30.03.2017 Gündəlik Bürclər (30 Mart 2017 Günlük Bürclər)

29 Mart 2017
6 187
0
30.03.2017 Gündəlik Bürclər (30 Mart 2017 Günlük Bürclər)
QOÇ - Əvvəlki günlərdən fərqli olaraq bu ərəfədə rahatlıq əldə edəcəksiniz. Hər hansı konfliktlə üzləşmə ehtimalınız da yoxdur. Sağlamlıqla bağlı sıxıntılarınız kifayət qədər səngiyəcək.

BUĞA - Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Saat 14-dən sonra şəxsi büdcənizi artırmağa şanslı olacaqsınız.

ƏKİZLƏR - Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.

XƏRÇƏNG - Perspektivlərinizi reallaşdırmaqda tənbəllik edirsiniz, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Sonra başqalarında günah görməmək üçün münasib addım atın.

ŞİR - İxtiyarınıza elə bir gün verilib ki, yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilə və məsləhətlər önəmli deyil. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.

QIZ - İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Çünki ixtiyarınızda olan bu tarix deyilən məsələlər üçün önəmli deyil. Amma səfər və səyahətlər üçün uğurlu vaxtdır.

TƏRƏZİ - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin və imkan daxilində müqəddəs ziyarətgahlarımızdan birinə üz tutun.

ƏQRƏB - Əsas diqqətinizi fəaliyyət istiqamətinə yönəldin. Qarşılıqlı münasibətlərdə, alış-veriş məsələlərində isə hansısa müvəffəqiyyət gözlənilmir. Axşam bütün risklərdən uzaq olun.

OXATAN - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Onu da nəzərə alın ki, bu təqvim qazanc üçün çox səmərəlidir.

OĞLAQ - Yeni ideyalarınızı reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Günün ikinci yarısını sövdələşmələrə həsr edin.

DOLÇA - Ay bürcünüzdə olduğundan yersiz risk etməyin. Əgər haqlısınızsa, bunu gec-tez hamı biləcək. Saat 17-dən sonra şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Təşəbbüskar özünüz olun.

BALIQLAR - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra işləriniz qaydasında gedəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.