28.02.2017 Gündəlik Bürclər (28 Fevral 2017 Günlük Bürclər)

27 Şubat 2017
3 544
0
28.02.2017 Gündəlik Bürclər (28 Fevral 2017 Günlük Bürclər)
Qoç - Bu gün sizə çox şey vəd edir. Yeni fürsətlər yaranır, sizin üçün tamamilə yeni olan bir sahədə müvəffəqiyyət qazana bilərsiniz. Maraqlı insanlarla tanışlıqlar gözlənilir. Bürcün tənha nümayəndələri yeni romantik münasibətlərin başlanmasına ümid edə bilərlər. Bir çox Qoçlar onlar üçün tipik olmayan şəraitə düşsələr də, situasiyadan çıxmağın yolunu tez tapacaqlar. Həm işgüzar, həm əyləncə xarakterli səfərlər üçün münasib gündür.

Buğa - Sözünüzün üstündə durmağınız və qətiyyətiniz rəqibləriniz üzərində qələbəyə imkan verəcək, qarşınızda cəlbedici perspektivlər açılacaq. Daxil olan təklifləri dərindən öyrənin. Bu gün sizə çox şey vəd edir. Yeni fürsətlər yaranır, sizin üçün tamamilə yeni olan bir sahədə müvəffəqiyyət qazana bilərsiniz. Maraqlı insanlarla tanışlıqlar gözlənilir. Bir çox Buğalar onlar üçün tipik olmayan şəraitə düşsələr də, situasiyadan çıxmağın yolunu tez tapacaqlar.

Əkizlər - Uğur qazanmaq şansınız çoxdur. İş burasındadır ki, başqalarını öz mənafeyiniz naminə «xərcləməkdən» çəkinmirsiniz. Çox tez-tez qəti surətdə dediyinizin üstündə durursunuz, ətrafınızdakıların da sizinlə razılaşmaqdan başqa çarəsi qalmır. Dostlarla görüşlər sizi sevindirəcək. Köhnə tanışlarınız sizə xoş sürprizlər edəcəklər. Yeni pərəstişkar tapmaq şansınız var. Romantik macəra yaşaya bilərsiniz. Həm işgüzar, həm əyləncə xarakterli səfərlər üçün münasib gündür.

Xərçəng - İşdə ciddi uğurlar qazana, karyeranızda xeyli irəliləyə bilərsiniz. Çox cazibədarsınız və insanlarla asan dil tapırsınız. Yeni tərəfdaşlar, iş ortaqları, nüfuzlu hamilər tapmaq şansınız yüksəkdir. İstənilən ictimai faydalı iş məsləhətlidir. Kübar həyatda iştirak, ictimai tədbirləri ziyarət arzuolunandır. Üzdə olmaq xoşunuza gəlir, çoxlu komplimentlər alırsınız. Maraqlı tanışlıqlar mümkündür. Səmimi olun, bu gün başlayan münasibətlər həyatınızı rəngləndirəcək.

Şir - Peşə fəaliyyəti baxımından münasib gündür. Özünüzü müsbət tərəfdən göstərmək imkanı qazanacaqsınız. Evdən nə qədər uzaq olsanız, şəxsi həyatınızda yaxşılığa doğru dəyişikliklər üçün şanslar bir o qədər artır. Qiymətli hədiyyələr ala bilərsiniz. Yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər, sülh yalnız sizdən asılıdır.

Qız - Gün o qədər də yaxşı başlamasa da, nikbinliyinizi qoruyub saxlaya bilirsiniz. Bu, uğur qazanmağınıza, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa, rəqiblərinizi üstələməyə imkan verir. İşgüzar Qızlar öz gəlirlərini artıra biləcəklər. Yaxınlarınızın dəstək və anlayışı emosional “xəndəy”ə düşməməyə, yüksək əhval-ruhiyyənizi qorumağa, ən azı, ümidsizlikdən yayınmağa kömək edəcək.

Tərəzi - Qeyri-adi gündür, onu uzun müddət unutmayacaqsınız. O qədər gözəl imkanlarınız yaranır ki, şəraiti və öz qüvvənizi düzgün qiymətləndirmək sizə çətindir. Çox mürəkkəb işlərə girişir, inanılmaz hadisələrin girdabına düşürsünüz. Elmi fəaliyyətdə çox böyük uğurlarınız da istisna deyil.

