Qoç Bürcü

14 Ocak 2017
6 076
0
Qoç Bürcü
Feat.Az Qoç bürcü haqqında məlumat təqdim edir:

21 mart – 20 aprel

Ünsürü – od
Planeti – Mars, Günəş
Hakimiyyət müddəti – 31 gün
Simvolları – qoyun, maral, qızılı-sarı və yaşıl kvadratlar
Düşərli günü – çərşənbə axşamı, bazar
Düşərsiz günü – cümə, şənbə
Uğurlu rəngi – tünd-qırmızı, narıncı, mavi, boz
Uğursuz rəngi – bənövşəyi
Uğurlu daşı – brilyant, rubin, ametist, akvamarin, zümrüd
Metalı – dəmir, polad Enerji verən çiçəyi – yasəmən, noxud çiçəyi
Uğurlu rəqəmi – 4, 7, 9 Müxalif bürcü – Tərəzi
Talismanı – çəkic
Şanslı ölkələri – İngiltərə, Almaniya, Danimarka, Suriya, İtaliya, Kiçik Asiya.

Xarakteri

Qoç işarəsi altında dünyaya gələn adamlar ilk növbədə qeyri-adi həyat qüvvəsinə, nikbinliyə malik olmaları ilə seçilirlər. Onlar öz şərəflərini qorumağı bacarır və onu hər şeydən üstün tuturlar. Bu Zodiakın himayəsində doğulanlar ətraflarında cərəyan edən hadisələrə hamıdan tez reaksiya verir, daima müasir dövrlə yaşayırlar. Loru dillə desək, ömrü boyu kommunist olan “qoç”lar indi ən demokratik bir lider də ola bilir. Bu işarənin himayəsində olan adamların böyük əksəriyyəti şöhrətpərəst olsa da, ehtiyatlı, enerjili, eləcə də hiyləgərdirlər.

Əgər kənardan kimsə istiqamətləndirməsə, Qoç-lar heç vaxt xoşbəxt olmurlar. Çünki onların maksimal romantikliyi çətinliklə baş-başa qalanda köməklərinə çatmır. Bu adamlar geniş-qəlbli olduqları qədər də eqoistdirlər. Belələri sevgidə nadir hallarda yanılır, həmişə özlərinə layiqli tərəf-müqabil seçirlər. Amma baş-qalarının təhriki ilə evlənib qəlblərinin ziddinə gedəndə bədbəxt də olurlar.

Qoçlar şəxsi maraqlarını hər şeydən üstün tutan adamlardır. Onlar daima keçmişin acı xatirələri ilə yaşayır, sınmış qəlblərində ağrı gəzdirirlər. Bu səbəbdən də haqqında danışdığım Zodiak demək olar ki, heç vaxt ürəkdən gülmür. Hətta belə bir şey baş verərsə, buna inanmaq çətindir. Çünki onların gözləri həmişə kədərli olur. Göz demişkən, bir şeyi də diqqətinizə çatdırmaq istərdik. Qoç bürcünün sakinləri yüksək intuisiya, hissetmə, öncə görmə qabiliyyətlərinə görə digərlərindən fərqlənirlər. Onların gözlərində güclü hipnoz bacarığı da olur.

Hətta bu səbəbdən orta əsrlərdə belə adamları cadugərlikdə günahlandırıb inkvizisiya tonqalında yandırırdılar. Yeri gəlmişkən, mart ayında doğulan Qoçlarla apreldə dünya-ya gələn Qoçların arasında böyük fərqlər var. Belə ki, birincilər digərlərinə nisbətən daha tez məşhurlaşır, daha çox ədəbiyyat və incəsənətə meylli olurlar (Səməd Vurğun, İsmayıl Şıxlı, Lütvəli Abdullayev, Cəfər Cabbarlı və b.). İkincilər isə bir qədər radikal, əsəbi və siyasət həvəskarı olurlar (Ramiz Mehdiyev, Etibar Məmmədov, Ramil Usubov, isgəndər Həmidov, Tofiq Qasımov və b.). Bu adamlar üçün həzin bir musiqi, şam işığı və müvəqqəti tənhalıq yetər ki, “dağı dağ üstünə” qoysunlar.

Bu işarə altında dünyaya gələnlər adətən ortaboylu, orta çəkili, uzun boyunlu, ala və ya qəhvəyi gözlü olurlar. Nisbətən sarı bəniz, yuxarı dartılmış çatma qaşlar, qabarıq burun, şabalıdı saçlar, qabağa çıxmış iri dişlər və almacıq sümüklər, dəyirmi al yanaq, quru, pıtraq, bəzən də qıvrım saçlar, enli sümük, dəqiq, ifadəli baxışlar Qoçlar üçün xarakterikdir.

Seyers və Vinni adlı münəccimlərin “Qoroskopdan pis xəbərlər” kitabında Qoçlar haqqında belə yazılıb: “Əgər siz Qoç bürcündən heç olmasa bir nəfər tanıyırsınızsa, onda həmin şəxsdə dinamikliyin, qorxmazlığın və qüvvətin nə olduğunu görərsiniz.

Kişi-Qoçlar paxıl, lakin sona qədər mübariz, qəddar və hətta daşürəkli olurlar. Qadın-Qoçlar dünyəvi məsələlərdə çoxluq gedən yolla gedir, digər məsələlərdə isə yalnız öz fikirlərinin yeridirlər. Buna baxmayaraq, statistika göstərir ki, Qoçların 90 faizi bütün ömrü boyu “ana uşaq kimi qalırlar”.

Bu adamlar haqq-ədalət tərəfdarı kimi tanınırlar. Əgər metroda və ya avtobusda hansısa bir qıza avaralar sataşsa və hamı susduğu halda birisi qızı müdafiə etsə, bilin ki, o, mütləq Qoç bürcündəndir. Amma nədənsə orta əsrlərdə bu adamları ən aqressiv və dağıdıcı kimi qələmə verirdilər.

Acıdil, çoxdanışan, “Həmişə öz fikrim həqiqətdir” düşüncəsində olan Qoçlar başqaları tərəfindən qəbul edilməyəndə məyus olur, bəzən sakit bir guşəyə çəkilib insanlardan təcrid də olunurlar. Amma heç vaxt ruh düşkünlüyünə mübtəta olmur, əksinə, daha əzmkarlıqla mənəvi boşluqlarını qısa bir zamanda doldurmağa çalışırlar.

Qoçlar digər Zodiak işarələrinə nisbətən o qədər də səliqə-sahmana fikir vermirlər. Daima zövqsüz və ya sadə geyinən bu adamlar kənardan necə qiymətləndiriləcəklərinə əhəmiyyətsiz yanaşırlar. Onlar baş verən hər bir hadisənin mahiyyətindən daha çox romantik meyarlarına diqqət kəsilirlər. Qoçlar təzadları sevir, “Necə varamsa, o cür də qəbul et!” prinsipinə üstünlük verirlər.

Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi hələ qədimlərdə bu bürc altında doğulanlara ilahi bir varlıq kimi yanaşırdılar. Elə bu səbəbdən də Qoçlara həmişə yüksək peşələrdə çalışmağı tövsiyə edirdilər. Müasir astrologiya bu adamlardan daha çox ədəbiyyat və incəsənət xadimləri yetişdiyini bildirsə də, antik və orta əsr münəccimləri onların siyasət, hərb və səhiyyə sahələrində daha yararlı olduğunu vurğulayırdılar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.