04.01.2017 Gündəlik Bürclər (4 Yanvar 2017 Günlük Bürclər)

04 Ocak 2017
3 374
0
04.01.2017 Gündəlik Bürclər (4 Yanvar 2017 Günlük Bürclər)
Qoç - sövdələşmə, anlaşma, maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Səyahət, səfər və ya köç üçün münasib zamandır.

Buğa - bütün xırdalıqları nəzərə alın. Maraqlı dəvət ala bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər - bütün problemləri bir həmlə ilə çözə biləcəyinizi düşünməyin. Əsla belə deyil. İnsanların çox olduğu məkanlara yollanmayın.

Xərçəng - yaxşı tanımadıınız insanların yanında özünüzü rahat hiss etməyəcəksiniz. Köhnə dostlarla münasibətlərdə gərginliyin yaranmasına imkan verməyin.

Şir - etibar etdiyiniz, inandığınız şəxslərlə təmaslarla kifayətlənin. Peşəkar fəaliyyət sahəsindəki perspektivlərlə bağlı məsələlərə nəzər salın.

Qız - yeni imkanlar yarada biləcək insanlarla qeyri-formal şəraitdə danışıqlar aparmaq olar. İşgüzar danışıqlarda emosional olmayın. Belə davranış yaxşı heç nə vəd etmir.

Tərəzi - səhər saatlarından etibarən zəhmətkeş olsanız və çalışsanız, gün uğurlu keçəcək. Yaxın ətrafınızdakı insanların qayğısına qalın.

Əqrəb - yaradıcılıq potensialının səviyyəsi artır. Yeni fəaliyyət sahələrində irəliləyişlər ola bilər. Daha təcrübəli şəxslərlə birgə fəaliyyət üçün əlverişli zamandır.

Oxatan - onların bilik və bacarıqlarından yararlanın. Günün ikinci yarısında emosional fon pisləşəcək. Sizdə qarışıq hisslərə səbəb olan insanlarla görüşməyin. Yaşlı qohumlarla münaqişə ehtimalı var.

Oğlaq - çətin problemlərin həlli üçün əlverişli zamandır. Ciddi olun, düşünülməmiş addımlar atmayın. Qərarlarınızda ilkin təhlili unutmayın.

Dolça - yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi işi başa vura bilərsiniz. Yeni tanışlara inanmağa tələsməyin. Onların arasında sizi aldatmağa çalışan da var.

Balıqlar - təşəbbüskar olun, ideyalanınızı müzakirə edin. Günün ikinci yarısı uzaqdan gəlmiş insanla görüş, səfər, yaşam arealında dəyişikliklər üçün əlverişlidir. İmiclə eksperimentlər etmək olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.