19.03.2017 Gündəlik Bürclər (19 Mart 2017 Günlük Bürclər)

18 Mart 2017
4 491
0
19.03.2017 Gündəlik Bürclər (19 Mart 2017 Günlük Bürclər)
QOÇ - İştirakçısı olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Sağlıq durumunuza fikir verin, əsəblərinizi qoruyun.

BUĞA - Hər hansı yeniliklə rastlaşacağınızı düşünməyin. Çünki ulduzların düzülüşü passiv bir təqvim yaşayacağınızı bildirir. Qarşıda qeyri-iş günü olduğu üçün görüşləri intensivləşdirin. Hələ də böyük planlarınızın reallaşmaması daxili gərginliyinizi artıra bilər. Buna baxmayaraq, özünüzdə təmkin tapıb Ulu Yaradana ümid bəsləyin. Uzaq səfərə çıxmaq olar.

ƏKİZLƏR - Yaxşı olar ki, adi işlərlə məşğul olmaqla bu təqvimi başa vurasınız. Onsuz da işdə və ünsiyyətdə o qədər də səmərəli nəticələrə nail ola bilməyəcəksiniz. Uzaq səfərləri təxirə salın. Planlarınızı həyata keçirməyə çalışın. Dostlarınıza qarşı soyuqlaşmayın.

XƏRÇƏNG - Ümumi fon neqativ olsa da, çalışmalısınız ki, ixtiyarınızda olan bu tarixdə mənfi mənada heç nə baş verməsin. Tanrını başınız üstündə hiss edin, ziyarətgahlara baş çəkin. Sağlıq durumunuza fikir verin, əsəblərinizi qoruyun.

ŞİR - Hansısa xoşagəlməzliyi gözləməyə dəyməz. stroloji göstəricilər hər hansı qanqaraçılığın mümkünlüyünü təkzib edir. Qərarlarınızda qəti olsanız, bəxtiniz də gətirəcək.Ətrafınızda olan xeyirxah insanların dəstəyi nəticəsində nəzərdə tutduğunuz zirvələrə yaxınlaşa biləcəksiniz. Sevgidə kobudluq etməyin.

QIZ - İlk növbədə qarşılıqlı münasibətlərə fikir verin. Müəyyən təsirlərə məruz qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli sövdələşmələrdən, məsuliyyətli işlərdən uzaq durmalısınız. Çünki ən zəif yeriniz davranışla bağlıdır. Əsəblərinizi qorumaqla gün ərzində müəyyən irəliləyişlərə nail ola bilərsiniz.Günün ikinci yarısını gəzintilərə həsr edin.

TƏRƏZİ - Maddi cəhətdən müəyyən irəliləyişlər mümkün olsa da, qarşılıqlı münasibətlərdə və fəaliyyət zəminində gərginlik gözlənilir. Odur ki, davranışlarınıza diqqət yetirməyə çalışın. Sürprizlər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız.

ƏQRƏB - Nə vaxtsa buraxdığınız səhvlər bu gün qarşınıza çıxa bilər. Belə məqamlarda özünüzü itirməkdənsə, hər addımda məsuliyyətli olmalısınız. Hər hansı dava-dalaşa ehtiyac yoxdur. Daxili sabitliyinizi qoruyun. Əks təqdirdə müttəfiqləriniz sizdən uzaqlaşa bilər.

OXATAN - Qərar çıxararkən reallığı mütləq nəzərə alın. Elə etməyin ki, sonralar əziyyət çəkəsiniz. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan vədlər verməkdən uzaq olun. Dost bildiyiniz insanları müəyyən sınaqlara çəkin ki, onların sədaqət dərəcəsini biləsiniz.

OĞLAQ - Bürcünüzün sonuncu tam təqvimini yaşayacaqsınız. Bu səbəbdən də nəzərdə tutduğunuz planların icrasını sürətləndirin. Ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Yaxın günlərdə maddi problemlərinizin aradan qalxacağına nikbin yanaşın. İnsanlara inamla baxın.

DOLÇA - Sevinməyə dəyər. Ulduzların düzümü maliyyə imkanlarınızın genişlənəcəyindən xəbər verir. Bu isə nəticə etibarilə bütün proseslərdə üstünlüyü sizə verəcək. Amma gərək səhhətinizə də fikir verəsiniz. Bu istiqamətdə hər bir mümkün təbirlər görün.

BALIQLAR - Nahara qədər əhəmiyyətsiz adamlardan uzaq olun. Cəfəng söhbətlərə vaxt itirməkdənsə daha əməli işlərdən yapışın. İşlə bağlı müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Özünüzü soyuqdan qorumağı tövsiyə edən ulduzlar axşama sürpriz hazırlayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.