19.12.2016 Gündəlik Bürclər (19 Dekabr 2016 Günlük Bürclər)

18 Aralık 2016
4 052
0
19.12.2016 Gündəlik Bürclər (19 Dekabr 2016 Günlük Bürclər)
QOÇ - Anlaşılmaz bir gün yaşayacaqsınız. Sanki mistik məxluqlar ətrafınızda dolaşmaqdadır. Bəzən su içmək kimi asan olan bir işiniz daşdan keçir. Bəlkə günahı özünüzdə axtarasınız?!

BUĞA - Kifayət qədər məhsuldar gündür. Bu səbəbdən də bütün gücünüzü fəaliyyət istiqamətinə yönəltməlisiniz. Sağlıq durumunuzu nəzarətdə saxlayın. Günorta təzə xəbərlər eşidəcəksiniz.

ƏKİZLƏR - Böyük dəyişikliklər astanasındasınız. Amma yüz dəfələrlə ölçüb-biçməlisiniz ki, seçimdə yanılmayasınız. Çünki yaxın gələcəyiniz indiki addımlarınızdan birbaşa asılıdır.

XƏRÇƏNG - Nigarançılığa heç bir əsas yoxdur. Əgər özünüz kimisə aldatmasanız, sizə qarşı belə bir hal baş verməyəcək. Ulduzlar nahardan sonra yeni təkliflər alacağınızdan xəbər verir.

ŞİR - Bütün astroloji göstəricilər bu gözəl gündə şəxsi büdcənizin artacağından xəbər verir. Deməli, digər işləri ikinci plana salıb əsas diqqətinizi pul amilinə yönəltməlisiniz.

QIZ - Müəyyən gərginliklə baş-başa qalacağınız mümkündür. Bir tərəfdən müsahiblərinizin sizi anlamaması, digər tərəfdənsə daxili orqanlarınızın nasazlığı əsəblərinizi tarıma çəkə bilər.

TƏRƏZİ - Həmkarlarınızla münasibətləri hədəqəsindən çıxarmasanız, ixtiyarınızda olan bu təqvimdən narazı qalmayacaqsınız. Saat 15-17 arası işgüzar görüşləriniz gözlənilir.

ƏQRƏB - Yeni əlaqə və tanışlıq üçün ideal ərəfədir. Bu gün ailə-sevgi münasibətləri də qaydasına düşəcək. Amma xarakterinizdən gələn "bircə anda hər şeyi alt-üst etmək" metodundan uzaq olun.

OXATAN - Saat 13-ə qədər və 18-dən sonra ümumi vəziyyətiniz yaxşı olacaq. Qalan müddətdə isə sizi hiddətləndirə bilən hadisələr mümkündür. Bu səbəbdən də gün ərzində hər adamla ünsiyyət qurmayın.

OĞLAQ - Bəxtinizdə olduqca rəvan bir gün durur. Ələlxüsus da saat 13-dən başlayaraq rastlaşdığınız hadisələr ovqatınızı yüksəldəcək. Aldığınız təkliflərdən qətiyyən imtina etməyin.

DOLÇA - Nədənsə hadisələri qabaqlamaq, iştirakçısı olduğunuz proseslərin nəticələrinə tez-tələsik nail olmaq istəyirsiniz. Amma unutmaq olmaz ki, səbr və təmkin insanın ən böyük xilaskarıdır.

BALIQLAR - Münasibətlər zəminində olduqca neqativ gündür. Odur ki, istənilən ciddi söhbətdən uzaqlaşın. Risk və sövdələşmələrə isə qətiyyən baş qoşmayın. Yalnız səfərlə bağlı uğurlarınız var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.