31.01.2017 Gündəlik Bürclər (31 Yanvar 2017 Günlük Bürclər)

30 Ocak 2017
4 341
0
31.01.2017 Gündəlik Bürclər (31 Yanvar 2017 Günlük Bürclər)
QOÇ - Yaxşı olar ki, bu təqvimi bütünlüklə qarşılıqlı münasibətlərin tənzimlənməsinə həsr edəsiniz. Çünki ulduzlar maliyyə və fəaliyyət sahəsində müəyyən gərginlik vəd edir.

BUĞA - Saat 11-15 aralığında yeni simalarla görüşləriniz, uğurlu sövdələşmələriniz gözlənilir. Nəticənin hədsiz dərəcədə uğurlu olmasını nəzərə alıb proqnozumuzun reallaşmasına çalışın. Hər mənada aktiv olun.

ƏKİZLƏR - Günün birinci yarısını müəyyən qədər gərginlik içərisində başa vura bilərsiniz. Xüsusən də fəaliyyət zəminində bəzi xoşagəlməzliklər mümkündür. Amma hər halda tədbirli olmalısınız.

XƏRÇƏNG - Qarşıda duran bir ayın perspektivlərindən yararlanmaq üçün konkret addımlar atmağa başlayın. Xırda məişət problemlərinə, eyni zamanda dedi-qoduya əbəs yerə vaxt itirməyin. Təklifləri qəbul edin.

ŞİR - Ciddi məsələlərin həllində gözləmə mövqeyi tutmayın. Nəzərə alın ki, vaxt dardır və şansları qaçırmaq sizə uzun müddət sıxıntı verə bilər. Gümanınız gələn hər kəsə üz tutun.

QIZ - Yaxşı olar ki, vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırasınız. Çünki sonrakı saatlarda passivlik mümkündür. Yeni işgüzar sövdələşmələrdə iştirakınız səmərə verə bilər.

TƏRƏZİ - Yersiz risklərdən uzaq olun. Əgər iştirakçısı olduğunuz situasiyaları dərindən duymursunuzsa, inandığınız adamların məsləhətlərindən yararlanın. Vaxtınız əyləncələrə itirməyin.

ƏQRƏB - Maliyyə problemlərinizin mövcudluğuna baxmayaraq, bu gündən razı qalacaqsınız. Çalışın ki, görəcəyiniz işləri sistem halına salasınız. Qətiyyən tələskənliyə yol verməyin!

OXATAN - İstər qarşılıqlı münasibətlərdə, istərsə də iş prinsipində nailiyyətləriniz arta bilər. Amma axşama doğru bəzi bədxahlar əsəblərinizi tarıma çəkə bilər. Odur ki, sərt reaksiya verməməlisiniz.

OĞLAQ - Qərarlarınızda obyektiv olduğunuz təqdirdə mübarizədən çəkinməyin. Amma elə edin ki, ətrafınızda olanlar doğru yol tutduğunuzu qəbul etsin. Pulla bağlı sıxıntılarınız azala bilər.

DOLÇA - İxtiyarınızda olan bu tarixdə tamamilə məxfi davranış nümayiş etdirməlisiniz. Belə ki, nəzərdə tutduğunuz planları, məqsəd və arzuları mümkün qədər ətrafınızda olanlara deməməlisiniz.

BALIQLAR - Bir neçə günlük süstlükdən sonra işləriniz artacaq. Xüsusən də nahardan sonra bərk yorulacağınız gözlənilsə də, zəhmətinizin bəhrəsini mütləq görəcəksiniz. Ailə üzvlərinizə hörmət edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.