12.05.2017 Gündəlik Bürclər (12 May 2017 Günlük Bürclər)
Buğa - Olduqca məhsuldar gündür. Üzərinizə düşən çoxsaylı vəzifələrdən qorxmayın. Əksinə, əzmkarlığınızı artırmaqla nəzərdə tutduğunuz işlərin həllini sürətləndirin. Nəqliyyatda ehtiyatlı olun.
Əkizlər - Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, digər məsələlərdə elə bir çətinliyiniz olmayacaq. Əməkdaşlıq istiqamətində ürəkaçan gedişlər mümkündür. Büdcənizdə irəliləyiş də gözlənilir.
Xərçəng - Olduqca düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizcə olacaq. Hər kəslə xoş ünsiyyət qurmağa çalışın. Axşama yaxın sevindirici xəbərlər eşidə bilərsiniz. Kiçikyaşlılara diqqət ayırın.
Şir - İxtiyarınızda olan bu təqvimin nahara qədərki dövrü gərgin tərzdə davam edəcək. Sonrakı saatlarda ikitərəfli sövdələşmə üçün səmərəli olacaq. Qida rejiminə diqqət yetirin. Qazancınız da olacaq.
Qız - Astroloji göstəricilər yalnız savablar göstərmək üçün münasib vaxt olduğunu bəyan edir. Odur ki, fəaliyyətə ara verib, gəzinti və səfərlərə çıxmağa çalışın. Həmsöhbətlərinizlə doğru-dürüst danışın.
Tərəzi – Riskli hərəkətlərə yol verməyin. Maksimum neytrallıq nümayiş etdirin. Hər dedi-qoduya tələsik reaksiya verməyin. Saat 16-19 arası bütün günah işlərdən çəkinin, yalan vəd verməyin.
Əqrəb - Son vaxtlar Göy qübbəsi əsəblərinizin qaydasında olmadığını göstərir. Bunu nəzərə alıb sakit bir guşəyə çəkilin. Ulduzlar bunun üçün şəxsi büdcənizi də artırmağa hazırdır. Təki siz istəyəsiniz.
Oxatan - Göstəricilərə inansaq, bu gecə narahat yatmısınız. Odur ki, gün ərzində ümumi süstlük sizi tərk etməyəcək. Bu amili nəzərə alıb yaxşıca dincəlin. Dostların əhatəsində olmağa çalışın.
Oğlaq - Bütün işlərinizi saat 15-ə qədər yekunlaşdırmağa çalışın. Belə ki, ideyalarınızı həyata keçirmək üçün sonrakı ərəfə sərfəli deyil. Əksinə, mübahisəli hallar baş verə bilər. Sənədləşdirmə işlərini təxirə salın.
Dolça - Bir qədər mübahisəli gündür. Yaxınlarınızla, həmçinin ailə üzvlərinizlə (xüsusən yaşlılarla) mülayim davranın. Axşamı bütünlüklə gəzinti və qonaqlıqlara həsr edin ki, rahatlıq tapasınız.
Balıqlar – Çoxları ilə müqayisədə bu təqvimdə sizin büdcəsinizdə daha çox artım gözlənilir. Odur ki, gəlir gözlənilən bütün obyektlərə baş çəkin. Aldığınız yeni təkliflərə başdansovdu yanaşmayın.