01.05.2017 Gündəlik Bürclər (1 May 2017 Günlük Bürclər)

30 Nisan 2017
5 739
0
01.05.2017 Gündəlik Bürclər (1 May 2017 Günlük Bürclər)
Qoç - Sağlamlığınızı qorusanız, başqa probleminiz olmayacaq. Sıxıntı çəkməkdənsə dəniz sahilində, kənd yerində dincəlin. Amma lazımsız yerlərə pul xərcləmək fikrinə düşməyin.

Buğa - Fəaliyyət zəminində xırda irəliləyişlərdən başqa hansısa mütərəqqi uğurlara yiyələnməyəcəksiniz. Qohumluq-qonşuluq münasibətlərində humanistlik göstərin. Savab qazanmağa çalışın.

Əkizlər - Qarşınızda olduqca məsuliyyətli bir dövr durur. Biznes sahəsində və münasibətlərdə proseslər ürəyinizcə olacaq. Amma xətakar və yalançı adamların şirin dilinə aldanmayın.

Xərçəng - Bürcünüz üçün aktiv olan bu təqvimdə hansısa ciddi problemlə rastlaşma ehtimalınız yoxdur. Əksinə, uğurlu nəticələrdən xəbər verən çoxsaylı görüş və sövdələşmələrdə iştirakınız baş verəcək.

Şir – Yaxın on gün ərzində üzərinizə düşən vəzifələri indidən planlaşdırın. İştirakçısı olduğunuz hər bir sövdələşmədə qarşı tərəfin rəyini nəzərə alın. İnadkarlıq sizə başucalığı gətirən deyil.

Qız - Günün birinci yarısını nəzərə almasaq, qalan saatlar bürcünüz üçün düşərli olacaq. Yeni simalarla rastlaşmağınız, işgüzar proseslərdə dəstək almağınız gərginliyinizi azaldacaq.

Tərəzi - Göstərdiyimiz zaman kəsiyində yeni işlərə başlamaq və sizə aid olmayan münasibət məsələlərinə müdaxilə etmək xoşagəlməz sonluqla nəticələnə bilər. Qazanmaq ehtimalınız böyükdür.

Əqrəb - Gün ərzində bütün işlərdə bacardığınız qədər məsuliyyətli olmalısınız. Əks təqdirdə nəzərdə tutduğunuz planları reallaşdırmaqda problemləriniz olacaq. Səfərə hazırlaşmağa dəyər.

Oxatan - Yaramaz adamlardan uzaq olun. Çünki sizə qarşı pislik etmək istəyənlər çoxdur. Hər hansı mübahisə və prinsipiallıq isə sizin üçün deyil. Boş məsrəflərə çox pul xərcləməyin.

Oğlaq - Yeni ayın bu ilk günü əsasən fərdi yaradıcılığınız üçün uğurlu olacaq. Həmkarlarınızla aranızda mövcud olan gərginlik qismən səngiyəcək. Səhhətinizin də qayğısına qalın.

Dolça - Təxminən saat 12-yə qədər ümumi əhvalınızda gərginlik müşahidə ediləcək. Sonrakı saatlarda isə daxili sabitliyiniz bərpa olunacaq. Əsas vaxtınızı istirahətə həsr edin.

Balıqlar - Təzə ayın bu ilk təqvimi sizin üçün kifayət qədər uğurlu olacaq. Xırda maliyyə problemlərini nəzərə almasaq, digər sahələrdə cərəyan edən situasiyalar zövqünüzlə uyğunlaşacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.