Bürcünüzə Uyğun Tövsiyələr

11 Mart 2017
3 520
0
Bürcünüzə Uyğun Tövsiyələr

Bu da sizi rahatlaşdıracaq, həyatınıza istiqamət verəcək astroloji tövsiyələri Feat.Az təqdim edir.


Qoç

Macəraçı və təşəbbüskar ruhunuzu ortaya çıxaracaq yeniliklər edin.
Etibarlılığını çoxdan itirmiş qaydalara özünüzü həbs etməyin.
Kəşf edilməmiş yeni sahələrdə söz sahibi olmağa çalışın.
Başqalarının izini təqib etməyin.
Hədəf təyin edərkən böyük düşünməyə çalışın.
Əsla kiçik təpələrin kəşfiyyatçısı deyil, zirvələrin sahibi olun.
Müstəqilliyinizdən əsla güzəşt verməyin.
Cəsarətli olun, ideallarınızı reallaşdırmaqdan əsla yorulmayın.
Maraq duyduğunuz bir sahədə şübhəsiz söz sahibi olmağa çalışın.
Qəzəbinizə məğlub olmayın.
Diplomatik davranın. İstəkləriniz üçün mübarizəçi olun.

Buğa

Öz dəyərinizin mütləq fərqində olun.
Həyatın əyləncəli yanlarından istifade edin.
Bağışlayıcı və qətiyyətli olun.
Təbiətin öz içindəki tarazlığına inanın.
Keçmiş qərarlarınızı sorğulamayın.
İnadcıl davranmayın. Həyatı davamlı planlamağa çalışmayın.
Kompleks məsələləri, əsaslı gücünüzlə həll etməyə çalışın.
Elastik düşünməyi bilin və ya belə düşünən kəslərlə birlikdə olun.
Rahat davranın. Praktik olun və başqa fikirlərə qulaq verin.
Yenilikləri möhkəm təqib edin.
Texnologiyanın bütün nemətlərindən faydalanın.
Bir şey canınızı sıxırsa, bunu dilə gətirməkdən qaçınmayın.

Əkizlər

Maraq duyğunuzu mütləq ön planda tutun.
Bu sizi müvəffəqiyyətə aparar.
Hisslərinizə güvənin.
Özünüzə inanmaqdan əsla imtina etməyin.
Ətrafınızla ünsiyyəti güclü tutun, özünüzü ifadə etməkdən qaçınmayın.
Səbirsizlik göstərməyin. Qərarlı olun.
Qərar verərkən, araşdırmalar etməyə laqeyd yanaşmayın.
Texnologiya alətlərini, informasiya vasitələrini istifadə etməyə laqeyd yanaşmayın.
Feat.Az bildirir ki, yazma, araşdırma, güclü əlaqələrdə yer almaq qabiliyyətinizi ön planda tutun.
Kimsənin sizə təsir etməsinə və aldatmasına imkan verməyin.
Hər cür mübahisədə sakit qalmağı bilin.
Davamlı fikir dəyişdirməyin.
Müəyyən bir məqsədiniz olsun. Hədəfinizə kilidlənin.

Xərçəng

Utancaq davranmayın.
Təşəbbüskar olmağa çalışın.
Hər hansı bir vəziyyətdə, hadisələri həqiqi bir şəkildə görməyə çalışın.
Narahat vəziyyətlərdən uzaq qalmaq üçün ətrafınıza divar hörməyin.
Xarici dünyaya açılmaqdan qorxmayın.
Qabaqcıl gücünüzü ön planda tutun.
Narahatlıq, vəsvəsə və həddindən artıq həssaslıq və küsəyənlikdən uzaq durun.
İçə qapalı olmayın.
Yeri gəldiyində sizi üzən, hirsləndirən şeyləri dilə gətirin.
Sevginizi, şəfqət duyğunuzu, kömək sevərliyinizi kimsənin artıq istifadə etməsinə icazə verməyin.
Yaxın ətrafınızın sözlərindən, hərəkətlərindən təsirlənməyin.
Öz qərarlarınızı özünüz verin.
Əlaqələrinizdə vermək qədər, almağı da unutmayın.
Yeri gəldiyində eqoist olmağı bilin.
Sırf narahatlıq çıxmasın deyə, sizi üzmələrinə icazə verməyin.

