10.03.2017 Gündəlik Bürclər (10 Mart 2017 Günlük Bürclər)

09 Mart 2017
6 720
0
10.03.2017 Gündəlik Bürclər (10 Mart 2017 Günlük Bürclər)
Qoç - tələsməyin, təcrübəli insanla məsləhətləşin. Axşam saatlarında səhhətinizin qeydinə qalın. Yeni işə başlamaq üçün əlverişli gündür. Ev işləri ilə məşğul olmağı unutmayın.

Buğa - şəxsi münasibətlərdə hisslərinizi açıqlamağa tələsməyin. Deyəcəyiniz sözləri və gerçəkləşdirəcəyiniz diqqət nişanələrini dəqiq seçin. İşdə rəhbərliklə anlaşılmazlıq ola bilər. Sinirlənməyin, səsinizi ucaltmayın. Yaxın ətrafınızdakı insanlar arasında sizə dəstək verməyəcək adamların varlığını sakit qarşılayın.

Əkizlər - Auditoriya ilə iş, yeni planların müəyyənləşdirilməsi, gəlirli məsələnin bazisinin hazırlanması üçün əlverişli gündür. Hansısa ideya və ya kiminsə təkidlərinə aldanmayın. Gün ərzində baş verənlər ciddi təhlil tələb edir. Qərarlar dəyişə bilər. Məramınızı açıqlamağa tələsməyin.

Xərçəng - borcları qaytarmaq, kredit üzrə ödəniş etmək üçün yaxşı vaxtdır. Borc müxtəlif cür ola bilər. İşdə qayda yaradılması, sistemləşdirmə, təşkilati məsələlərlə məşğul olun. Axşam saatlarında istirahətinizi elə planlaşdırın ki, faydalı əlaqələri bərpa etmək və yenilərini yaratmaq imkanları olsun.

Şir - prioritetləri dəqiq müəyyənləşdirin, güc və diqqətinizi yönəldəcəyiniz işi seçin. Yeniliklər çoxdur, bütün işləri dərhal yerinə yetirmək istəyirsiniz. Bir neçə variant arasında seçim etməli olsanız, peşəkar inkişafınıza dəstək olacaq, hələ tam araşdırılmamış məsələni seçin.

Qız - kreativ yanaşma və cəsarət rəqiblərinizi üstələməyinizə imkan verəcək. Şəxsi münasibətlərdə asan olmayan dönəmdir. Gözləntilərin uzandığı məqamda hövsələsizlik emosional "partlayış"a səbəb ola bilər. Başqa obyektin diqqətinizi çəkməsi istisna deyil.

Tərəzi - mühüm və önəmli gündür. Sürəkli təxirə düşən məqama yenidən nəzər salmalı olacaqsınız, çünki şərtlər buna vadar edəcək. Qəza, münaqişə riski artır. Neqativ potensiallı insanlar və hadisələr sizə yaxınlaşır. Tələbat yoxdursa, böyük və ya iri miqyaslı işə başlamaq üçün təşəbbüs göstərməyin. Təxribatlara cavab verməyin.

Əqrəb - qarşıda naməlum, amma maraqlı nəsnənin vədlərinin işartıları var. Yeni insanlar və ideyalar peyda olur. İnadkar, əzmli, qətiyyətli olun. Bəzi nəsnələrdən imtina etmək lüzumunu sakit qarşılayın. Şəxsi münasibətlərdə bütün stimullaşdırıcı amillərə rəğmən süni təkanlar və təzyiqlərə yol verməyin.

Oxatan - yeniliklərin təməli qoyulur. Lakin təşəbbüs sizə yox, cari yaşam situasiyalarında önəmli olan fiqurlara məxsusdur. Münasibətlərin özülü dəyişir. Hansısa mövzunun zəifləməsi, önəm və marağını itirməsi, onu yeni, daha aktual məsələnin əvəzləməsi istisna deyil. Baş verənlər narahatlıq, diskomfort, müvəqqəti olaraq tənhalıq hissi yarada bilər.

Oğlaq - mühüm məsələlərin həllinə yaradıcı tərzdə yanaşın. Rəqibləri arxada qoyun. İşdə yeniliklər barədə düşünün. Gərəkli, mühüm məsələlərin həll yollarının axtarışı ilə, fəaliyyətinizin tanıtımı ilə məşğul olun. Axşam saatlarını maraqlarınıza, əyləncələrinizə, yaxınlarınızla ünsiyyətə həsr edin.

Dolça - sizin üçün önəmli olan məsələdə dönüş zamanıdır. Yenidənqurma və dəyişikliklər faydalı ola bilər. Tərəfdaş və ya iş yoldaşı ilə münasibətlərdə mövqelərin toqquşması münaqişəyə səbəb ola bilər. Emosional fonun dayanıqlı olmadığını nəzərə alın. Dəqiq şəxsi mövqe tutun.

Balıqlar - fəaliyyət sahəsinə yenidən baxmaq, görülən işləri təhlil etmək, kursu dəyişmək vaxtıdır. Paradoksal olsa da, problemlər və çətinliklər müsbət rol oynaya bilər. Məqsədlərinizlə hədəflərinizi dəqiqləşdirəndən sonra aktiv çalışmağa başlayın. İllüziya və xülyalardan, hətta ən cazibədar təsir bağışlayan ilğımlardan imtina edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.