08.05.2017 Gündəlik Bürclər (8 May 2017 Günlük Bürclər)

07 Mayıs 2017
4 173
0
08.05.2017 Gündəlik Bürclər (8 May 2017 Günlük Bürclər)
Qoç - Ola bilsin ki, yeni iş təklifləri alasınız. Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

Buğa - Böyük işlər astanasındasınız. Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

Əkizlər- Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin. Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Xərçəng - İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin. Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

Şir - Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin. Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

Qız - Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz. Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Tərəzi - Yersiz risklərə lüzum yoxdur. Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

Əqrəb - Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın. Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

Oxatan - Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın. Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Oğlaq - Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

Dolça - Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız. Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Balıqlar - Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz. Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.