03.04.2017 Gündəlik Bürclər (3 Aprel 2017 Günlük Bürclər)

02 Nisan 2017
5 112
0
03.04.2017 Gündəlik Bürclər (3 Aprel 2017 Günlük Bürclər)
Qoç - Ümumi çalarlarına görə bu təqvim mənfi müstəviyə daha yaxındır. Bütün görüş və müzakirələri, ciddi planları təxirə salmağınız məsləhətdir. Saat 15-16 arası aldanma ehtimalınız da var.

Buğa- Təxminən saat 14-ə qədər ümumi ovqatınız qənaətbəxş olacaq. Əzmkarlığınızı artırsanız, hətta şəxsi büdcənizdə artım da labüddür. Nahardan sonra isə mübahisəyə cəlb oluna bilərsiniz.

Əkizlər - Saat 10:18-dən Ay bürcünüzə girdiyindən qarşınızda duran vəzifələri həll etmək üçün şansınız azdır. Gərgin ab-hava, daxili süstlük və səhhətinizdəki problemlər sizə mane ola bilər.

Xərçəng - Günün ümumi mənzərəsi gərginliklə müşahidə olunacaq. Amma xırdaçılığa meyl etməsəniz, eləcə də ölçülü-biçili danışsanız, bəlkə də gözlənilən sıxıntılardan qurtula bilərsiniz.

Şir - Fəaliyyətinizdə passivlik mümkündür. Bunun səbəbini başqalarının ayağına yazmaqdansa, öz səhvlərinizi realizə edin. Sizə dəstək və məsləhət verən adamlara arxa çevirməyin.

Qız – Astroloji göstəricilər sevindirici xəbər eşidəcəyinizi bildirir. Ola bilsin ki, ürəyinizcə olan təklif də alasınız. Belə məqamlarda tərəddüd etməkdənsə, qəti qərar çıxarın.

Tərəzi - Bürcünüzün ən ideal günlərinin startı məhz bu təqvimdən etibarən veriləcək. Narahatçılığınıza o qədər də ehtiyac yoxdur. İştirakçısı olduğunuz hər bir sövdələşmə uğurla nəticələnəcək.

Əqrəb - Olduqca romantik bir gün yaşaya bilərsiniz. Sadəcə olaraq, bunun üçün mövcud məişət problemlərini unudub daha bəşəri ideyalara söykənməlisiniz. Müəyyən miqdarda qazanc da mümkündür.

Oxatan - Maddi problemləriniz olsa da, fəaliyyətinizlə bağlı müsbət nüanslar olacaq. Aldığınız hər bir təklifi razılıqla qarşılayın. Sevdiyiniz adamlara qarşı ittiham irəli sürməyin.

Oğlaq – Bazar günü olduğunu nəzərə alıb əsas vaxtınızı istirahətə yönəldin. Çünki bu gün hansısa ciddi cəhdinizin reallaşma ehtimalı yoxdur. Günün ikinci yarısında mübahisələrdən yayının.

Dolça – Qərarlarınızda qəti olsanız, ulduzlar sizə "hə" deyəcək. Yaxın günlər üçün nəzərdə tutduğunuz planları həyata keçirməkdə dostlarınızın dəstəyindən bəhrələnməyiniz vacibdir.

Balıqlar - Qarşınızda aprel ayının ən əlamətdar təqvimi dayanmaqdadır. Amma gərək səhhətinizə fikir verəsiniz. Maraqlarınız xatirinə əzmkarlığınızı artırın və ətrafda özünüzə rəğbət qazanın.
Əvvəlki Xəbər Növbəti Xəbər
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)
11:00
0

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)

“Kivi” Çizkeyki Resepti
10:00
0

“Kivi” Çizkeyki Resepti

Tarixdə Bu Gün - 22 Noyabr
09:00
18

Tarixdə Bu Gün - 22 Noyabr

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)
21:00
630

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)

22.11.2019 Gündəlik Bürclər (22 Noyabr 2019)
20:00
2 814

22.11.2019 Gündəlik Bürclər (22 Noyabr 2019)

Sevginin ömrünü necə uzatmaq olar?
19:00
335

Sevginin ömrünü necə uzatmaq olar?

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (327)
18:00
734

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (327)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (341)
17:00
662

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (341)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
265

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