24.05.2017 Gündəlik Bürclər (24 May 2017 Günlük Bürclər)

23 Mayıs 2017
5 583
0
24.05.2017 Gündəlik Bürclər (24 May 2017 Günlük Bürclər)
Qoç - Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin.

Buğa - Sürprizlərlə dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir.

Əkizlər - Axşam saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməlisiniz.

Xərçəng – Ümumi durumunuz qənaətbəxş olsa da, mənəvi problemlərə dözümsüzlüyünüz işləri korlaya bilər. İndi sizə enerji itirmək yox, güc toplamaq lazımdır. Axşam bir neçə sürprizə hazır olun.

Şir - İxtiyarınızda olan bu şıltaq təqvim sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.

Qız - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.

Tərəzi - Müəmmalı bir tarixdir. Özünüzlə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər.

Əqrəb - Fəaliyyət zəminində uğurlarınız xeyli artacaq. Bu istiqamətdə sizə etibar etdiyiniz bəzi insanlar da kömək edə bilər. Amma nəzərə almalısınız ki, mənfi enerjili Ay hələ də bürcünüzdədir.

Oxatan - İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.

Oğlaq - Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamlara fikir verməyin. Gələn ay üçün görəcəyiniz işləri indidən planlaşdırın. Uzaq səfərə çıxmağı isə təxirə salın.

Dolça - Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.

Balıqlar - Hər bir məsələdə qanunauyğun addım atın. Saxta iş görmək, yalan vəd vermək, məsuliyyətsizlik sizi gözdən sala bilər. Elə edin ki, etibarlı müttəfiq imiciniz öz qüvvəsində qala bilsin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.