ALiYeVdən Günlük Bürclər 19.10.2014

18 Ekim 2014
1 998
0
ALiYeVdən Günlük Bürclər 19.10.2014
ALiYeVdən Günlük Bürclər 19.10.2014

Qoç - kəmhövsələ olmayın, tələsik davranmayın, düşünülməmiş qərarlar verməyin. Belə olarsa, gün ərzində xeyli faydalı iş görə bilərsiniz. Bundan başqa, başqasının mövqelərini ön plana çəkərək öz maraqlarınızı unutmayın. Səbrli və dözümlü olun. Gün ərzində xeyli faydalı işlər görə bilərsiniz.
Yaranmış situsiyada dürüst istiqaməti müəyyənləşdirin, yanlış addımlar atmayın.
Günün ikinci yarısında yeni işlərə və layihələrə başlamaq, habelə bilik və təcrübəni artırmaq olar. Bilikli, təcrübəli insanlarla təmaslara ehtiyac var.
Hüquqi məsələlərin həlli üçün əlverişli gündür.
Şəxsi münasibətlərdə uğur və ya irəliləyişlər böyük olmayacaq.

Buğa - ünsiyyət üçün ən yaxşı gün deyil. Yaxın ətrafınızdakı insanlarla çətinliklə dil tapırsınız. Sərt və aqressiv davranmayın. İşdə rəhbərliyin sizə iradları yarana bilər.
Həmkarlarınız da ideyalarınızın bəzilərini təqdir etmirlər. Bu səbəbdən də işdəki mühiti yaxşı adlandırmaq olar.
Münaqişələrin alovlanmasına, böyüməsinə imkan verməyin.
Vaxtında güzəştə getməyi bacarın.
Evdə kiçik anlaşılmazlıqlar, texnikanın sıradan çıxması, məişət problemləri ola bilər. Problemlərin sayı arta da bilər. Alış-verişdə çox pul xərcləməyin, qənaətli olun.

Əkizlər - yaxın ətrafınızdakı insanlara təsiriniz artır. Dostlar və tanışlar layihələrinizi dəstəkləməyə, ideyalarınızın gerçəkləşdirilməsində sizə yardım etməyə hazırdırlar. Belə olması təbii ki, pis deyil. Amma sizə inananların etimadına görə məsuliyyət də daşıyırsınız.
Müttəfiqiniz və ya tərəfdaşınızla söhbətlərdə sərt davranmayın, həlimliyi seçin.
Şəxsi həyatınızda ciddi dəyişikliklərdən danışmaq tezdir. Amam ümumilikdə pis situasiya deyil. Gələcəklə bağlı planların müəyyənləşdirilməsində sizə yardım edə biləcək insanla qarşılaşa bilərsiniz.
Yeni ideyalar, həmin ideyaları həyata keçirmək üçün vasitələr günüdür.

Xərçəng - qətiyyətli olun, inadınızdan çəkilməyin. Başqalarının yalnız arzu edə biləcəyi nəticələrə nail olmaq üçün var gücünüzlə çalışmalısınız. Üstəlik, özünüz işləməklə yanaşı, yaxın ətrafınızdakı insanları da yaxşı çalışmağa vadar edin.
Mükafat, hədiyyə, gəlir istisna deyil. Günün ortalarında faydalı tanışlıqlar baş tuta bilər.
Konfrans, seminar və başqa tədbirlərə qatılın.
İntellektual aktivliyinizi artırın. İstənilən çətin məsələnin həlli üçün yaxşı gündür. Qarışıq situasiya, dolaşıq məsələ, ağır problemi çözərkən soyuqqanlı olun.
Sizə bilmədiyiniz məqamları öyrədə biləcək ağıllı insanla bir araya gələcəksiniz.

Şir - ən çətin və ağır anlarda belə, nikbinlik hissini itirməyin. Pis gün deyil. Şəxsi işlərinizi qaydaya salmaqla bahəm çətin vəziyyətə düşmüş dostunuz və ya iş yoldaşınıza yardım edə bilərsiniz. Gəlir, hədiyyə istisna deyil. Sizə dəyər verən insanın məsləhətlərinə qulaq asın.
Alış-veriş və mühüm anlaşmaların əldə edilməsi, habelə müxtəlif tədbirlərin keçirilməsi üçün uğurlu gündür.
Romantik görüş unudulmaz ola bilər. Bir şərtlə ki, təxəyyülünüzü işə salın, ehkamları dağıdın.

Qız - günün müsbət məziyyətləri az deyil. Lakin saatlar keçdikcə xoşagəlməz emosional fon formalaşmağa başlayacaq. Məhz bu səbəbdən uğurlar və qələbələrə rəğmən əhvalınız pozula bilər. Qıcıqlanmayın, sizə kömək etməyə çalışan insanlarla mübahisə etməyin, münaqişəyə zəmin yaratmayın. İşgüzar tərəfdaşlarla münasibətlərinizdə yaranan fikir ayrılıqlarını dəf etmək asan olmasa da, buna səy göstərin.
Maliyyə məsələlərinin həllində tələsməyin. Sərfəli anlaşma və gəlirli sövdələşməyə nail olacağınızı düşünməyin.
Alış-verişi təxirə salın. Pulları daha məntiqli və yaxşı şəkildə xərcləyə bilərsiniz.

