyri-adi yanaşma tələb edən gündür. İmprovizasiya, eksperimentlər edin, orijinal davranmağa çalışın. Məlahətiniz sanki sizin ən işgüzar menecerinizdir. Ev işləri üçün də yaxşı gündür. Təmir, əl işləri, fiziki işlər sizi yormayacaq. Spirtli içkilərdən uzaq olun.

Balıqlar - İşdə aləm yenə bir-birinə dəyib. İnkar etsəniz də, çox emosionalsınız. Yaradıcı potensialınız, demək olar ki, sıfır həddindədir, yaxşı ideyaların yoxluğundan əziyyət çəkirsiniz. Sizdən asılı olan hər kəslə, xüsusilə uşaqlarla dil tapmaq çox çətindir. Çoxları sizin həddən artıq yorucu qayğıkeşliyinizdən əziyyət çəkir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.