21.11.2016 Gündəlik Bürclər (21 Noyabr 2016 Günlük Bürclər)

20 Kasım 2016
3 978
0
21.11.2016 Gündəlik Bürclər (21 Noyabr 2016 Günlük Bürclər)
QOÇ - Ümumi orqanizminizdə aktivliyin azalması gözlənilir. Bu səbəbdən sağlamlığınızı qoruyun ki, günün uğurlarını özünüzə yaxınlaşdıra biləsiniz. Yeni təkliflərə razılıq verin.

BUĞA - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə qeyri-adi hansısa addımı atmayıb adi işlərlə məşğul olasınız. Onsuz da əvvəlcədən planlaşdırdığınız işlər bu gün reallaşmayacaq.

ƏKİZLƏR - Tanrı ixtiyarınıza elə bir gün verib ki, xeyli məmnun qalacaqsınız. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə xoş ovqat qazanacaqsınız. Bədxərclik etməyin.

XƏRÇƏNG - Ulduzlar şəxsi büdcəni artırmaq üçün uğurlar vəd etsə də, qərəzli sövdələşmələrə zəmin yaradacağınızdan narahatdır. İndi sizə reallığı nəzərə almaq ən vacib məsələdir.

ŞİR - Qarşınızda duran bu təqvim həyatınızda mövcud olan kompleks problemlərin həll olunmasına xidmət edəcək. Amma ilk növbədə tərəfdaşlarınızla sivil qaydada davranmalısınız.

QIZ - Rastlaşdığınız situasiyaların mürəkkəbliyi qərar çıxarmağınıza mane ola bilər. Odur ki, hər bir qərarı verərkən reallığı nəzərə alın. Bunu bacarsanız, hər şeydən razı qalacaqsınız.

TƏRƏZİ - Əgər öz güc və potensialınıza inanırsınızsa, boş dayanmayın. Məqsədinizə gedən yolda dayanmadan irəliləyin. Əmin olun ki, bu istiqamətdə etibarlı dostlarınızdan dəstək alacaqsınız.

ƏQRƏB - Yaxşı olar ki, günün ilk yarısında neytrallığınızı qoruyasınız. Ələlxüsus da qarşılıqlı münasibətlərdə təmkinli olmalısınız. Nahardan sonra iş prinsipində uğurlarınız başlamalıdır.

OXATAN - Ulduzlar daha çox romantik duyğulara qərq olmağınızı tövsiyə edir. Çünki ətrafınızda bədxah adamların olması hələ dünyamızın pis olmasına dəlalət etmir. Tanrıya sığının.

OĞLAQ - Beyninizdə ilişib qalan arzularınızı tədricən reallaşdırmağa başlayacaqsınız. Bu istiqamətdə nüfuzlu və təcrübəli insanların köməyindən yararlanın. Büdcənizdə artım gözlənilir.

DOLÇA - Çoxdan görmədiyiniz doğma və yaxınlarınızla görüşmək üçün bu təqvimdən yararlanmağa çalışın. Onsuz da təbiətin durumu fəaliyyətdə hər hansı yeniliyə çatmağa imkan verməyəcək.

BALIQLAR - Mistik deyimlərə əhəmiyyət verməkdənsə, Allahın adını uca tutub hərəkət edin. Əgər özünüzə əminsinizsə, bu təqvimdə böyük işlər görə biləcəksiniz. Duyğularınızı məhəbbətə həsr edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.