09.05.2017 Gündəlik Bürclər (9 May 2017 Günlük Bürclər)

08 Mayıs 2017
4 491
0
09.05.2017 Gündəlik Bürclər (9 May 2017 Günlük Bürclər)
Qoç - Yersiz risklər və sübut olunmamış məsələlərə birmənalı rəy bildirmək sizə başucalığı gətirən deyil. Odur ki, hər mənada obyektiv olun. Axşama doğru yeniliklərin şahidi olacaqsınız.

Buğa - Bəri başdan anlayın ki, sizin üçün fəaliyyətdə uğur gətirən ərəfə başlamaqdadır. Əgər daxili gücünüzə əminsinizsə, risk etməkdən qorxmayın. Növbəti on gündə görəcəyiniz işləri indidən planlaşdırın.

Əkizlər – Qarşınızda may ayının ən uğurlu təqvimlərindən bir durub. İstər qarşılıqlı münasibətlərdə, istərsə də maliyyə məsələlərində vəziyyət ürəyinizcə olacaq. Vədələşdirilən görüşlərə gecikməyin.

Xərçəng - Ulduzların düzümü qayğılarınızın çox olduğunu və ətrafda olanlara az ümid etdiyinizi bildirir. Elə isə bu təqvimdən yararlanıb Tanrıya sığının. Yalnız bu halda nicat tapacaqsınız.

Şir - Daxili orqanlarınızda mövcud olan xoşagəlməzliyi dəf etmək üçün pəhriz saxlamalısınız. Bu gün hər hansı pul sövdələşmələrindən yayının. Ailədaxili problemlərə başısoyuq yanaşmayın.

Qız - İnsanlarla münasibətdə səmimi olun, cığallıq etməyin. Ələlxüsus da ailə-sevgi zəminində doğru olanlarla razılaşın. Bu gün boş məsrəflərə pul xərcləmək, içki içmək, yalan vəd vermək olmaz.

Tərəzi - Ulduzlar səhhətinizdə müəyyən problemlərin olacağını bildirir. Qida orqanlarınızı qoruyun. Bu gün hər hansı yeni işə başlamağın, sövdələşmə aparmağın uğurlu sonu olmayacaq.

Əqrəb - İxtiyarınızda olan bu təqvimdə hər bir hadisəni analiz etmək başlıca vəzifənizə çevrilməlidir. Yalnız bu halda nəzərdə tutduğunuz əksər planların uğurlu həllinə nail ola bilərsiniz.

Oxatan - Günün birinci yarısından hansısa yeniliyi gözləməyə dəyməz. Sonrakı müddətdə isə taleyinizdə müsbət rol oynayan insanlarla görüşüb, gələcək planlarınızı müzakirə edə bilərsiniz.

Oğlaq - Mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, təxminən saat 15-ə qədər neçə vaxtdan bəri dondurduğunuz işləri davam etdirmək olar. Bu gün təkliflərə "hə" desəniz də, uzaq səfərə çıxmayın.

Dolça - Əgər günün ilk yarısını sabitlik şəraitində başa vursanız, sonrakı saatlarda qənaətbəxş məqamlar yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə bir çox müsbət yeniliklər də gözlənilir.

Balıqlar - Günün ümumi mənzərəsi çox sahədə xeyrinizə deyil, ələlxüsus da saat 11-13 və 20-21 arası. Əgər yalan vədlər verməsəniz, riskdən qaçsanız, müəyyən qədər irəliləyişlər ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.