28.04.2017 Gündəlik Bürclər (28 Aprel 2017 Günlük Bürclər)

27 aprel 2017
5 321
0
28.04.2017 Gündəlik Bürclər (28 Aprel 2017 Günlük Bürclər)
Qoç - Saat 16-ya qədər bütün vacib işlərinizi yekunlaşdırmağa çalışın. Həmin ərəfədə şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Sonrakı müddəti isə daha çox istirahətə həsr edin.

Buğa - Sizin üçün müəyyən mənada mistik gündür. Daxili sıxıntılarınızı və ruhi zəifliyinizi aradan qaldırmaq üçün müqəddəs ziyarətgahlarımıza üz tutun. Dini qaydaları pozmayın.

Əkizlər - O qədər də ürəkaçan ərəfə deyil. İlk növbədə səhhətinizə diqqət yetirin. Çünki ulduzlar sağlıq durumunuzun aşağı səviyyəyə düşəcəyini bəyan edir. Riskdən də uzaq olun.

Xərçəng - Maliyyə problemləriniz olsa da, bu, işgüzarlığınızı azaltmayacaq. Hətta ola bilsin ki, saat 15-18 arası maraqlı və perspektivli təklif də alasınız. Özünüzü buna hazırlayın.

Şir - Ulduzlar kənar təsirlərdən uzaq olmağı, yalnız öz qərarınızla addım atmağı tövsiyə edir. Bu gün spirtli içki içmək, qarğış və qeybət etmək, o cümlədən yalan vədlər vermək yolverilməzdir.

Qız - Neçə vaxtdan bəri daxilinizdə mövcud olan gərginlik səngimədiyindən naharaqədərki ovqatınız aşağı səviyyədə ola bilər. Sonrakı saatlarda isə sürprizlər gözlənilir.

Tərəzi - Hər mənada düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizdən xəbər verəcək. Əlbəttə ki, bunun üçün özünüz də canfəşanlıq göstərməlisiniz. Sövdələşmələrdə aktiv olun.

Əqrəb - Bu təqvimi təsadüflərlə başa vuracaqsınız. Gözləmədiyiniz adamlarla, ağlınıza gətirmədiyiniz xəbərlərlə rastlaşacaqsınız. Axşama doğru sürprizlər də mümkündür. Şəxsi büdcənizlə bağlı narahat olmayın.

Oxatan - Ulduzlar xəbər verir ki, bu təqvim şəxsi işlərinizdə yeni mərhələnin baş qaldırmasına səbəb ola bilər. Bunun üçün müsahiblərinizə diqqətlə qulaq asmalı, düz seçim etməlisiniz.

Oğlaq - Astroloji göstəricilər yalnız səfər və qonaqlıqlar üçün səmərəli vaxt olduğunu bəyan edir. Digər məsələlərdə, xüsusən də fəaliyyət zəminində isə proseslər o qədər də uğurlu olmayacaq.

Dolça - Kifayət qədər xoş məqamlar yaşayacaqsınız. Bir tərəfdən yeni işgüzar əlaqələr, digər tərəfdənsə ətrafınızdakıların sizə bəraət qazandırması ovqatınızı yüksəldəcək.

Balıqlar - Səhhətinizin qayğısına qala bilsəniz, gün ərzində başqa narahatçılığınız olmayacaq. Nahardan sonra sevindirici xəbərlər və ya ürəyinizcə olan təkliflər alacağınıza şübhə etməyin.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)
21:00
663

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)

16.07.2019 Gündəlik Bürclər (16 İyul 2019 Günlük Bürclər)
20:00
2 032

16.07.2019 Gündəlik Bürclər (16 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (205)
19:00
736

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (205)

Sevgi Kitabı Yazılı Şəkilləri 2019 (1)
18:00
665

Sevgi Kitabı Yazılı Şəkilləri 2019 (1)

Qızlarda cinsi yetkinlik
17:00
245

Qızlarda cinsi yetkinlik

Frida Kahlo Yazılı Şəkilləri 2019 (6)
15:00
341

Frida Kahlo Yazılı Şəkilləri 2019 (6)

Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!
14:00
125

Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!

Dünyaya realist gözü ilə baxan 5 bürc
13:00
416

Dünyaya realist gözü ilə baxan 5 bürc

Energetik içkilərin normadan çox qəbulu...
12:00
94

Energetik içkilərin normadan çox qəbulu...

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