Tərəzi - çoxsaylı problemlər yaranacaq. Ruhdan düşməyin, geri çəkilməyin, çətinlikləri tələsmədən və aramla həll edin. Səbrlə çalışsanız, gün məhsuldar olacaq. İşgüzar intuisiya sizi aldatmayacaq. Hansı layihələrin diqqətə layiq olduğunu, hansıları da dərhal unutmaq gərəkdiyini tez anlamağa çalışın.
Yaşam potensialı səviyyəsi yüksəkdir. Enerji çatışmazlığı sizin üçün problem deyil.
Axşam saatlarını dostlarla aktiv istirahətə, gəzintiyə həsr edin. Xoş təəssüratlar əldə edin.

Əqrəb - ehtiyatlı olun. Bu gün yol verəcəyiniz kobud səhv sonradan sizə baha başa gələ bilər. Maliyyə itkiləri, habelə tərəfdaş və ya şəriklə münaqişənin alovlanmasına yol verməyin. Əvvəllər əldə olunmuş razılıqları pozmayın. Əks halda gözlənilən gəliri əldə etməyəcəksiniz. Bütün bunlara rəğmən, günü bütünlüklə ümidsiz adlandırmaq çətindir.
Vaxtında qəbul edilmiş qərar situasiyanı köklü şəkildə dəyişərək vəziyyəti yaxşılaşdıra bilər.
Şəxsi həyatda problemlər yaranmayacaq. Yaxınlarınızla münasibətləriniz normaldır. Aradabir səslənən tənqidə sakit reaksiya verin, ikibaşlı və sərt danışmayın.
Köhnə dostlarla görüş istisna deyil. Özünüzü tənha hiss etməyəcəksiniz.


Oxatan - peşəkar fəaliyyət baxımından çox uğurlu gündür. Məhsuldar çalışın, işdə rəhbərlik və həmkarlarla dil tapın. Əməkdaşlığın sərfəli şərtlərinə nail olun, ən cəsur planlarınızı reallaşdırın.
Günün ikinci yarısında problem olacaq. Əməyinizin müqabilində alacağınız pulun verilməsi ləngiyəcək. Gəlir ehtimalı az, xərclər reallığı isə böyükdür.
Dövlət qurumlarına üz tutmaq, problemi rəsmi şəxslərlə çözmək üçün əlverişli gündür. Bu gün başlayacaq münasibətlər məntiqli davranacağınız təqdirdə faydalı əməkdaşlığa çevrilə bilər.

Oğlaq - sakit, rahat gündür. Əvvəllər hazırladığınız planları reallaşdırmaq üçün əlverişli zamandır. Çətin işləri bitirmək, problemləri həll etmək olar. Daşınmaz əmlak və sənədləşdirmə ilə bağlı proseslər uğurlu olacaq.
Səfər və səyahət xoş təəssüratlar vəd edir. İşgüzar danışıqlar məhsuldardır. Nüfuzlu şəxsin dəstəyini ala bilərsiniz.
Səhhətinizə fikir verin. Xəfif ağrılar ola bilər. Orqanizmi sınağa çəkməyin.

Dolça - neytral gündür. Başgicəlləndirici uğurlar vəd etməsə də, sakit və məhsuldar şəkildə çalışa bilərsiniz. Çoxdankı müttəfiqlərlə görüşlər yaxşı keçəcək. Qarşılıqlı mənfəət şəraitində əməkdaşlıqla bağlı danışıqlar yaxşı keçəcək.
Qarşınızda duran məsələlər ilk baxışdan göründüyü kimi çətin deyil. Problemlərin öhdəsindən sürətlə gələ bilərsiniz.
Kiçik olsa da, vaxtında gəldiyi üçün xoş təəssürat yaradan gəlirlər istisna deyil. Rəğbət bəslədiyiniz insandan diqqət nişanələri istisna deyil.
Axşam saatlarında istirahət edin, maraqlandığınız işlə məşğul olun.

Balıqlar - aktiv, enerjili, məqsədəuyğun olun. Başqalarının uğursuzluğa düçar olduğu sahələrdə irəliləyə bilərsiniz. Çətin məsələlərin orijinal həllini tapacaqsınız. Eyni vaxtda bir neçə işi yerinə yetirməyə can atmayın. Sürətlə işləyin və ətalətə qapılmayın.
Yaxınlarınızla münasibətlərdə qədərindən artıq tələbkar, sərt olmayın.
Münaqişənin yaranmasına rəvac verməyin.
Çoxdan görmək istədiyiniz, darıxdığınız insanla günün ikinci yarısında görüşə bilərsiniz.
Şansı əldən buraxmayın. Sizi xoş xəbərlər gözləyir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.