04.04.2017 Gündəlik Bürclər (4 Aprel 2017 Günlük Bürclər)

03 Nisan 2017
5 447
0
04.04.2017 Gündəlik Bürclər (4 Aprel 2017 Günlük Bürclər)
Qoç - Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, gün ərzində heç bir probleminiz olmayacaq. Nahardan sonra doğmalarınız və sevdiyiniz adamlarla daha mehriban davranın.

Buğa - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.

Əkizlər - Dünəndən Ay bürcünüzdə olduğu üçün gün darıxdırıcı keçəcək, lakin hisslərinizi cilovlamağı bacarmalısınız. Çünki bu gün sizi böyük işlər gözləyir. Əsas vaxtınızı məhəbbətə həsr edin.

Xərçəng - İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.

Şir - Ümumi götürdükdə uğurlu təqvim hesab etmək olar. Əksəriyyətlə müqayisədə daha çox büdcə artımı sizdə gözlənilir. Bu da hazırkı problemlərin həllinə kömək edə bilər. Bu gün yeni təkliflər də mümkündür.

Qız - Ulduzlar boş-boşuna oturmağınızı məsləhət görmür. Ən azı ona görə ki, artıq bürcünüzün aktiv ərəfəsi başlayıb. Şəxsi büdcənizdə və sevgi münasibətlərinizdə uğurlar da gözlənilir.

Tərəzi – Qərarlarınızda qəti və ədalətli olsanız, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyalar, o cümlədən daşınmaz əmlak alqı-satqısında iştirak etməyəsiniz.

Əqrəb - Yeni görüş və məsləhətləşmələrdə iştirakınız gözlənilir. Qarşınızı kəsən maneələr yavaş-yavaş səngiməyə başlayacaq. Yaşca sizdən böyük olan təcrübəli adamlardan yararlanın.

Oxatan - Şəxsi işlərinizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.

Oğlaq – Ulduzlar sizə pul vəd edir. Bu səbəbdən əsas gücünüzü deyilən istiqamətə yönəldin. Fəaliyyət və məhəbbət istiqamətində sevindirici olaylar da baş verə bilər. Sirrinizi yalnız sirdaşa verin.

Dolça - Yeni işgüzar əlaqələr qurmaq üçün Göy qübbəsi şanslarınızı artıracaq. Amma gərək təşəbbüskarlıq qarşı tərəfdən olsun. Bu gün şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür.

Balıqlar – Kifayət qədər düşərli gündür. Ulduzlar gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Günahlardan uzaq olmağa çalışın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.