19.05.2017 Gündəlik Bürclər (19 May 2017 Günlük Bürclər)

18 Mayıs 2017
4 149
0
19.05.2017 Gündəlik Bürclər (19 May 2017 Günlük Bürclər)
Qoç - Bütün enerjinizi fəaliyyətə istiqamətləndirin. Çünki yaxın perspektivləriniz bugünkü addımlarınızdan birbaşa asılı olacaq. Daşınmaz əmlak alqı-satqısı ilə bağlı sövdələşmələrə getməyin.

Buğa - Bu mülayim təqvim sizin üçün həddindən ziyadə uğurlu keçməlidir. Ürəyinizcə olan şəxslərlə rastlaşmağınız, eləcə də təzə xəbərlər eşitməyiniz sizi sevindirəcək. Riskdən qorxmayın.

Əkizlər - Astroloji göstəricilər işgüzar səfərlərə çıxmağınızda qəbahət görmür, xüsusən də əgər bu, yeni fəaliyyətlə bağlıdırsa. Başqa məsələlərdə isə neytral qalmağınız məqsədəuyğundur.

Xərçəng - Saat 13-ə qədər sakit şəraitdə olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşam sevdiyiniz şəxslərlə görüşün.

Şir - Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələrə cəlb olunacağınız gözlənilir.

Qız - Göy qübbəsi yalnız ev-eşiklə məşğul olmağınızı tövsiyə edir. Digər işləri isə hələlik təxirə salmağınız məsləhətdir. Yaşca sizdən kiçik olanların qayğısına qalın.

Tərəzi - İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin uğurlu olacağını nəzərə alıb yorulmaqdan çəkinməyin. Kənar müdaxilələrə isə ciddi reaksiya verməyin.

Əqrəb - Əgər bizneslə məşğulsunuzsa, bu gün bəxtiniz gətirə bilər. Çünki bütün göstəricilər uğurlu işbirliyi yaradacağınızdan, həmçinin varlanmağa başlayacağınızdan xəbər verir.

Oxatan - O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Bacardığınız qədər istirahət edin.

Oğlaq - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan işlərdən yayınmalısınız.

Dolça - Maraqlı görüşlər və sövdələşmələr yolunuzu gözləyir. Bir qədər qətiyyətli olun. Bədxah adamlara qarşı rəhmli olmaq o qədər də səmərəli deyil. Ulduzlar qidanıza fikir verməyi məsləhət görür.

Balıqlar - Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. İmkan daxilində ziyarətgahlara üz tutun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.