23.02.2017 Gündəlik Bürclər (23 Fevral 2017 Günlük Bürclər)

22 Şubat 2017
4 901
0
23.02.2017 Gündəlik Bürclər (23 Fevral 2017 Günlük Bürclər)
QOÇ – Yüksək çinli adamlarla perspektivli danışıqlar aparmaq üçün yaxşı gündür. Xüsusən də saat 14-18 arası bu istiqamətdə uğurlarınız gözlənilir. Hər hansı tərəddüdə ehtiyac yoxdur.

BUĞA – Ulduzlar bir daha yalan vəd verməməyi tövsiyə edir. Əgər etibarınızı qoruya bilsəniz, təxminən saat 14-dən sonra ovqatınıza müsbət təsir edəcək hadisələr baş verəcək. Bu gün səfərə çıxmayın.

ƏKİZLƏR – Bütün astroloji göstəricilər bu gün ixtiyarın öz əlinizdə olacağını bəyan edir. Yalnız qarşınıza çıxan hər bir situasiyada obyektivliyinizi təmin etməlisiniz. Risk etməyə lüzum yoxdur.

XƏRÇƏNG – Yeni təkliflər gözlənilsə də, bütün hallarda tələsik razılıq verməyin. Etibar etdiyiniz şəxslərlə məsləhətləşin ki, bunun səmərəsini görəsiniz. Axşama yaxın bir neçə sürprizə hazır olun.

ŞİR – Səhər saatları bir qədər gərgin başlasa da, özünüzü təmkinli aparmaqla vəziyyətdən qurtula bilərsiniz. Günün sonrakı saatlarında isə uğurlarınız bol olacaq. Uzaq yola çıxmayın.

QIZ – Maliyyə məsələləri ilə bağlı problemlərinizi həll etməyə çalışın. Bütün gücünüzü səfərbər etməklə istəyinizə yetişə bilərsiniz. Bu gün qida rasionunuzu da diqqətdə saxlayın – zəhərlənmə ehtimalınız var.

TƏRƏZİ – Bütün gücünüzü səfərbər edib yarımçıq işlərinizi yekunlaşdırın. Bu istiqamətdə sizə köməyi dəyəcək insanlara müraciət etməkdən də çəkinməyin. Deyilənləri edin ki, xoş günlərə start verilsin.

ƏQRƏB - Fəaliyyət göstərdiyiniz sahələrdə mübahisəli situasiyalarla rastlaşma ehtimalınız var. Həmkarlarınız və rəhbərliklə mülayim davranın. Nahardan sonra şəxsi büdcənizdə artım gözlənilir.

OXATAN – Ümumi süstlüyünüz kifayət qədər səngiyəcək. Bunu həm hadisələrin gedişatında, həm də rastlaşdığınız insanlarla münasibətlərdə görəcəksiniz. Planınızda varsa, uzaq səfərlərə çıxa bilərsiniz.

OĞLAQ – Yeniliklər yolunuzu gözləyir. Həm münasibətlər istiqamətində, həm də fəaliyyət müstəvisində müsbət mənzərə yaranacaq. Hətta nahardan sonra maddi zəmində uğurlarınız da mümkündür.

DOLÇA– Günün ilk yarısı maliyyə əməliyyatları aparmaq üçün cox uğurludur. Çalışın ki, bu prosesdə təcrübəli insanlarla bir arada olasınız. Nahardan sonra isə qayğıya ehtiyac duyan doğmalarınıza baş çəkin.

BALIQLAR – Nə qədər ki öz bürcünüz hakimdir, qarşınıza çıxan hər bir şansdan bəhrələnin. Xüsusən də cari problemlərinizin sürətli həllinə can atın. Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.