ALiYeVdən Günlük Bürclər 22.10.2014

21 Ekim 2014
1 972
0
ALiYeVdən Günlük Bürclər 22.10.2014
ALiYeVdən Günlük Bürclər 22.10.2014

Qoç - Bütün işlərin öhdəsindən gələ bilərsiniz. Qətiyyətli olun, kiçik problemlər sizdə sarsıntılar yaratmasın. Başqalarının öhdəsindən gələ bilmədikləri problemi çözə bilərsiniz. Ətrafınızdakı insanların dalan saydıqları situasiyadan çıxış yolu tapın. Sövdələşmə, anlaşma, razılaşma üçün əlverişli gündür. Gəlirlər istisna deyil.
İşgüzar müstəvi ilə yanaşı, şəxsi münasibətlər sahəsində də problemlər çözüləcək. Bunun üçün intuisiyanızdan yararlanın. Yeni tanışlıqlar qarşınızda yeni perspektivlər yaradır. Planlarınızı reallaşdırmaq üçün gərəkli insanı günün ikinci yarısında tapa bilərsiniz.

Buğa - Çox uğurlu gündür. Yaradıcı yanaşma tələb edən məsələlərin öhdəsindən çətinlik çəkmədən gəlirsiniz. Yaxşı perspektivlər vəd edən yeni tanışlıq olacaq. Məşğul olduğunuz iş də sizdə ciddi maraq yaradacaq. Çətin situasiyada bel bağlaya biləcəyiniz müttəfiq və tərəfdaş var.
Əvvəllər başladığınız işi və ya layihəni bitirin, yarımçıq qoymayın. Peşəkar fəaliyyət müstəvisində mövqelərinizi səbatlı, möhkəm edin. Yaşam potensialı səviyyəsi yüksəkdir.
Axşam saatlarında aktiv istirahəti seçin.

Əkizlər - Günün ilk yarısı böyük uğurlar vəd etməsə də, pis keçmir. İntizamlı, dəqiq olun, verdiyiniz sözlərin üstündə durun. Uzun müddətdən bəri təxirə saldığınız işi və ya layihəni başa vurmağa çalışın. Tələsməyin, kəmhövsələlik etməyin. Həmkarlarla münaqişələrə yol verməyin. Münasibətlərdə gərilmə yaranarsa, müstəqil və təkbaşına fəaliyyəti seçin.
Günün ikinci yarısı rəvan, sabitdir. Dostlarla görüş, romantik təmaslar, ailə üzvləri ilə birlikdə istirahət üçün yarayan zamandır. Sizə məntiqli, ağıllı məsələhətlər verirlər. Həmin məsləhətlərdən birinə riayət etsəniz, səhvlərdən yayına bilərsiniz.

Xərçəng - Önəmli saydığınız işlərə xüsusi diqqət ayırın, sərrast davranın. Sizi işlərinizdən ayırmağa, hətta aşkar şəkildə başqa işlərlə məşğul olmağa vadar etməyə çalışacaqlar. Təzyiqlərə müqavimət göstərin, təsirlərə uymayın. Etibar etdiyiniz insanlar sizinlə manipulyasiya etməyə çalışacaqlar.
Günün ikinci yarısında bəzi işlərdə uğurlar istisna deyil. Bir qədər sonra yaşam potensialı səviyyəsi aşağı düşəcək, yorulduğunuzu hiss edəcəksiniz. Axşam saatlarını sakit və rahat ortamda keçirmək məsləhətdir.
Ev işləri ilə məşğul ola bilərsiniz. Sentimental olmayın, hisslərin əsarətinə qapılmayın.


Şir - Ünsiyyət və təmaslar üçün ən uğurlu gün deyil. Yaxınlarınızın sizə yetərincə dəyər vermədiyini, heç bir əsas olmadan tənqid etdiklərini düşünə bilərsiniz. Uğur və nailiyyətlərinizin bilərəkdən gözardı edildiyini fikirləşməyin. Ətrafınızdakı insanların da sizə iradları var. Onlar iradları səsləndirəndə münaqişəyə rəvac verməyin.
Ailə ilə bağlı mühüm məsələlərin, işdə ciddi problemlərin həlli üçün əlverişli vaxt deyil.
İstənilən tədbirdə təmkinli olun. Ətrafınızdakı insanları orijinallığınızla təəccübləndirməyə, heyrətləndirməyə çalışmayın. Ekstravaqant addımlarla qərarların vaxtı hələ çatmayıb.

Qız - Yaradıcılıq potensialının yüksək səviyyədə olduğu gündür. Bacarıq, bilik, məlumatlarınız və zəhmətkeşliyinizlə yaxın ətrafınızdakı insanları təəccübləndirəcəksiniz. Tamamilə yeni fəaliyyət sahəsində əhəmiyyətli irəliləyişlərə nail olaraq mürəkkəb işləri sona çatdıra bilərsiniz. Tədqiqat və axtarışlarda gözlədiyiniz nəticəyə nail olacaqsınız. Yeni informasiyanın əxz edilməsi, faydalı məlumatların və bacarıqların əldə edilməsi ilə bağlı heç bir problem yoxdur.
Dostlarla görüşlər yaxşı keçir. Rəsmi tədbirlər cansıxıcı olsa da, faydalıdır. Belə tədbirdə faydalı tanışlıq olacaq.
Yaxşı gəlir əldə edə bilərsiniz. Sevdiyiniz insana hədiyyə verin.

