11.05.2017 Gündəlik Bürclər (11 May 2017 Günlük Bürclər)

10 may 2017
3 589
0
11.05.2017 Gündəlik Bürclər (11 May 2017 Günlük Bürclər)
Qoç - İxtiyarınızda olan bu təqvim bürcünüz üçün ən perspektivli zamana çevriləcək. Sizə qarşı hiyləgər mövqedə duranlara əl-qol açmağa macal verməyin. Lazımi məqamlarda sərtlik də göstərin.

Buğa - Olduqca səmərəli bir gün yaşayacaqsınız. Cərəyan edən proseslər bütünlüklə zövqünüzə uyğun olacaq. Amma daxili orqanlarınızı da qorumalısınız. Mümkün qədər ağır fiziki işlərə ara verin.

Əkizlər - Nə qədər güclü olsanız da, təkbaşına hansısa vəzifənin öhdəsindən gələcəyinizi düşünməyin. Çünki bu təqvimdə sizə dəstək verən olmasa, uğurlu olaylardan uzaq düşə bilərsiniz. Bəxtinizdə pul var.

Xərçəng - Özünüzü nə qədər təmkinli aparsanız, işləriniz də bir o qədər uğurlu gedəcək. Hansısa xırdaçılığa görə hisslərinizi kandara çıxarmayın. Axşama yaxın maraqlı hadisələr gözlənilir.

Şir - Böyük dəyişikliklər astanasındasınız. Hətta lazımi məqamda düzgün qərar çıxarsanız, ayın sonuna qədər ovqatınız xoş olacaq. Tərəddüd etdiyiniz bütün məsələləri isə təxirə salmalısınız.

Qız - Adi bir gün yaşayacaqsınız. Hansısa böyük bir iş görəcəyiniz və ya qanqaraçılığı ilə rastlaşacağınız ağlabatan deyil. Bu gün riskdən, eləcə də yeni sövdələşmələrdən uzaq olmalısınız.

Tərəzi - Bu təqvimdə ümumi gərginlik sizi müşayiət etsə də, çılğınlıq etməsəniz, günü sakit tərzdə başa vuracaqsınız. Nahardan sonra sizi səbəbsiz münaqişələrə cəlb etmək istəyəcəklər - aldanmayın.

Əqrəb - Yeni əlaqələr qurmaq istəyirsinizsə, bu təqvimdən maksimum yararlanmağa çalışın. Nüfuzlu adamların köməyindən istifadə edin. Gəlişixoş sözlər işlətməyin. Onsuz da buna heç kim inanmayacaq.

Oxatan - Ulduzların düzümü maddi çətinliklərinizdən xəbər verir. Çalışın ki, büdcənizdə olan vəsaiti boş məsrəflərə xərcləməyəsiniz. Ailə üzvlərinizin problemlərinə laqeyd yanaşmayın.

Oğlaq - Səhər saatlarında həmkarlarınızla, eləcə də yaxın münasibətdə olduğunuz bəzi kəslərlə mübahisələriniz mümkündür. Dünəndən bəri bürcünüzdə olan Ay sizdən mülayimlik tələb edir.

Dolça - Astroloji göstəricilər potensial imkanlarınızın genişlənəcəyini göstərir. Əgər gücünüzə inanırsınızsa, boş dayanmağa lüzum yoxdur. Axşam saatlarında rəqiblərinizdən qorunmağa çalışın.

Balıqlar - Göy qübbəsi gün ərzində sizi bir neçə dəfə sınaqdan keçirməyə çalışacaq. Buna hazır olun və hər hansı məişət problemini özünüzə dərd etməyin. Şəxsi işlərinizdə dönüş yaranmaqdadır.
Şərh Yaz