Bürclərə görə Xəstəliklər

25 Mart 2017
2 389
0
Bürclərə görə Xəstəliklər
Hər bir bürc bədənin müxtəlif hissələrini idarə edir. Feat.Az bildirir ki, bununla da hər bir bürcdə idarə etdiyi hissə ilə bağlı xəstəliklərə çox rast gəlinir. Biz bu yazımızda bürclərin hansı hissələri idarə etdiyini və hansı xəstəliklərə daha çox meylli olduğunu tapıb yazmışıq.

Qoç bürcü

Qoç bürcü bədənin baş hissəsini idarə edir. Buna görə də Qoç bürcü olan insanlar tez-tez baş ağrısından şikayətlənirlər. Bundan əlavə yüksək hərarət, miqren, beyin iltihabı və təzyiq də qoç bürcü insanlarının çox rastlaşdığı xəstəliklərdir. Əsəbiləşdikdə mədələri də ağrıya bilər. Tərəzi bürcündən gələn əks təsirlər ilə böyrək və bel hissəsində də narahatçılıq yaşayırlar. Qoçlar xəstələnməyi sevmədikləri üçün cüzi bir xəstəliyin əlamətlərini elə də diqqətə almırlar və bu xəstəliyin öz-özünə keçməsini gözləyirlər. Xəstələndikləri zaman yatıb dincəlməzlər. Fiziki quruluşlarının güclü olması ciddi bir xəstəliyə tutulsalar belə çox tez sağalmalarına kömək edir. Qoç bürcü insanları istirahət etməyə diqqət göstərməli, çox işləməməyə və narahatçılıq keçirməməyə çalışmalıdırlar. Bol meyvə və tərəvəz yemələri tövsiyə olunur.

Buğa bürcü

Bu bürcün bədəndə idarə etdiyi hissələr isə boyun və boğazdır. Buna görə də ən çox rastlaşdıqları problemlər soyuq dəymə, səs telləri, udlaq, badamcıqlar, qulaqlar və qalxanabənzər vəzi ilə əlaqəli yaranan xəstəliklərdir. Buğa bürcü insanları fiziki olaraq çox güclüdürlər və tez yorulmadıqları üçün uzun müddət işləyə bilirlər. Bu bürcdə olan insanlar digər bürcdəkilərə nisbətən xəstəliyə daha dözümlü olurlar. Əqrəb bürcündən gələn əks təsir ilə cinsi orqanlar, ifrazat vəziləri və ifrazat sistemi də həssas ola bilir. Qadınlarda yumurtalıq və uşaqlıq, kişilərdə isə prostat vəzinin xəstəliklərinə rast gəlinir. Buğalar səbrli xəstələrdirlər və həkimin verdiyi məsləhətlərə əməl edir, dərmanlarını vaxtında və düzgün qaydada qəbul edirlər. Həm ağır, yağlı yeməkləri sevdiklərinə görə, həm də qalxanabənzər vəzi artıq miqdarda tiroid hormonu ifraz etdiyinə görə çox kökəlirlər və köklüklə bağlı xəstəliklər ilə rastlaşırlar. Buğa bürcü insanları gənc yaşdan başlayaraq çox yeməməyə diqqət göstərməli və idmanla məşğul olmalıdırlar.

Əkizlər bürcü
Əkizlər bürcünün idarə etdiyi hissələr sinir sistemi, çiyin və qollardır. Bu bürcdə olan insanların sinir sistemləri elə də güclü deyil, çiyinlər, qollar və əlləri olduqca həssas olur. Bu insanlarda körpücük sümüyü qırıqları, çiyin, qol ağrıları kimi problemlər görülə bilir. Əkizlər bürcü eyni zamanda ağciyəri də idarə edir və buna görə də soyuq dəymə ilə bronxit də bu bürcün insanlarının çox rastlaşdığı xəstəliklərdəndir. Bundan əlavə Oxatan bürcündən gələn əks təsir ilə ayaqlarda ağrılar, revmatizma, qaraciyər həssaslığı və allergiya kimi narahatçılıqlar da olur. Əkizlər bürcündə olan insanlar həm fiziki, həm də zehni olaraq sağlamdırlar, lakin ümumiyyətlə əsəbi və narahat insanlar olurlar. Yaxşı xəstə deyillər, həkimin öyüdlərinə qulaq asmazlar.

