17.04.2017 Gündəlik Bürclər (17 Aprel 2017 Günlük Bürclər)

16 Nisan 2017
6 312
0
17.04.2017 Gündəlik Bürclər (17 Aprel 2017 Günlük Bürclər)
Qoç - Yeni əməkdaşlıq üçün uğurlu vaxtdır. Ailə-sevgi münasibətlərində də hər şey zövqünüzlə uyğunluq təşkil edəcək. Günün ikinci yarısında şəxsi büdcənizin artacağı ehtimal olunur.

Buğa - Gün ərzində qarşılaşacağınız hadisələrin aqibəti çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Odur ki, reallığa obyektiv qiymət verməyə, hər şeyi analiz etməyə çalışın.

Əkizlər - Qərarlarınızda qətiyyətli olsanız, hansısa ciddi maneəyə rast gəlməyəcəksiniz. Bu gün kimisə aldatmağa çalışmayın. Günortadan sonra pul sövdələşmələrində iştirakınız uğurlu olacaq.

Xərçəng - Şəxsi işlərinizdə böyük dönüş yaranmaqdadır. Bu səbəbdən də əzmkarlığınızı artırmağa çalışmalısınız. Qohum-qonşularla münasibətləri yaxşılaşdırmağa səy göstərin. Mülayim davranın.

Şir - Yeni əlaqələrə başlamağa dəyər. Əgər gələcək perspektivlərinizə yetişmək istəyirsinizsə, boş dayanmayın. Onu da unutmayın ki, nəzərdə tutduğunuz planlara mane olmaq istəyənlər çoxdur.

Qız – Qarşınızda səyahətə çıxmaq üçün ideal bir təqvim durur. Gərginliyi azaltmaq istiqamətində bu, ən yaxşı vasitələrdən ola bilər. Bütün hallarda bu gün qazanmaq üçün şansınız da var.

Tərəzi - Yeni əlaqələrə başlamaq, işgüzar sövdələşmələri artırmaq gələcək perspektivləriniz üçün səmərəli ola bilər. Həmkarlarınızla dil tapın, gecəni isə mütləq öz evinizdə keçirin.

Əqrəb - Saat 14-ə qədər hisslərinizi cilovlayıb mübahisəli situasiya yaratmasanız, sonrakı müddəti qənaətbəxş tərzdə başa vura biləcəksiniz. Çoxdan bəri gözlədiyiniz xəbərlər eşidəcəksiniz.

Oxatan - Əmin olun ki, bu gün ulduzlar sizi daha çox sevindirəcək. Saat 13-dən sonra bir neçə sürprizlə rastlaşacaqsınız. Odur ki, evdə boş-boşuna oturmayın. Sevin ki, seviləsiniz.

Oğlaq - Vaxtınızın əsas hissəsini məhəbbət amilinə həsr edin. Çünki ulduzların düzümü son vaxtlar sevdiyinizə qarşı soyuqluq etməyinizi bəyan edir. Bu qüsuru aradan qaldırmağa çalışın.

Dolça - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Bir tərəfdən maddi durumunuzda baş qaldıran problemlər, digər tərəfdənsə müttəfiqlərinizin başısoyuqluğu hiddətinizi artıra bilər.

Balıqlar - Yaxşı olar ki, əsas gücünüzü istirahətə həsr edəsiniz. Hər hansı sövdələşmə və ya riskli addımlar mövqeyinizi əks etdirməyəcək. Ən yaxşı variant ürəyinizə yaxın adamlara baş çəkməkdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.