10.04.2017 Gündəlik Bürclər (10 Aprel 2017 Günlük Bürclər)

09 Nisan 2017
5 993
0
10.04.2017 Gündəlik Bürclər (10 Aprel 2017 Günlük Bürclər)
Qoç - Göy qübbəsi yalnız ev-eşiklə, bağ-bağatla məşğul olmağınızı tövsiyə edir. Digər işləri isə təxirə salmağınız məsləhətdir. Yaşca sizdən kiçik olanlara mərhəmət və qayğınızı artırın.

Buğa- Maraqlı görüşlər və səfərlər yolunuzu gözləyir. Bir qədər qətiyyətli olun. Bədxah adamlara qarşı rəhmli olmaq o qədər də səmərəli deyil. Ulduzlar ac qalmağınızdan şikayətçidir.

Əkizlər - Saat 14-ə qədər ev şəraitində olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşamsa qonaqlıq gözlənilir.

Xərçəng - Astroloji göstəricilər günün diqtəsinə uyğun olaraq uzaq səfərə çıxmağınızı məsləhət görür. Digər sahələrdə passivlik hökm sürdüyündən neytral qalmağınız daha məqsədəuyğundur.

Şir - İxtiyarınızda olan bu təqvim sizin üçün həddindən ziyadə uğurlu keçəcək. Ürəyinizcə olan şəxslərlə rastlaşmağınız, eləcə də təzə xəbərlər eşitməyiniz sizi sevindirəcək. Riskdən qorxmayın.

Qız - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan qida və işlərdən yayınmalısınız.

Tərəzi - O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Özünüzü təmkinli aparmağa çalışın.

Əqrəb - Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. Axşam qonaqlığa getmək sizə rahatlıq gətirəcək.

Oxatan - Bütün enerjinizi fəaliyyət prinsipinə istiqamətləndirin. Çünki perspektivləriniz bu ərəfədən birbaşa asılı olacaq. İşgüzar sövdələşmələrdə mümkün qədər ötkəm olun.

Oğlaq – İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin uğurlu olacağını nəzərə alıb yorulmaqdan çəkinməyin. Kənar müdaxilələrə reaksiya verməyin.

Dolça - Əgər bizneslə məşğulsunuzsa, bu gün bəxtiniz gətirə bilər. Çünki bütün göstəricilər uğurlu iş birliyi yaradacağınızdan, həmçinin varlanacağınızdan xəbər verir. Səfərə çıxmayın.

Balıqlar - Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq, ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələrə cəlb olunacağınız gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.