Xərçəng bürcü

Xərçəng bürcü mədə və on iki barmaq bağırsağı idarə edir. Bu bürcdən olan insanlar narahat və tez kədərlənən insanlar olduqları üçün mədələrində həzm problemi yaşayırlar və hətta bu, gələcəkdə mədə xorası xəstəliyi yaranmasına belə gətirib çıxarır. Bədənlərində ən yaxşı işləyən yer süd vəziləridir və buna görə xərçəng bürcü “analar bürcü” kimi də bilinir. Qidalara düşkün olmaları və tənbəllikləri, xüsusilə orta yaşlarda kökəlməklərinə səbəb olur. Mədə xəstəlikləri ilə yanaşı bağırsaq tənbəlliyi və böyrək xəstəlikləri də bu bürcün insanlarının çox rastlaşdığı problemlərdəndir. Xərçəng bürcü insanları ağrıya dözümsüz olurlar. Xəstələndikləri zaman bunu həddindən artıq şişirdir və onlara baxan insanları bezdirirlər. Bu bürcdə olan insanlar qidalanmalarına diqqət göstərib, idmanla məşğul olarlarsa, daha sağlam olarlar.

Şir bürcü
Şir bürcü ürək, onurğa və kürəyi idarə edir. Bu bürcün insanı həyəcanı və adrenalini sevirlər, əgər sonrakı yaşlarında daha sakit həyat tərzinə keçməzlərsə, ürək çatışmazlığı xəstəliyi ilə rastlaşa bilərlər. Şirlərin gözləri yaxşı görür və xəstəliklərə qarşı dözümlüdürlər. Xəstələnməyi sevməzlər və xəstələndikləri zaman həddindən artıq həyəcanlanırlar. Ancaq nikbinlikləri sayəsində xəstəlikləri uzun çəkməz və tez sağalarlar. Bütün həyatları boyunca idmanla məşğul olduqları üçün fiziki quruluşları sağlam olur. Şir bürcündə olan insanlar yaxşı xəstə deyillər. Xəstələndikləri zaman dincəlmək yerinə işlərinin başına qayıdırlar, bu da gec sağalmaqlarına səbəb olur. Lakin buna baxmayaraq sağlam quruluşlu olduqları üçün tez sağalıb, ayağa qalxırlar.

Qız bürcü

Qız bürcü sinir sistemini və bağırsaqları idarə edir. Bu bürcün insanlarında da xərçənglərdə olduğu kimi mədə xəstəliklərinə daha çox rast gəlindiyi üçün yediklərinə diqqət yetirməli və düzgün qidalanmalıdırlar. Qız bürcü insanları ümumiyyətlə qidalanmalarına diqqət göstərən bürcdürlər və bu barədə başqalarına da məsləhətlər verirlər. Olduqları mühitin sağlamlıq cəhətdən əlverişli şəraitdə olmasına diqqət göstərirlər. Bu bürcün insanlarının bəziləri xəstələndikləri zaman onlara xüsusi diqqət göstərilməsini istəyirlər və bezdirici olurlar. Ancaq bəziləri isə yaxşı xəstədirlər, həkimin məsləhətlərinə diqqətlə qulaq asır və bunlara qaydasında əməl edirlər.

Tərəzi bürcü
Bu bürc isə bədəndə böyrəklər, bel və onurğa sistemini idarə edir. Buna görə də beldə, əzələ və sümüklərdə ağrılar, revmatizma kimi xəstəliklər bu bürcün insanlarda daha çox rast gəlinir. Bunun üçün də özlərini çox yormamalı və yaxşıca dincəlməlidirlər. İri görünüşlü olmaqlarına baxmayaraq immunitetləri zəif olur. Bunun nəticəsində də soyuq dəymə və yoluxucu xəstəliklərə tez yoluxurlar. Qoç bürcünün əks təsirləri isə bu insanlarda baş və gözlərdə həssaslıq və ağrılar olmasına səbəb olur. Tərəzilər xəstələndikləri zaman bundan hamının xəbəri olmasını istəyirlər və qarşısındakıların ona qarşı xüsusi diqqət və qayğı göstərməsini tələb edirlər.

