24.03.2017 Gündəlik Bürclər (24 Mart 2017 Günlük Bürclər)

23 Mart 2017
5 388
0
24.03.2017 Gündəlik Bürclər (24 Mart 2017 Günlük Bürclər)
QOÇ - Neçə gündən bəri başladığınız işgüzar fəaliyyətinizi bu təqvimdə də davam etdirməlisiniz. İşlə bağlı qarşınızı kəsən bütün maneələri dəf etməyə çalışın. Kənar təsirlərə aludə olmayın.

BUĞA - Sizə dəxli olmayan məsələlərə az müdaxilə edin. Onsuz da son məqamda yardımçı olduğunuz şəxslər özünüzə qarşı yönələcək. Günün ikinci yarısında yaxın qohumlara baş çəkin.

ƏKİZLƏR - Olduqca müəmmalı gündür. Ətrafınızda cərəyan edən proseslərdən baş çıxara bilməyəcəksiniz. Bu səbəbdən də hər hansı addımı atmazdan qabaq ehtiyat tədbirlərinizi artırmalısınız.

XƏRÇƏNG- Böyük dəyişikliklər astanasındasınız. Ulduzlar sürpriz dolu məqamlar yaşayacağınıza imkan verəcək. Amma belə anlarda kiməsə yalan satmaq, hiyləgərlik etmək yolverilməzdir.

ŞİR- Yersiz lovğalıq, mənəm-mənəmlik sizə başucalığı gətirən deyil. Bu amili nəzərə alıb ünsiyyətdə olduğunuz adamlara qarşı mərhəmətli davranın. Yeni əlaqələrdən çəkinməyin.

QIZ - İnsanlarla münasibətdə vəziyyət heç də ürəkaçan olmayacaq. Ola bilsin ki, sizə qarşı təxribat da törədilsin. Hər halda tədbirli olmağınız lazımdır. Axşam qonaqlıq görünür.

TƏRƏZİ - İxtiyarınızda bir qədər mistik gün durur. Tanrıya xoş getməyən əməllərdən çəkinin. Ulduzlar gün ərzində büdcənizin xeyli ağırlaşacağını bəyan edir. Buna hazır olun.

ƏQRƏB - Fərdi fəaliyyət prinsipində müsbət dönüş yaratmaq istəyirsinizsə, bu təqvimdən maksimum istifadə edin. Əks təqdirdə yaxın günlərdə bu şansı itirəcəksiniz. Hamıya mehriban olun.

OXATAN - Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl - ulu Zərdüştün bu tövsiyələri nə qədər ki, qəlbinizə hopmayıb, taledən mərhəmət gözləməyin. İndi seçim sizindir, başlamağa dəyər.

OĞLAQ - Martın ən yaxşı günlərindən birini yaşayacaqsınız. Bu baxımdan fəaliyyət zəminində uğurlarınız daha çox olacaq. Sövdələşmələrdə qarşı tərəfin mövqeyini mütləq nəzərə alın.

DOLÇA - Maliyyə məsələləri ilə bağlı əlverişli gün olsa da, çox güman ki, mübahisəsiz keçinməyəcəksiniz. Ədalətli qərarlara hörmətlə yanaşın. Nahardan sonra səfərə çıxmağa dəyər.

BALIQLAR - Aktiv gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Tərəddüd etdiyiniz məsələlərdə mütləq məsləhət alın. Nahardan sonra sevindirici hadisələr gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.