Tərəzi - Yaxın gələcəklə bağlı planları reallaşdırmağa başlayın. O planları əlahiddə çətinlik çəkmədən həyata keçirə bilərsiniz. İşgüzar səfər uğur vəd edir: səfərdə faydalı əlaqələr yaradacaqsınız. Çoxsaylı ezamiyyətlər, habelə əcnəbilərlə əlaqələri nəzərdə tutan işlə bağlı təklif ala bilərsiniz.
Yaxınlarınıza yardım edin. Önəm verdiyiniz insanların yaşamlarında aktiv iştirak edin, amma eqoist və təşəxxüslü davranmayın. Maliyyə məsələlərini həll etmək olar. Hesablamalarda səhv etməyin.

Əqrəb - İşgüzar fəallıq yüksək səviyyədədir. Daha məhsuldar çalışın, işinizdən həzz alın. Tərəfdaşla birgə fəaliyyətdə aktiv olun. İşgüzar müstəvi ilə yanaşı, şəxsi münasibətlər sahəsində də təşəbbüskar olun. Həmfikir tapmaq çətin deyil. Bir zamanlar kömək etdiyiniz insanlar indi sizə dəstək verəcəklər.
Günün ikinci yarısı yeni işlərə başlamaq üçün uğurlu vaxtdır. Gəlir vəd etməyən işlərə qatılmayın. Gəlir isə təxminlədiyiniz məbləğdən də artıq olar.
Əldə edilən məbləği məntiqlə, qənaətlə xərcləyin.


Oxatan - Çətin və məsuliyyətli işlər, mühüm görüşlər, mürəkkəb layihə çərçivəsində fəaliyyət üçün əlverişli gündür. Çətinliklərdən qorxmayın. Bədxahlarınız indi fürsət gözləyirlər. Onlara niyyətlərini gerçəkləşdirməyə imkan verməyin. Bir çox problemləri həll etmək üçün sadəcə, diqqətli olmaq gərəkdir. Yolunuzdakı sədləri dəf edin.
Uğurlarınıza paxıllıq edən, sizə zərbə vurmaq, zərər vermək istəyən adam var. Sayıq olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların rəğbətini qazanacaqsınız. Axşam saatlarını yay istirahətinə sərf edin.

Oğlaq - Qarışıq və mürəkkəb gündür. Olayların çoxu istədiyiniz kimi deyil, hadisələr gözlənilən məcrada inkişaf etmir. İşdə həmkarlarınızla fikir ayrılığı diqqəti qarşınıza qoyduğunuz məqsədə yönəltməyinizə mane olur. Ciddi maliyyə itkisi riski var. Diqqətli, soyuqqanlı olun. Əks təqdirdə planlaşdırdığınız işlərin yarısını da görə bilməyəcəksiniz. Yardıma və ya köməyə bel bağlayın. Müstəqil çalışmaq gərəkdir.
Günün ikinci yarısında emosiyalara uymayın, yeni tanışlığı ön plana çıxarmayın. Həmin adam sizə əsla uyğun deyil. Qarışıq, dolaşıq, heç bir perspektivi olmayan münasibətlər girdabına düşmək istəmirsinizsə, sayıq olun.

Dolça - Görüləsi işlər çoxdur. Onları yerbəyir edin, ilk növbədə, təxirəsalınmadan görüləsi işləri müəyyənləşdirin və çalışmağa başlayın. Dostlar və müttəfiqlərin yardımlarından imtina etməyin. Onlar sizin dəstək çağırışınıza mənfi cavab verməyəcəklər. İşdə kiçik fikir ayrılıqları olsa da, onlar sizin məhsuldar çalışmağınıza mane olmayacaq.
Günün ikinci yarısında gəlir istisna deyil. Əldə edilən pulu yaşam arealınızda yeniliklərə, interyer əşyaları və ya məişət texnikasının alınmasına sərf edin. Uzaq səfərlərə yollanmayın. Belə səyahət o qədər də uğurlu olmayacaq.

Balıqlar - Ətrafınızda baş verən hadisələrlə maraqlanın. Hətta sizə birbaşa dəxli olmayan məsələlərin həllində aktiv iştirak edin. Addımlarınız və qərarlarınız ətrafınızdakı insanlara dayanıqsız, düşünülməmiş təsir bağışlaya bilər. Amma siz nə və niyə etdiyinizi yaxşı bilirsiniz. Bütün bunları tərəfdaşlarınıza, müttəfiqlərinizə anlatmağa tənbəllik etməyin. Belə olarsa, münaqişə və ya mübahisələrin qarşısını ala bilərsiniz.
Bədxərclik etməyin, pulu qənaətlə sərf edin. Sərfəli yatırımlar, uğurlu alış-veriş istisna deyil.
Günün ikinci yarısında romantik əhval-ruhiyyə istisna deyil. Sevdiyiniz insanla münasibətləri daha dərin və harmonik etmək üçün gərəkli səylər göstərin.
mənbə:wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.