ALiYeVdən Günlük Bürclər 20.10.2014

19 Ekim 2014
2 087
0
ALiYeVdən Günlük Bürclər 20.10.2014
ALiYeVdən Günlük Bürclər 20.10.2014

Qoç - uğur vəd edən məhsuldar gündür. İşdə əhəmiyyətli irəliləyiş olacaq, əvvəl başladığınız işləri başa çatdırmaq imkanı yaranacaq. Çətin məsələlərin həllinə aktiv başlasanız, nüfuzlu insanların rəğbətinə və diqqətinə səbəb ola bilərsiniz.
Ən cəsarətli layihəni həyata keçirmək üçün sizə dəstək ola biləcək insanla tanışlığınız istisna deyil. Çətin situasiyaya düşənlərə yardım edin. Mərhəmət və xeyirxahlığın cavabı özünü çox gözəltməyəcək.

Maliyyə durumu əlverişlidir. Gəlir əldə edə bilərsiniz. Razılaşma və anlaşmalar gözlənilən gəlir vəd edir.
Günün ikinci yarısında halsızlıq, başağrısı, gecə isə yuxusuzluq ola bilər.

Buğa - intellektual məşğuliyyət, elmi diskussiyalarda iştirak, mühüm məsələlərin müzakirəsi, bilik və təcrübənin artırılması üçün yaxşı gündür.
Bu gün əldə edəcəyiniz bilik, məlumat və ya təcrübə sonradan karınıza gələcək. Bir zamanlar sizə yardım etmiş insanlarla təmaslar ola bilər.
Yaxşı ideyalar və ağıllı məsləhətlər eşidəcəksiniz.

Günün ikinci yarısı işlər üçün ən uğurlu vaxtdır. Peşəkar fəaliyyətlə bağlı məsələlər asanlıqla həllini tapır. Axşam saatlarını qohumlar və ya köhnə dostlarla keçirin. İnsanların çox olduğu tədbirə qatılmayın. Belə tədbirdə müsbət emosiyalar almaq əvəzinə usanacaqsınız.

Əkizlər - gün yeni emosiyalar və təəssüratlar vəd edir. Məşğul olduğunuz iş sizə, gerçəkdən də, maraqlıdır. Yeni işlərə aktiv başlayın.
Yaxın ətrafınızdakı insanların ümidsiz və mümkünsüz saydıqları işə başlayın, onu bitirməyə çalışın. Gəlir istisna deyil. Mənfəət gözlənilməz mənbədən ola bilər.
İstənilən formada birgə fəaliyyət, səylərin təmərküzləşməsi üçün əlverişli gündür. Hisslərinizi etiraf edin, niyyət və istəkləriniz barədə açıq danışın. Sizi düzgün anlayacaqlar.

Xərçəng - peşəkar fəaliyyət baxımından çox uğurlu gündür.
Məhsuldar çalışın, işdə həmkarlar və rəhbərliklə dil tapın. Yanlış qərarlar verməyin. Rəqib və bədxahlar uğurlarınıza paxıllıq edirlər.
Yaşamınıza və işlərinizə kobud müdaxilənin qarşısını almaq üçün bütün vasitələrə əl atın. Rəqiblərə qarşı sərt, aqressiv olun və irəliləməyə davam edin.

Şəxsi münasibətlər müstəvisində də işlər pis deyil. Yaxınlarınızla təmaslarda həlim olun. Ailə üzvlərinizdən biri sizə xoş sürpriz edəcək.


Şir - heç yaxşı emosional fonu olmayan gündür. Asanlıqla təbdən çıxır, xırda məsələlərə görə əhvalınızı pozursunuz. Başqa vaxt fikir vermədiyiniz nüanslar indi sizi qayğılandırır. Yaxın ətrafınızdakı insanlar sizi sakitləşməyə, emosiyaları cilovlamağa çağırırlar. Bu məsləhətlərə qulaq asın.

Əks cins mənsubu ilə dil tapmaq çətindir. O, sanki ən pis məziyyətlərini nümayiş etdirmək qərarına gəlib.
Səhhətinizə fikir verin. Zökəm və soyuqdəymə riski var. Özünüzü qoruyun.

Qız - bu gün absurd və izahı çətin hadisələr baş verə bilər. Hər şeyə rəğmən təmkinli, imkan və qüvvələrinizə inamlı, soyuqqanlı olun. Yaxın ətrafınızdakı insanlar, habelə sizi ilk dəfə görənlər sizi impulsiv insan saymamalıdırlar. Yeni müttəfiq və tərəfdaş tapa bilərsiniz. Onlar sizin nəyə qadir olduğunuzu anlamağa başlayıblar.

