13.05.2017 Gündəlik Bürclər (13 May 2017 Günlük Bürclər)

12 Mayıs 2017
3 770
0
13.05.2017 Gündəlik Bürclər (13 May 2017 Günlük Bürclər)
Qoç - Əgər səhhətiniz qaydasındadırsa, başqa məsələlərdə nigarançılıq çəkməyəcəksiniz. Nahar ərəfəsində aldığınız dəvətlərdən imtina etməyə çalışın. Qiymətli əşyalarınızı bərk-bərk qoruyun.

Buğa - Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməməyinizdən doğur. Nahardan sonra mənəvi istirahətə yer verin.

Əkizlər - Göy qübbəsi süstlük içində olduğunuzu göstərir. Amma ümidsizləşməməli, həyata daha nikbin nəzərlərlə baxmalısınız. Kollektiv şəkildə mənəvi istirahət etmək istəyirsinizsə, tələsin.

Xərçəng - Gələcək perspektivlərlə bağlı apardığınız bütün sövdələşmələriniz uğurlu olacaq. Odur ki, istənilən görüşdən imtina etməməlisiniz. Bu təqvim alqı-satqı üçün də düşərli ola bilər.

Şir – Öz düşüncənizin mütləq doğru olduğunu zənn etməyin. Sizin kimi insanlar üçün kənar məsləhətlər əksər hallarda effekt verir. Bunu anlayın ki, nicat tapasınız. Bu gün qazanmaq ehtimalınız yüksəkdir.

Qız - Məsləhət görərdik ki, zehni işlərinizi azaldıb daha çox dincələsiniz. Fəaliyyətə isə ümumiyyətlə ara verin. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.

Tərəzi - Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir. Amma səfərə çıxmayın.

Əqrəb - Büdcənizdə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də alacağınız əmanətləri əldə etmək üçün ciddi addımlar atmalısınsz. Bu gün "çağrılmamış qonaq" rolunda çıxış etməyin.

Oxatan – Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşasınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.

Oğlaq – Gücünüzü potensialınızın inkişafına yönəldin. Hər bir məsələdə mövqeyinizi açıq göstərməyə çalışın. Həlledici məqamlarda tərəddüd etmək və ya qapalı olmaq ziyanlıdır.

Dolça - Yaxşı bir gün yaşayacaqsınız. İlahi qaydaları pozmadığınız təqdirdə bütün proseslərdən qazancla çıxacaqsınız. Bir qədər fəlsəfə və psixologiyaya vaqif olun ki, rəğbət qazanasınız.

Balıqlar - Adətən ilin bu ərəfəsində Ay sizin bürcdə olanda mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Yalnız səfərə çıxmaq uğurludur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.