Əqrəb bürcü
Əqrəb bürcünün bədəndə idarə etdiyi hissə isə reproduktiv orqanlar və mədədir. Kişilərdə prostat, qadınlarda isə yumurtalıq və uşaqlıqla bağlı xəstəliklərə daha çox rast gəlinir. Əqrəb bürcü insanları xəstəliyə qarşı mübarizə aparan bir xarakterə sahibdirlər. Xəstə olduqları vaxtda belə güclü iradələri və enerjiləri ilə işlərini davam etdirirlər. Xəstəliklərini qəbul etdikləri zaman bunu da bir iş kimi qəbul edib, bir an əvvəl bunu yox etmək üçün səy göstərirlər. Tez sağalmaq istədiklərindən müalicələrinə xüsusi diqqət yetirir və ən təsirli dərmanları qəbul edirlər. Əqrəblər ağrıya dözümlü, yaxşı xəstələrdirlər. Onlar sağlamlıqlarının öz əllərində olduğunu və xəstəliyi iradələri ilə yox edə biləcəklərinə inanırlar.

Oxatan bürcü

Oxatan bürcü bədəndə qaraciyər, budlar və dişləri idarə edir. Buna görə də onlarda ən çox revmatizma, bel osteoxondrozu və gut xəstəliyi, qaraciyər və diş əti problemləri, sümük əriməsi kimi hallar görülür. Əkizlər bürcündən aldıqları əks təsir ilə sinir sistemləri zəif olduğundan bununla əlaqəli xəstəliklərə də çox rast gəlinir. Bu bürcün insanları çox yemək yeməzlər. Çəkilərini qorumağa və kökəlməməyə xüsusi diqqət göstərirlər. Revmatizmadan əziyyət çəkdikləri üçün bunun yaranmasına səbəb olan amillərdən özlərini qorumalı və enerjilərini taraz formada sərf etməlidirlər.

Oğlaq bürcü
Oğlaq bürcü dişləri və sümükləri idarə etdiyindən ortopedik xəstəliklər və diş xəstəliklərinə meyllidirlər. Bundan əlavə revmatizma da onların çox rastlaşdığı xəstəliklərdəndir. Xərçəng bürcündən gələn əks təsir ilə mədə və həzm sistemində də problem ola bilir. Yemək mövzusunda nizamlı və dissiplinli olduqlarından elə də çox yemirlər. Xəstəliklərini hiss etdikləri zaman özlərinə diqqət göstərirlər və həkimin məsləhətinə əməl edirlər. Ağrıya dözümlü olan oğlaqlar ağrını ətrafındakılara bəlli etmədən gizlicə çəkərlər.

Dolça bürcü

Dolça bürcü bədəndə baldırlar, dişlər, həzm sistemi, ürək, boğaz, limfa sistemi və reproduktiv orqanları idarə edir. Beləliklə də onlarda ən çox bu orqanlarla bağlı xəstəliklər müşahidə olunur. Amma bununla yanaşı bu bürcdən olan insanlar o qədər də çox xəstəliklə üzləşmirlər. Xəstələndikləri zaman xəstəliklərinin nə olduğunu və necə mübarizə aparmağı bildikləri üçün elə də problem yaşamır və tez sağalırlar. Dolçalar təmiz havada gəzməyi və açıq havada edilən idman növlərini çox sevirlər. Bəzi dolçalar çox yemək və siqaret çəkməkləri nəticəsində bəzi xəstəliklərlə üzləşə bilirlər. Və çox yeməkləri yeməyə düşkün olduqlarından deyil, ətrafında baş verənlərə əsəbiləşdiklərindən olur. Zəhərlənmə, yüksək hərarət, ayaqlarda varikoz, baldır və bilək ağrıları bu bürcün insanlarının ən çox şikayətləndiyi xəstəliklərdir.

Balıq bürcü
Ayaqları və sinir sistemini idarə edən Balıq bürcü insanları psixi xəstəliklərə daha çox meylli olurlar. Bu bürcdən olanlar ümumiyyətlə gücsüz və müqavimətləri zəif insanlardırlar. İnfeksion xəstəliklərə müqavimətləri zəif olan Balıqların limfa sistemi də zəif olur və buna görə də bununla bağlı problemlər yaşayırlar. Qız bürcündən gələn əks təsir ilə bağırsaqlar və həzm sistemi ilə əlaqəli xəstəliklər də yarana bilir. Bü bürcdən olan insanlar xəstələndikləri zaman özlərinə çox diqqət göstərirlər və həkimin bütün tapşırıqlarına əməl edirlər.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET