18.04.2017 Gündəlik Bürclər (18 Aprel 2017 Günlük Bürclər)

17 Nisan 2017
6 356
0
18.04.2017 Gündəlik Bürclər (18 Aprel 2017 Günlük Bürclər)
Qoç - Bu təqvim sizin üçün əlamətdar olacaq. Ən azı maraqlı və sevindirici xəbərlər eşidəcəksiniz. Qonşu və qohumlarla mülayim davranın. Sevgi münasibətlərində də uğurlarınız gözlənilir.

Buğa - Yaxşı olar ki, bu ərəfəni dini ayinlərə həsr edəsiniz. Əgər vaxtınızın çoxunu İlahiyə dualar etməklə başa vursanız, bunun savabı daha çox olacaq. Sevindirici hadisələr də gözlənilir.

Əkizlər - Bu qədər dözmüsünüz, bir az da səbr edin. Nəzərə alın ki, bu gözəl gün sizə böyük sürprizlər vəd edir. Amma ulduzlar daha çox fəaliyyətlə məşğul olmağınızı məsləhət görür.

Xərçəng - Səmərəli vaxt yaşayacağınız ehtimal olunur. Xüsusən də sevgi münasibətlərində xoş duyğulara sahib olacaqsınız. Sizə kömək etmək istəyənlərə qarşı şübhələrinizi aradan qaldırın.

Şir - Ulduzların düzümü əsəbi situasiyalardan uzaq olmağınızı, əvəzində aktivliyi artırmağınızı tövsiyə edir. Axşama yaxın maddi durumunuz yaxşılaşmalıdır. Gərginliyə həvəs göstərməyin.

Qız - Yeni tanışlarınız sayəsində bəzi problemləriniz həll oluna bilər. Sadəcə olaraq, bu işdə prosesləri lazımi istiqamətə özünüz yönəltməlisiniz. Ötən səhvlərinizi təkrarlamayın.

Tərəzi - Əgər səhhətiniz gümrahdırsa, ixtiyarınızda olan bu gündə probleminiz olmayacaq. Yeni və böyük işlərə başlamaq üçün əlinizə fürsət düşəcək. Evinizə qonaq gələcəyi gözlənilir.

Əqrəb - Ötən üç günü müəyyən gərginliklə başa vursanız da, bu gündən etibarən vəziyyət xeyli dəyişəcək. Odur ki, nəticənin uğurlu olacağını nəzərə alıb təmkin göstərib fəal olun.

Oxatan - Maddi firavanlığa qovuşmaq haqqında düşünməkdənsə, iş prinsipində aktivliyinizi artırın. Saat 15-17 arası maraqlı hadisələrin şahidi olacaqsınız. Ailə üzvlərinizə qayğı göstərin.

Oğlaq - Hər mənada xoş ərəfədir. Keçmişin ağrı-acısını da xatırlamasanız, daha füsunkar olar. Günün ikinci yarısında təzə xəbərlərin, sevindirici hadisələrin şahidi və iştirakçısı olacaqsınız.

Dolça - Zəhmətinizə qiymət verilmirsə, əbəs yerə enerji itirməyə dəyməz. Ulduzlar özünüzə yer tapa bilmədiyinizdən xəbər verir. Yaxşı olar ki, fəaliyyəti istirahətlə kompensasiya edəsiniz.

Balıqlar - Yeni əlaqələrdə kifayət qədər uğurlara nail olmaq üçün bir neçə şans qazanacaqsınız. Bu səbəbdən ünsiyyətdə olduğunuz adamlarla münasibətlərinizi dərinləşdirməyə çalışmalısınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.