08.04.2017 Gündəlik Bürclər (8 Aprel 2017 Günlük Bürclər)

07 Nisan 2017
4 098
0
08.04.2017 Gündəlik Bürclər (8 Aprel 2017 Günlük Bürclər)
Qoç - Hər mənada uğurlu vaxtdır. Ətrafınızda olan hər bir olay əhval-ruhiyyənizə müsbət təsir göstərəcək. Bu axşam füsunkar bir məclisdə iştirakınız gözlənilir. Kiminsə əleyhinə danışmayın.

Buğa - Hazırda aparıcı mövqeyə malik olan Buğa bürcü əksər məsələlərdə sizin bürclə əkslik təşkil etdiyindən riskli işlərə girişməməlisiniz. Yalnız ailə-mənzil qayğıları ilə məşğul olun.

Əkizlər - İxtiyarınızda olan bu təqvimi daha çox ibadətə, xeyirxah işlərə həsr edin. Günün ikinci yarısında yaxınlarınıza və ehtiyac sahiblərinə baş çəkin. Hər kəsi sevindirin ki, özünüz də sevinəsiniz.

Xərçəng - Ümumi məziyyətlərinə görə uğursuz vaxtdır. Hansısa gecikmiş planın reallaşmasına cəhd etməyin, yoxsa əliniz boşda qalacaq. Bu gün uzaq səfərə çıxmaq sizə səmərə verəcək.

Şir - Əsasən ailə-sevgi münasibətlərində irəliləyişlərə nail ola bilərsiniz. Planetlərin hazırkı mənzərəsi bu istiqamətdə sizə yaxından kömək edə bilər. Şəxsi büdcənizi dağıtmayın.

Qız - Özünüzü hər bir situasiyaya hazırlayın. Çünki ulduzların düzümü bu ərəfədə hər cür hadisə və insanlarla rastlaşma ehtimalınızdan xəbər verir. Öz mənafeyinizi əsas tutun.

Tərəzi - O qədər də səmərəli vaxt deyil. Mövcud situasiyalar ideyalarınızda, eləcə də qarşınıza qoyduğunuz məqsədlərdə donuqluq yaradacaq. Odur ki, qeyri-ənənəvi heç bir iş görməyin.

Əqrəb - İşə az aludə olun. Çünki fəaliyyət müstəvisində passivlik baş qaldırdığından istirahətə daha çox yer ayırmalısınız. Günortadan sonra yeni əlaqələr yaratmaq üçün münasibdir.

Oxatan - Kosmik enerji bucağının mərkəzində olduğunuzdan aktivliyiniz artacaq. Məişət qayğıları kimi xırda problemləri isə beyninizdən çıxarın. Daha çox bəşəri ideyalar barədə düşünün.

Oğlaq - Maliyyə durumunuzun normal hala düşəcəyini bəyan edən ulduzlar bu istiqamətdə problemlərinizin azalacağını bildirir. Nahardan sonra yaxşı insanların dəstəyini alacaqsınız.

Dolça - Bu tarixdən başlayaraq pulla bağlı problemləriniz qismən də olsa, həll olunacaq. Əsas diqqətinizi bu yönümə istiqamətləndirməlisiniz. Hər hansı yeni işə başlamağa tələsməyin.

Balıqlar - Enerjinizin artmasına rəvac verən bu gün maraqlı adamlarla görüşünüzə şərait yaradacaq. Öz hisslərinizi büruzə verməyin. İstənilən işgüzar sövdələşmələrdənsə çəkinməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.