13.04.2017 Gündəlik Bürclər (13 Aprel 2017 Günlük Bürclər)

12 Nisan 2017
6 289
0
13.04.2017 Gündəlik Bürclər (13 Aprel 2017 Günlük Bürclər)
Qoç - Bütün vacib planlarınızı təxirə salın. Çünki bu təqvim qlobal məsələlərin həlli üçün uğurlu deyil. Üstəlik, axşama yaxın mübahisəli situasiyalara da cəlb oluna bilərsiniz.

Buğa - Bu şıltaq təqvimdə hər bir məsələyə ciddi şəkildə yanaşmalısınız. Hər hansı zarafat və ya qeyri-səmimilik vəziyyəti poza bilər. Başlıca vəzifəniz informasiya toplamaq olmalıdır.

Əkizlər - Çıxardığınız qərarlara məsuliyyətlə yanaşın. Əgər öz vəzifələrinizi dərk etsəniz, uğurlara yaxın olacaqsınız. İş yerində isə həmkarlarınızla münasibətləri mülayimləşdirməyə çalışın.

Xərçəng – Üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirmək üçün mütləq kimdənsə dəstək almalısınız. Odur ki, ümid bağladığınız hər kəsə üz tutmağınız məsləhətdir. Hər hansı risk yolverilməzdir.

Şir - Bəxtinizdə uğurlu bir gün durur. Təzə xəbər eşidəcəyinizə təminat verən ulduzlar maddi durumunuzda irəlilyişlərin olacağını da istisna etmir. Kiminsə xətrinə dəyməyə çalışmayın.

Qız - Əsas gücünüzü fəaliyyət prinsipinə yönəldin. Aldığınız təklifləri dönə-dönə nəzərdən keçirin. Bütün görüş və danışıqlarda təşəbbüskarlığı əldən verməyin. Qarşınızda yeniliklər durur.

Tərəzi - Əzmkarlığınızı artırmaqla nüfuz dairənizi genişləndirə bilərsiniz. Bu arada uzaqda yaşayan doğmalarınızla mütləq əlaqə saxlayın. Maddi durumunuz imkan versə, səfərə də çıxmaq olar.

Əqrəb - Marsın aktivliyi sizə mütləq təsir edəcək. Ünsiyyətdə olduğunuz insanların əksəriyyətinə qarşı münasibətləri ilıqlaşdırmağa səy göstərin. Xoş təsadüflər və qonaqlıqlar da gözlənilir.

Oxatan - İxtiyarınızda olan bu təqvim ümumi məziyyətlərinə görə ürəyinizcə olsa da, ötən dövrün sıxıntıları bu ovqata müəyyən gərginlik qatacaq. Əsas enerjinizi sevgiyə ayırmaqla rahatlıq tapa bilərsiniz.

Oğlaq - Hər şeydən əvvəl maliyyə məsələləri barədə düşünün. Hətta buna görə digər planlarınızı təxirə də salmaq olar. Günün ikinci yarısında ciddi sövdələşmələrdə iştirakınız gözlənilir.

Dolça – Günün ümumi mənzərəsi qənaətbəxşdir. Çox iş görmək olar. Kobudluq göstərməyin. Hər addımı vaxtında atmağa çalışın. Təzə xəbər və şəxsi büdcənizdə artım da gözlənilir.

Balıqlar - Risk etməkdən qorxmayın. Əmin olun ki, qarşınızda duran maneələri yalnız cəsarətli olmaqla aradan qaldıra bilərsiniz. Sağlamlığınıza qayğı göstərməyi də unutmayın. Axşam tez yatın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.