Şir

Davamlı pohpohlanmağı, Alqışlanmağı, marağı oyandırmağı gözləməyin.
Yeri gəldiyində sizə qarşı çıxacaqlar.
Elastik düşünməyə çalışın.
Yaradıcılıq gücünüzü ön planda tutun.
Yenilikçi düşünün. Təşəbbüskar olun.
Cəsarətinizi, güvən duyğunuzu əsla itirməyin.
Verici və comərd olmağı davam etdirin.
Çünki siz bürclər qurşağının kral və kraliçasısınız.
Sizi təsdiqləməsələr belə, doğru bildiyiniz yolda irəliləyin.
Spontan və rahat davranın.
Unutmayın siz bir Aslansınız.
Zövqlərinizə həddindən artıq dərəcədə bağlı qalmayın.
Həddindən artıq olan hər şeydən uzaq durun.
Sonunu görə bilmədiyiniz heç bir faktın içində iştirak etməyin.
Təcrübə və məlumat təcrübələrinizin fərqində olun.
Bunları şübhəsiz dəyərləndirin. İradə gücünüzdən faydalanmağa laqeyd yanaşmayın.

Qız

Iştirakçı olmaqdan, özünüzü ifadə etməkdən çəkinməyin.
Həyatın sırf çalışmaq olmadığını bilin, özünüzə zaman ayırmağı unutmayın.
Nə keçmiş nə gələcək, əvvəl olduğunuz anın əhəmiyyətli olduğunu unutmayın.
Başqalarının sizə ehtiyacı olduğunu unutmayın, lakin özünüzdən də güzəşt verməyin.
Feat.Az bildirir ki, Mülayim, şəfqətli davranın.
Heç kimin mükəmməl olmayacağını bilin.
Əla olmaq məcburiyyətində deyilsiniz.
Bunun üçün özünüzü narahat etməyin.
Əgər şərtlər xoşunuza getmirsə, bunu dəyişdirmək üçün səy göstərin.
Son deyiləcək sözü, başdan söyləməyin.
Hansı işi edir olsanız olun, o mövzuda ustalaşın.
Sağlamlığınız ən qiymətli xəzinənizdir. Özünüzü yorğun salana qədər çalışmayın.

Tərəzi

Nəzakət, diplomatiya, tarazlıq və ədalətli düşünməkdən imtina etməyin.
Problemlərin üstünü örtməyin, istisi istisinə həll etməyə çalışın.
Ortaq şəkildə hərəkət etməkdən çəkinməyin.
Əməkdaşlığa əhəmiyyət verin.
Yeni maraq sahələri və yeni dostlar əldə etməyə davam edin.
Geyim tərzinizlə, davranışlarınızla özünüzə xas bir vizyon yaratmağı laqeyd yanaşmayın.
Özünüzlə qürur duymağı bilin.
Çünki idarəçiniz Venera sizi digərlərindən fərqli bir şəklidə taclandırmışdır.
Əsla sıravi olmayın.
Olduğunuz mühitin keyfiyyətinə, birlikdə olduğunuz insanın şəxsiyyət xüsusiyyətlərinə diqqət edin.

Əqrəb

Dəyişmə və inkişafdan yana düşünməyə əsla laqeyd yanaşmayın.
Hadisələr və insanlar qarşısında elastik düşünməyə və uyğun davranmağa çalışın.
Maddi və mənəvi yenilənmə gücünün açarı əlinizdədir.
Bu səbəblə şanslı olduğunuzu bilin. Həyatdan ümidinizi əsla kəsməyin.
Başqalarının işinə sizə soruşulmadıqca qarışmayın.
İçində olduqları xüsusi vəziyyətləri öyrənməyə çalışmayın.
İşləriniz nə qədər pis getsə də, güc və qətiyyət alovunu içinizdə əsla söndürməyin.
Bu güclə zülmətləri nura çevirə bilərsiniz.
Əlinizdəki qaynaqları doğru sahələrdə istifadə edə bilən bir bürcün insanısınız.
Bu gücünüzdən faydalanmaq üçün, gizli qabiliyyətlərinizi ortaya çıxarmağı sınayın.
Hər hansı bir şeyə inanmadan əvvəl sağlam bir şəkildə sorğulamağı unutmayın.
Bacarılması nə qədər çətin olsa da, məqsədinizə kilidlənin.
Bu fokuslanma hər işin altından müvəffəqiyyətlə qalxmanızı təmin edir.

