30.04.2017 Gündəlik Bürclər (30 Aprel 2017 Günlük Bürclər)
Buğa - Günün birinci yarısında mübahisəli situasiyalara cəlb olunma ehtimalınız böyükdür. Odur ki, hər xırda məsələyə ciddi reaksiya verməyin. Nahardan sonra maraqlı görüşləriniz gözlənilir.
Əkizlər - Olduqca əlverişli gündür. Yeni və perspektivli sövdələşmələrdə iştirakınızdan tutmuş maliyyə məsələlərinə qədər ulduzlar yardımçınız olacaq. Ona görə də boş oturmamalısınız.
Xərçəng - Ulduzlar əsas vaxtınızı maliyyə istiqamətində xərcləməyinizi məsləhət görür. Hər hansı əyləncə və ya səfərlər uğurdan xəbər vermir. Bu şansdan yararlansanız, büdcəniz artacaq.
Şir - Qərarlarınızda qətiyyətli olsanız, müvəffəqiyyətə yaxınlaşacaqsınız. Mənfi enerjili Ayın bürcünüzdə olmasını da unutmayın. Bədxah adamları həqiqət və reallıqla məğlub edin.
Qız - Sevgi münasibətlərində mövcud olan müəmma və anlaşılmazlıqları yoluna qoymaq üçün şanslı vaxtdır. Bu fürsəti fövtə verməyin. Amma işlə bağlı riskli sövdələşmələrdən uzaq olun.
Tərəzi - Fəaliyyət sahəsində uğurlara yaxınlaşdığınızı bəyan edən Göy qübbəsi aktivliyinizi artırmağı məsləhət görür. Ailə-sevgi və digər münasibətlərdə də vəziyyət xeyrinizə olacaq.
Əqrəb - Bir qədər darıxdırıcı olsa da, daxili sabitliyinizi qorumaqla müəyyən rahatlıq tapa bilərsiniz. Ciddi qərarlar qəbul etməyinizə lüzum yoxdur. Axşam qonaq getməyiniz yaxşı olar.
Oxatan - İşinizlə bağlı xeyli yeniliklərin şahidi olacaqsınız. Ürəyinizcə olan təkliflər alacağınıza da şübhə etməyin. Axşama doğru isə müəyyən təxribatlarla baş-başa qalma ehtimalınız var.
Oğlaq - Saat 15-ə qədər hansısa uğurlu cəhdlərə nail olacağınızı düşünməyin. Göstərilən müddətdə yalnız istirahətə fikir verin. Yalan vədlər vermək, əsassız danışmaq zərərinizədir.
Dolça - Ümumi sıxıntılarınız qlobal planlarınızın gerçəkləşməsinə mane olur. Yaxşı şeylər düşünün. Çünki insan fikri gələcəyi formalaşdırır. Pula görə kiminləsə düşmənçilik yaratmayın.
Balıqlar - Bəri başdan sürprizlərə hazır olun. Oturaq işlərə aludə olmaqdansa, fəallığınızı artırın. Bəxtinizdə qazanc da var. Nahar ərəfəsində cinayət tərkibli və dinə zidd addımlardan yayının.