06.04.2017 Gündəlik Bürclər (6 Aprel 2017 Günlük Bürclər)

05 Nisan 2017
4 793
0
06.04.2017 Gündəlik Bürclər (6 Aprel 2017 Günlük Bürclər)
Qoç - Köməyə böyük ehtiyacınız olduğunu görən Göy qübbəsi xidmətinizdə duracaq. Belə ki, nahardan sonra etibar etdiyiniz adamlardan dəstək alacaqsınız. Onları aramaqla məşğul olun.

Buğa - Ümumi gərginliyi nəzərə alıb gün ərzində ehtiyatlı taktikalardan istifadə etməlisiniz. Hər hansı mübahisə və hiyləgərlik müsbət nəticə verməyəcək. Riskli işlərdən uzaq olun.

Əkizlər - Ulduzlar gün ərzində külli-ixtiyarı özünüzə verəcək. Bu səbəbdən də atdığınız addımlara, verdiyiniz qərarlara diqqət yetirməlisiniz. Nahardan sonra maraqlı hadisələrin şahidi olacaqsınız.

Xərçəng - Yeni işgüzar əlaqələrə başlamaq üçün uğurlu ərəfədir. Amma aldanma ehtimalınızın olacağını göz önünə gətirib ehtiyatı da əldən verməməlisiniz. İşdə məsuliyyətinizi hiss edin.

Şir - Potensial enerjinizin zəifləməsi fəaliyyətinizin passivləşməsinə rəvac verir. Buna baxmayaraq, bürcünüzə xas olmayan mistikaya meyl etməməlisiniz. Kənardan dəstək əldə etməyə çalışın.

Qız - Fəaliyyət göstərdiyiniz yerlərdə iş yoldaşlarınızla münasibətləri yaxşılaşdırın. Kiminsə yersiz atmacalarına əhəmiyyət verməyin. Saat 13-dən sonra daxili süstlüyünüz səngiyəcək.

Tərəzi - Məhəbbət və nifrət! Gün ərzində bu iki amildən maksimum istifadə edəcəyiniz gözlənilir. Amma yaxşını kimə, pisi kimə yönəldəcəyinizi özünüz təyin edin. Səhhətinizə də fikir verin.

Əqrəb - Özünüzdən böyüklərin və nə vaxtsa sizə yaxşılıq edənlərin üzünə ağ olmayın. Unutmayın ki, atalar "su gələn arxa bir də gələr" deyib. İkili düşüncələrdən xilas olmağa çalışın.

Oxatan - Səhhətiniz qaydasında olduğuna tam əminsinizsə, ən ciddi işlərin həllinə başlamağa dəyər. Saat 17-yə qədər böyük perspektivdən xəbər verən sövdələşmələrdə iştirakınız labüddür.

Oğlaq - Maddi durumunuzu yaxşılaşdırmaq üçün geniş imkanlarınız var. Təxminən saat 12-dən etibarən bu yönümdə əzmkarlığınızı artırmalısınız. Bu gün başqalarının rəyini ciddi qəbul etməyin.

Dolça - Özünüzü aparıcı şəxs kimi təqdim etməyin. Yoxsa ətrafdakıların ikrahını qazana bilərsiniz. Hər halda, obyektiv fikirlərə də qiymət verməlisiniz. Riskli qərarlardan yayının.

Balıqlar - İxtiyarınızda olan bu təqvimdə əsasən emosiyalarınızı buxovlamalı, qeyri-ciddi işlərinizi təxirə salmalısınız. Ümumiyyətlə, ətrafda hər şeyin sabit olması üçün əzmkarlıq göstərməlisiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)
11:00
0

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)

“Kivi” Çizkeyki Resepti
10:00
0

“Kivi” Çizkeyki Resepti

Tarixdə Bu Gün - 22 Noyabr
09:00
18

Tarixdə Bu Gün - 22 Noyabr

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)
21:00
630

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)

22.11.2019 Gündəlik Bürclər (22 Noyabr 2019)
20:00
2 814

22.11.2019 Gündəlik Bürclər (22 Noyabr 2019)

Sevginin ömrünü necə uzatmaq olar?
19:00
335

Sevginin ömrünü necə uzatmaq olar?

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (327)
18:00
734

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (327)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (341)
17:00
662

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (341)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
265

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