Oxatan

Dünyanı kəşf etməkdən, yeniliklər etməkdən, həyatınızın mənasını axtarmaqdan əsla imtina etməyin. Öyrətməkdən, öyrənməkdən, araşdırmaqdan, məlumatlanmaqdan uzaq dayanmayın.
Dünyanın sizə ehtiyacı olduğunu bilin.
Yüksək hədəflər təyin edin.
Bu hədəflərə çatmaq üçün əzmli və qərarlı davranın.
Bu sizi dağılmaqdan qoruya bilər.
Qısa yoldan zəngin olma xəyallarına qapılmayın.
Sizin yolunuz uzundur amma qalıcıdır.
Hadisələri və vəziyyətləri yalnız öz baxışınıza görə ələ almayın.
Fərqli görüşlərə dözməyi unutmayın.
Sözləri mütləq tutun.
Gücünüzü aşan sözlər verməməyə çalışın.
Həddindən artıq şişirdilmiş və coşğulu hərəkətlərdən qaçının.
Ölçülü olmağı unutmayın.

Oğlaq

Kainat sizə səbr, intizam, məsuliyyət, etibar faktının açarlarını vermişdir.
Bunlarla hər cür problemi həll edə bilər, hər bağlı qapını aça bilərsiniz.
Yaxın əlaqələrinizdə duyğularınızı və çətinliklərinizi gizlətməyin.
Problemlərinizi mülayim və yetkin rəftarlar içində həll etməyə çalışın.
Güvən duyğunuzun sarsıldığını hiss etsəniz, özünüzü inadına mükafatlandırın.
Feat.Az bildirir ki, Əsla pessimist düşünməyin.
Zirvəyə çıxarkən kiçik daşlara dəyə bilərsiniz.
Amma siz yenə də oraya vara biləcək gücə sahibsiniz.
Böyük zəfərlərin sahibi olaraq, özünüzə olan hörmətinizi daim ön planda tutun. Soyuqqanlılığınızı qoruyun. Bu sizi hər cür müvəffəqiyyətdə ön sıralarda tutacaq.

Dolça

Dəyişiklikdən qorxmayın.
Standart qəliblərə bağlı qalmayın.
Orijinal düşüncələrinizi həyata keçirməkdən imtina etməyin.
Gələcək planlarınızı, məqsədlərinizi sizə uyğun mühitlərdə, sizinlə eyni yolda irəliləyən kəslərlə paylaşmağa çalışın.
Azadlığınızı kimsənin tək əlində buraxmayın.
Sürüyə boyun əyməyin. Müasir düşünün.
Şəxsi hədəflərinizə hörmət göstərən insanlarla bir arada olmağa çalışın.
Gerçək mənada azad olmaq üçün, əvvəlcə fərdliyinizin fərqində olmanız lazım olduğunu bilin. Digərlərindən sizi ayıran fərqliliklərinizin, inkişafınızın qarşısını işıqlandıran işıq olduğunu unutmayın.
Adi işlərlə kifayətlənməyin. Yenilikləri, xüsusilə texnoloji inkişafları yaxşı izləyin.

Balıq

Bilinməyənlərin gizli açarı sizdədir.
Siz digərlərindən daha tez və əvvəl olacaqları sezə bilərsiniz.
Nə zaman sıxılsanız və darda qalsanız bu açar sizə kilidli olan gözəlliklərin qapısını açacaq. Özünü aşma və fərqindəliklərinizi ortaya qoymaqdan çəkinməyin.
Həyatın eniş və çıxışları sizi qorxutmasın.
Narahatlıqların sizi təslim etməsinə icazə verməyin.
Sirlərinizi çox güvənmədikcə kimsəylə paylaşmayın.
Sizi heç bir adamın, duyğunun və vəziyyətin həbs etməsinə, haqqlarınızı əlinizdən etməsinə, sizi idarə etməsinə icazə verməyin.
Siz Yupiterin güclü övladlarısınız.
İnancınızla hər çətinliyin altından qalxa bilər, salamatlığa çata bilərsiniz.
Bəzən tər tökərək min əmək verərək yaratdığınız şeylər dağılsa belə, bunların çox daha güclüsünü və çox daha gözəlini edə biləcək qədər qüvvətli olduğunuzu bilin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.