07.06.2017 Gündəlik Bürclər (7 İyun 2017 Günlük Bürclər)
Buğa - Peşə fəaliyyətinizdə əsaslı dönüş etmək istəyirsinizsə, bu təqvimdən maksimum yararlanın. Hər bir şansdan, hər bir fürsətdən istifadə edin. Öz qərarlarınızda qətiyyətli olun.
Əkizlər - Səhər saat 07:00-dan Ay bürcünüzdə olsa da, uğurlu bir gün yaşayacaqsınız. Hər addımda xoş ovqat qazanmaq üçün qarşılıqlı münasibətlərdə mülayim davranın. Pul məsələlərində ehtiyatlı olun.
Xərçəng - Astroloji göstəricilər yeni əlaqələrə başlamaq üçün canfəşanlıq göstərməyinizi məsləhət görür. Nahardan sonra isə şəxsi büdcənizdə irəliləyişlər gözlənilir. Uzaq yola çıxmayın.
Şir - İş yerində, həmkar və rəhbərlərinizlə mübahisələriniz ola bilər. Bunun qarşısını almaq üçün ən xırda konfliktlərə belə getməməlisiniz. Səhhətinizin qayğısına qalın, iştahlı olun.
Qız - Həlledici məqamlarda təcrübəli adamlarla məsləhətləşməməyiniz yalnız zərərinizədir. Xarakterinizdə olan bu xüsusiyyəti aradan götürün. İndi lovğalıq və özündənrazılıq predmetləri keçmir.
Tərəzi - Daxili gərginliyiniz nəzərdə tutduğunuz başlıca planların icrasını ləngidir. Çalışın ki, bəd fikirlərdən uzaqlaşıb təbiət qoynundan enerji alasınız. Ziyarətgaha da getmək olar.
Əqrəb - Yaxşı olar ki, ixtiyarınızda olan bu günü bütünlüklə əyləncə və istirahətə həsr edəsiniz. Sevgi amilini daha çox qabardın. Axşam gözləmədiyiniz istiqamətdən sürprizlərlə rastlaşa bilərsiniz.
Oxatan - Bəxtinizdə sürprizlə dolu bir təqvim durur. Odur ki, bədbin fikirləri başınızdan çıxarın. Qara pişikdən, tək səbirdən qorxmayın. Özünüzü kamil insan kimi aparın ki, uğurlarınız artsın.
Oğlaq - Son günlər çox əsəbi olmusunuz. Səhhətinizin passivliyi də məhz bu səbəbdən irəli gəlir. Lakin özünüzü qorumaqla bir neçə uğura yiyələnə bilərsiniz: məsələn, yeni işlə bağlı.
Dolça - Yalnız ailə-sevgi münasibətlərində uğurlu anlarla rastlaşa bilərsiniz. Qalan məsələlərdə, ələlxüsus da işgüzar sövdələşmələrdə isə vəziyyət o qədər də səmərəli olmayacaq.
Balıqlar - İş üslubunda köklü dəyişikliklər etmək fikriniz olsa da, tərəddüdləriniz sizə mane olur. Amma ulduzlar əsl məqamın məhz indi yetişdiyini bildirir. Yersiz riskdən uzaq olun.