Əqrəb - Gün sizi gözlənilməz pul gəliri, bahalı hədiyyələrlə sevindirəcək. Maraqlı tanışlıqlar, başgicəlləndirici romantik tanışlıqlar mümkündür. Tamaha güc gəlmək çətindir, bir çox Əqrəblər yaxınlarını məyus edəcək hərəkətlərə yol verəcəklər. Əhəmiyyət vermədiyiniz münasibətlər daha ciddi şəkil alacaq.

Oxatan - İş üçün əla gündür. Həm cari işlərin öhdəsindən asanlıqla gələcək, həm də peşəkar mövqeyinizi bərkidəcək, nüfuzlu şəxslərin dəstəyinə nail olacaqsınız. Danışıqlar məhsuldar keçir, ortaqlarınız sizin bilik və təcrübənizə şübhə etmirlər. Zahiri görkəminizə diqqətlə yanaşmağınız vadibdir. Çünki iş görəcəyiniz insanlar imic məsələlərinə həddindən artıq həssas yanaşırlar.

Oğlaq - Bir çox cəsarətli ideyalarınızı həyata keçirə bilərsiniz. Əsas odur ki, tələsməyəsiniz. Siz qəti addımlar atmaq, bütün əlaqələri qırmaq niyyətindəsiniz, amma şərait tam tərsini tələb edir. Gün şəxsi həyatınızda ciddi dəyişikliklər vəd etmir. Lakin yaxşı kompaniyada vaxt keçirmək imkanı əldə edəcəksiniz. Sizi başa düşən və maraqlarınızı bölüşən insanlarla əhatə olunmaq xoşdur.

Dolça - İşdəki gərgin vəziyyət narahatlıq yarada bilər. Lakin bütövlükdə perspektivlər pis deyil. Rəhbərliyin tənqidlərini ürəyinizə yaxın qəbul etməyin. Tez, ya da gec müvafiq adamları öz düzgünlüyünüzə inandıra biləcəksiniz. Güclü hisslər bəslədiyiniz insan barədə bu gün vacib məlumatlar öyrənə bilərsiniz. Aldığınız məlumatı sakitcə analiz etməyə çalışın, tələsik qərarlar verməyin. Romantik münasibətlərə gəlincə, burada siz bir qədər bədbinsiniz, nə etmək olar, şübhələriniz əsassız deyil.

Balıqlar - Kommersiya fəaliyyəti üçün uğurlu gündür, olduqca faydalı sövdələşmələr gözlənilir. Yaradıcılıq potensialı isə yüksək deyil. Bu gün beyninizə gələn ideyalar o qədər də yaxşı deyil. Detallara daha çox diqqət verin, kimsə bunu yersiz adlandırsa, eyninizə almayın. Yaxınlarınızla münasibətləriniz yaxşı ola bilər: lazımsız məsləhətlər və qeyri-konstruktiv tənqidlərinizi özünüzdə saxlayın.
Əvvəlki Xəbər Növbəti Xəbər

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qalıcı olması üçün ətiri necə vurmalı? – İPUCLARI
15:00
0

Qalıcı olması üçün ətiri necə vurmalı? – İPUCLARI

Duyğusuz Yazar Yazılı Şəkilləri 2020 (67)
14:00
0

Duyğusuz Yazar Yazılı Şəkilləri 2020 (67)

Bürclər Haqqında Maraqlı Məlumatlar (627) - Fotolar
13:00
51

Bürclər Haqqında Maraqlı Məlumatlar (627) - Fotolar

Beyni gücləndirməyin 10 üsulu
12:00
44

Beyni gücləndirməyin 10 üsulu

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (345)
11:00
196

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (345)

İspanaqlı tort resepti
10:00
41

İspanaqlı tort resepti

Tarixdə Bu Gün - 9 Dekabr
09:00
52

Tarixdə Bu Gün - 9 Dekabr

Dəyərli Sözlər Yazılı Şəkilləri 2020 (66)
21:00
805

Dəyərli Sözlər Yazılı Şəkilləri 2020 (66)

09.12.2019 Gündəlik Bürclər (9 Dekabr 2019)
20:00
3 476

09.12.2019 Gündəlik Bürclər (9 Dekabr 2019)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