30.05.2017 Gündəlik Bürclər (30 May 2017 Günlük Bürclər)
Buğa - Səhhətinizlə bağlı xırda narahatçılığınızı nəzərə almasaq, günün ümumi mənzərəsi xeyrinizə olacaq. Ələlxüsus da nahardan sonra cərəyan edən olaylara görə bu təqvimdən razı qalacaqsınız.
Əkizlər - Böyük yeniliklər astanasındasınız. Bu səbəbdən də hazırkı sıxıntılarınıza görə narahat olmayın. Səbrli və ümidli olun ki, yaxınlaşmaqda olan sürprizlər sizdən yan keçməsin.
Xərçəng - İstər sağlıq durumunuzda, istərsə də əməli fəaliyyətinizdə mövcud olan xoşagəlməzliklər artıq arxada qalacaq. Ona görə də qarşınızda duran öhdəliklərə layiqincə əməl edin.
Şir – Həftənin ən ideal təqvimini yaşayacaqsınız. Ən böyük uğurlarınız isə məhəbbət aləmində baş verəcək. Əgər aktivlik göstərsəniz, nahardan sonra varlana da bilərsiniz. Uzaq yola çıxmayın.
Qız - Hiss olunur ki, darıxdırıcı məqamlar yaşamaqdasınız. Bəzən də düşünürsünüz ki, zülmətə bürünmüş dünyamızın təklənmiş sakinisiniz. Baxışlarınızı dəyişin. Çünki yanlış fikirləşirsiniz.
Tərəzi - Götür-qoy etmək limmitiniz başa çatdığı üçün konkret işə keçin. Artıq bu ərəfədə hansı perspektivlərə yiyələnəcəyinizi təyin etməlisiniz. Müttəfiqlərinizi dəqiqləşdirin.
Əqrəb - Çoxsaylı görüşlərdə iştirak edəcəyinizdən xəbər verən ulduzlar hansısa xoşagəlməzliklə rastlaşma ehtimalınızı təkzib edir. Əksinə, ətrafınızda olanların hər biri ovqatınızı yüksəldəcək.
Oxatan - Əsas enerjinizi əməkdaşlıq istiqamətinə yönəldin. Elə taktika seçin ki, ətrafda ikrah oyatmasın. Sevgilinizlə romantik bir gəzintiyə çıxmaq, münasibətləri aydınlaşdırmaq üçün də düşərlidir.
Oğlaq - Maliyyə problemləriniz artsa da, nəzərdə tutduğunuz işlərin öhdəsindən gələcəksiniz. "Hakim" bürc olduğunuzdan enerjiniz artacaq, günortadan sonra maraqlı insanlarla görüşəcəksiniz.
Dolça - Uzaq səfərə çıxmağa dəyər. Çünki Göy qübbəsi deyilən istiqamətdə bəxtinizi parlada bilər. Kosmik məkanın astroloji mənzərəsi yaxınlarınıza laqeyd qalmamağı tövsiyə edir.
Balıqlar - Kosmik fonun bürcünüzə təsiri bir qədər neqativ olduğu üçün əsas gücünüzü istirahətə verməlisiniz. Çalışın ki, qalmaqaldan uzaq insanların yanında olasınız. Səfərə çıxmaq məsləhət deyil.