ALiYeVdən Günlük Bürclər 21.10.2014

20 Ekim 2014
2 051
0
ALiYeVdən Günlük Bürclər 21.10.2014
ALiYeVdən Günlük Bürclər 21.10.2014

Qoç - Günün ilk yarısında baş verən hadisələrə qıcıqlanmayın. Sinirlərinizə hakim ola bilməməyiniz yaxınlarınızla münasibətlərinizə yaxşı təsir etməyəcək. Mənfi emosiyalar yaranmış situasiyanı dəqiq qiymətləndirməyə və dürüst qərar qəbul etməyə mane olur.
Sonradan təəssüfünüzə səbəb ola biləcək addımlar atmayın. Yaşamınıza təsir edə biləcək insanlarla mühüm görüş və ya təmaslar məsləhət deyil.
Günün ikinci yarısı daha uğurlu olacaq. Niyyət, fikir və hisslərinizi aydınlaşdırın. Prioritetləri müəyyənləşdirin, fəaliyyət planı hazırlayın.
Yaxşı heç nə gözləmədiyiniz insan sizi qəflətən dəstəkləyəcək.

Buğa - Maraqlı və xoş söhbətlər, uzun zaman unuda bilməyəcəyiniz görüş günüdür. Adətlərinizin bir qismini dəyişin, yaşamınızı daha zəngin edin. Əvvəllər maraqlanmadığınız işlə məşğul olun. Dostlar və yaxınlarınızın təşəbbüslərini dəstəkləyin. Yaradıcılıq potensialınız yüksək deyil. Orijinal ideyaların yaranma ehtimalı azdır. Lakin ətrafınızdakı insanlardan birinin konkret ideyalarını diqqətsiz qoymayın.
Sənədləşdirmə, müqavilə və anlaşma imzalamaq, mühüm sənədlərlə iş üzrə əlverişli gündür. Gəlir ehtimalı azdır.
Alış-veriş uğurlu ola bilər.

Əkizlər - İstənilən ev işi üçün əla zamandır. Yaşam arealında yerdəyişmələr etmək, təmirə başlamaq olar. Mebel, interyer əşyaları, qab-qacaq, evinizi daha rahat və xudmani edə biləcək istənilən predmeti almaq olar.
Axşam saatları dostlarla görüş üçün əlverişlidir. Dəvət aldığınız tədbir isə yeni tanışlıqlar və emosiyalar vəd edir.
İntuisiyanın verdiyi siqnallar dəqiqdir. Həmin siqnallara riayət etsəniz, qarşınıza qoyduğunuz məqsədə çatmaq, çoxdankı planı reallaşdırmaq, yaxınlarınızla münasibətləri daha rəvan etmək şansınız var.
Bir zamanlar həyatınızda önəmli yer tutmuş insanla münasibətləri bərpa edə bilərsiniz.

Xərçəng - Başqalarının problemlərinin həlli çox vaxtınızı alır. Təbii, bu pis iş deyil və ilk əvvəl böyük ruh yüksəkliyi hiss edəcəksiniz. Lakin az sonra şövqünüz yorğunluq və laqeydliklə əvəzlənəcək. Günü elə planlaşdırın ki, axşam saatlarında rahat istirahət etməyə, tək qalmağa, qüvvələri bərpa etməyə vaxt qalsın.
Ev işlərinin öhdəsindən sürətlə gəlin. Yardıma ehtiyacınız yoxdur. Alış-verişdə böyük məbləğdə pul xərcləməyin. Aldığınız əşyaların seçimi uğursuz ola bilər.
Yaşlı qohumlarla dil tapmaq asandır.

Şir - Sakit və əlverişli gündür. Ciddi çətinliklərlə qarşılaşmayacaqsınız. Tələsməyə heç bir lüzum yoxdur. Sizin üçün rahat olan ritmdə irəliləməyə davam edin.
Yaxın ətrafınızdakı insanlar yeni ideya və ya planınızı qeyri-adi saya bilərlər. Buna görə də niyyətinizi ətrafınızdakı şəxslərlə bölüşməyin, əlavə problemlər yaratmayın.
Ailə üzvlərinizə maksimum diqqət ayırın. Yaşlı qohumlarla dil tapmaq asan deyil. Münasibətləri pozmamaq üçün ciddi güzəştlərə getmək gərəkdir.

Qız - Hər şeyi əvvəlki vaxtlardan fərqli etdiyiniz gündür. Bu da yaşamınızda dəyişikliklərə səbəb ola bilər. Formalaşmış ənənələrdən bir qədər geri çəkilməkdə xeyir var. Məhz belədə dəyərli təcrübə əldə edərək dünyagörüşünüzü genişləndirəcəksiniz. Yeni gəlir mənbəyi tapmaq şansı yaranır. Planlaşdırılmamış gəlir istisna deyil.
Faydalı əşyalar almaq olar. Gərəksiz və ehtiyac duyulmayan əşyalara aldanmayın. Fikirlərinizi qaydaya salın, yaranmış situasiyaya bir qədər kənardan baxın. Gözlənilməz nəticələr ola bilər.

