25.12.2016 Gündəlik Bürclər (25 Dekabr 2016 Günlük Bürclər)

24 Aralık 2016
4 119
0
25.12.2016 Gündəlik Bürclər (25 Dekabr 2016 Günlük Bürclər)
QOÇ - Müəyyən təsirlərə məruz qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli sövdələşmələrdən uzaq durmalısınız. Ümumiyyətlə, bu gün ağlınız kəsməyən işlərə baş qoşmamalısınız.

BUĞA - Ulduzlar səmərəli bir gün yaşayacağınızı bildirir. Gün ərzində hər hansı qanqaraçılığı gözlənilmir. Qərarlarınızda qətiyyətli olsanız, çox sahələrdə bəxtiniz də gətirəcək.

ƏKİZLƏR - Astroloji göstəricilər bu təqvimdə maraqlı səfərlərə çıxacağınızdan xəbər verir. Əgər planınızda belə bir şey varsa, reallaşdırın. Yeni simalarla üzləşməniz çox əhəmiyyətlidir.

XƏRÇƏNG - Olduqca təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdədir.

ŞİR - Səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözdən qoymayın.

QIZ - Daxili sabitliyinizi qoruyun. Əks təqdirdə müttəfiqləriniz sizdən uzaqlaşa bilər. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan vədlər verməkdən uzaq olun.

TƏRƏZİ - Ulduzların düzümü maliyyə imkanlarınızın genişlənəcəyindən xəbər verir. Varlanmaq üçün xeyli şanslarınız var. Amma saat 11:18-dən Ayın bürcünüzdə olmasını da unutmamalısınız.

ƏQRƏB - Ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Maddi problemlərinizin aradan qalxacağına nikbin baxın. İnsanlara inamsız yanaşmayın.

OXATAN - Ailə zəminində müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Ailə-sevgi münasibətlərindəki passivliyi də aradan qaldırın.

OĞLAQ - Sürprizlər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız. Evə bir qədər gec getsəniz də olar. Əsas məsələ planlarınızı həyata keçirməkdir. Bəxtinizdə pul da var.

DOLÇA - Ümumi məziyyətlərinə görə, səmərəli gün hesab etmək olar. Ötən günlərin yorğunluğunu nəzərə alıb yaxşıca dincəlin. Çalışın ki, əsas vaxtınızı doğmalarınızla birlikdə keçirəsiniz.

BALIQLAR - İştirakçısı olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Bu gün ulduzlar sizə ciddi məbləğdə pul da vəd edir
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.