25.04.2017 Gündəlik Bürclər (25 Aprel 2017 Günlük Bürclər)

24 Nisan 2017
5 978
0
25.04.2017 Gündəlik Bürclər (25 Aprel 2017 Günlük Bürclər)
Qoç - Hələ ki, mövcud durumunuz Göy qübbəsini qane edir. Əsası odur ki, hər hansı xoşagəlməzlik baş verməyəcək. Bu gün şəxsi işlərinizdə əsaslı dönüş etmək üçün aktivləşməlisiniz.

Buğa - Ailə üzvlərinizlə davranışlarda nəzakətli olun. Məhz belə olduqda özünüzə qarşı rəğbət oyada bilərsiniz. "Yalnız mən haqlıyam" ifadəsini tərgidin. İş günü olsa da, istirahətə vaxt ayırın.

Əkizlər - Nədənsə bu ərəfələr sizin üçün o qədər də ürəkaçan keçmir. Bu səbəbdən də riskli və qeyri-adi hərəkətlərə yol verməməlisiniz. Qonaq getmək, gəzintiyə çıxmaq çox səmərəlidir.

Xərçəng - Atdığınız hər bir addımın məsuliyyətini hiss edin. Bu, çıxaracağınız qərarların icrasında sizə böyük dəstək ola bilər. Əks təqdirdə gün ərzində müvəffəqiyyətə yetişə bilməyəcəksiniz.

Şir - Maraqlı görüşlər yolunuzu gözləyir. Ola bilsin ki, yeni təkliflər də alasınız. Axşam təmiz havada gəzinməyiniz sağlamlığınıza xeyir gətirə bilər. Büdcənizdə artım mümkündür.

Qız - Sevgi dolu bir gün yaşayacaqsınız. Yaxın adamların sizi başa düşməsi, o cümlədən səhvlərinizi bağışlaması ürəyinizcə olacaq. Nəzərdə tutmusunuzsa, nahardan sonra səfərə çıxın.

Tərəzi - İşlə özünüzü çox yormayın. Ulduzlar daha çox istirahətə yer ayırmağınızı tövsiyə edir. Saat 16-dan sonra yaxınlarınızla aranızda yaranmış anlaşılmazlıqlara aydınlıq gətirməyə çalışın.

Əqrəb - Bir qədər mübahisəli ərəfədir. Daimi ünsiyyətdə olduğunuz adamlarla, ələlxüsus da həmkarlarınızla xoşagəlməz situasiyalara cəlb oluna bilərsiniz. Bələd olmadığınız ünvanlara getməyin.

Oxatan - Astroloji göstəricilərə görə bu gün əməkdaşlıq zəminində uğurlarınız böyük olacaq. Aldığınız təkliflərin perspektivlərinə inanırsınızsa, imtina etməyin. Varlanmaq şansınız var.

Oğlaq - Nahara qədər ümumi vəziyyətiniz qənaətbəxş olacaq. Nəzərdə tutduğunuz işlərin bir çoxunu gerçəkləşdirəcəksiniz. Sonrakı vaxtınızı isə daha çox sizi anlayan insanlarla keçirin.

Dolça - Sevgi amilinə daha böyük diqqət yetirin. Çünki iş gəldi-gedər olsa da, bu hisslər ilahidən gəldiyi üçün əbədidir. Gün ərzində sizə yaxın olanlarla mübahisələrdən yayının.

Balıqlar - Hər mənada uğurlu gün yaşayacaqsınız. Ulduzlar bəxtinizin gətirəcəyini bəyan edir. Təzə xəbərlər də eşidəcəksiniz. Amma həmkarlarınızla təmkinli davranın ki, işdə passivlik yaranmasın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.