Tərəzi - Uğurlar asan əldə olunmasa da, günü uğursuz saymaq mümkün deyil. Hər addımı əvvəlcədən götür-qoy etməklə, səy göstərməklə ciddi irəliləyişə nail ola bilərsiniz. Unutmayın ki, səthdə olan, ilk baxışdaca nəzərə çarpan, sürətlə ağla gələn həll variantları səhih və dürüst deyil. Qarşınıza qoyduğunuz məqsədə aparan yol uzun, keşməkeşlidir. Həmfikirlərlə ünsiyyət, yeni müttəfiqlər aramaq üçün pis gün deyil.
Birgə layihələrdə iştirak, çətin vəziyyətlərə düşənlərə yardım zamanıdır. Alış-veriş etmək, səyahət üçün bilet almaq olar.

Əqrəb - Yaxın ətrafınızdakı insanlardan fərqli olaraq enerjili, məqsədyönlü şəkildə çalışın. Bir yerdə durmayın, mənası və əhəmiyyəti olmayan işlər barədə düşünməyin. Sadəcə, gərəkli hesab etdiyiniz işlə məşğul olun. Belə taktika məhsuldar olacaq. Bu gün qarşınıza qoyduğunuz məqsədlərə artıq günorta saatlarında çata bilərsiniz.
Maraqlı tanışlıqlar və romantik macəra istisna deyil. Kimsə düşünülməmiş addımlar atdığınızı, spontan qərarlar verdiyinizi düşünə bilər. Amma belə olmamalıdır. Əməllərinizin hansı nəticə verəcəyini təxminləməyə çalışın və absurd addımlar atmayın.

Oxatan - Yaradıcılıq potensialınız yüksəkdir. Bu səbəbdən də əvvəlki günlərlə müqayisədə təəssüratlar daha parlaq, yaddaqalan olacaq. İdeyalarınızı reallaşdırmaqla yanaşı, dostlara da niyyətlərini həyata keçirməyə kömək edəcəksiniz. Onların minnətdarlığı sonsuz olacaq. Mühüm məsələlərin nəzərdən keçirilməsi, mövqeyi və fikrinə laqeyd qalmadığınız insanlarla görüş üçün əlverişli vaxtdır.
Səfər və ya səyahətlərdə çox vaxt keçirməli olacaqsınız. Bu, sizi pərişan etməsin. Maraqlı tanışlıqlar istisna deyil.
Çoxdan aradığınız insanla qarşılaşa bilərsiniz.

Oğlaq - Uğursuz gündür. Həddən ziyadə usandığınızı hiss edə bilərsiniz. Çalışmaq məcburiyyətinizdə qaldığınız iş sizə çox mənasız və darıxdırıcı təsir bağışlaya bilər. Amma o işi nə təxirə salmaq, nə də başqasına tapşırmaq mümkündür. Yaxın ətrafınızdakı insanlardan biri ilə mübahisə çox kiçik məsələyə görə yarana bilər. Birgə alış-verişdə mübahisə istisna deyil. Yaşlı qohumlarla münasibətlərdə çox diqqətli olun.
Özünüzə həddən ziyadə güvənməyin. Eqoizm və təşəxxüsünüz sonradan öhdəsindən gələ bilməyəcəyiniz işlərə razılaşmağınızın səbəbidir. Yaxınlarınızın təklif etdiyi yardımlardan boyun qaçırmayın.
Qətiyyətli və inadkar olun.

Dolça - Sadə, rahat və uğurlu gün olmasa da, qarşınıza qoyduğunuz məqsədlərə nail ola bilərsiniz. Kiçik problemlərə sakit yanaşın. İşlərinizin istədiyiniz məcrada getməməsindən narahat olmayın, təlaşa düşməyin. Hesablamalarda yanlışlıqlar, maliyyə itkiləri istisna deyil. Təşvişə düşməyin. Problemləri həll etmək olar.
Yaşlı qohumlar və ya ailə üzvlərindən biri ilə fikir müxtəlifliyi yarana bilər. Ailə büdcəsi və ya yaxın gələcəklə bağlı planları müzakirə etmək məsləhət deyil.

Balıqlar - Dəvət aldığınız tədbirə qatılın, vaxtınızı səmərəli keçin. Qəfil, amma xoş görüşlər ola bilər. Yaşam məkanının dəyişməsi, yeni maraqlar və macəralar istisna deyil. Günün ilk yarısında alış-veriş uğurlu olacaq.
Maliyyə baxımından uğurlu gündür. Gəlir əldə edəcəksiniz. Asanlıqla tanış olur, yeni müttəfiqlər qazanırsınız. Romantik macəraya aldanmayın.
mənbə: Wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.