Şəxsi münasibətlərə qısqanclıq kölgə salmamalıdır. Sevdiyiniz insanın şübhələrini dağıdın, onun hissləri ilə oynamayın.
Romantik tanışlıq zamanı unutmayın ki, ilkin təəssürat dürüst olmur.

Tərəzi - çətin və qarışıq gündür. Xoşagəlməz təmayüllərin təsiri güclüdür. Rəqabət mübarizəsi güclənir. İşdə həmkarlar və ya işgüzar tərəfdaşlarla münaqişə ola bilər.
Etibarlı saydığınız insana tam güvənməyin. Maraqlı işgüzar təklif ala bilərsiniz.
İşinizi daha maraqlı və maaşı yüksək olan yerlə dəyişməyi də düşünə bilərsiniz.

Yaxınlarla dil tapmaq asan deyil. Son vaxtlar onların sizə iradları artıb və həmin iradlar bu gün səslənəcək. Tənqidə sakit reaksiya verin. Belədə münaqişənin alovlanmasının qarşısını alarsınız.

Əqrəb - hadisələr istədiyiniz və gözlədiyiniz məcrada inkişaf etməsə də, müəyyən hədəflərə çatmaq mümkündür.
İşdəki mövqelərinizi və ya fəaliyyət göstərdiyiniz sahədəki dayaqlarınızı möhkəmlətmək şansı var. Maraqlı təkliflər alacaqsınız.
Sənədləşdirmə, viza və icazələrin alınması üçün əlverişli gündür. Gəlir istisna deyil.

Daşınmaz əmlak, dəyərli mülk və ya əmlakın bölüşdürülməsi ilə bağlı məsələləri həll etmk olar. Yaxınlarınızla mübahisə ehtimalı azdır. Fikir ayrılığı yaransa belə, onu həll edin.
Günün ikinci yarısı gözlənilməz tanışlıq vəd edir.


Oxatan - əlverişli gündür. Yaradıcılıq planlarını reallaşdırmaq, sizi çoxdan bəri narahat edən suallara cavab vermək olar. Gələcəklə bağlı planlar qurun, onları müzakirə edin. Maliyyə, uzunmüddətli sərmayə, kommersiya fəaliyyəti ilə bağlı məsələlər ön planda olmalıdır.

Maraqlı işgüzar təkliflər ala bilərsiniz.
İşlərinizi qaydaya salmaqla yanaşı, yaxınlarınıza və qohumlarınıza da yardım edin.
Həsas olun, yaxın ətrafınızdakı insanların xətrinə dəyə biləcək tənqid və iradlara yol verməyin.
Axşam saatları romantik görüş üçün əlverişlidir. Hisslərinizi etiraf edin.

Oğlaq - işdə münaqişə, rəhbərliklə fikir ayrılığı yarana bilər. İndi formalaşan problemlər ilk baxışdan göründüyü təki ciddi deyil. Ən kiçik məsələdə inadkarlıq etməyin, güzəştə getməyi bacarın.
İşdəki münaqişə səngiməsə, kiminsə çalışdığı yeri tərk etməsi gərəkdir.
Günün ikinci yarısında şəxsi həyatınızla bağlı mühüm qərarlar qəbul etməyin. Başqalarının davranışını yanlış dəyərləndirməyin. Yaşca sizdən kiçik olan qohumlarınızla təmaslarda qayğıkeş və diqqətli olun.

Dolça - günün ilk yarısından maksimal dərəcədə effektiv istifadə etməyə çalışın. Əla nəticələr əldə etməyə imkan verən məhsuldar dövrdür. İşgüzar danışıqlar yaxşı keçir. Əvvəllər arzuladığınız nəsnəyə yiyələnmək, məqsədə çatmaq şansı var. Ehtiyatlı, səliqəli, təfərrüatlara diqqətli davranış ciddi səhvlərin qarşısını alacaq.

Günün ikinci yarısında iş və ya şəxsi münasibətlərlə bağlı görüş ola bilər. Qəfil dəvət və ya təklifin alınması, çoxdankı planın reallaşdırılması imkanın yaranması mümkündür.
Axşam saatları maraqlı tanışlıqlar vəd edir.

Balıqlar - gün əlverişli deyil. Nə parlaq qələbələr olacaq, nə də yeni imkanlar yaranmayacaq. Hadisələr elə ləng inkişaf edir ki, hətta bir ara darıxacaqsınız.
Günün ikinci yarısında yaxşı informasiya, vacib informasiya, sizə əziz olan insandan xəbər alacaqsınız.
İşgüzar və şəxsi məsələlərin müzakirəsi üçün yaxşı gündür. Lakin yekun qərar qəbul etməyə tələsməyin.
Evdə təmirlə bağlı problemin həllinə başlayın. Təmir və ya tikinti üçün gərəkli materialları alın.
Axşam saatlarını xoş keçirin.
mənbə:wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.