18.06.2017 Gündəlik Bürclər (18 İyun 2017 Günlük Bürclər)

17 Haziran 2017
5 873
0
18.06.2017 Gündəlik Bürclər (18 İyun 2017 Günlük Bürclər)
Qoç - Təzadlı hadisələr yaşayacaqsınız. Bir tərəfdən təzə təkliflər, digər tərəfdənsə maddi durumunuzun qənaətbəxş olması sizi sevindirəcək. Lakin mübahisə və konfliktlər də gözlənilir.

Buğa - Durumunuzdan bəlli olur ki, artıq Göy qübbəsi ürəyinizin səsini eşitməkdədir. Bu səbəbdən də qarşısıalınmaz sandığınız maneələr asanlıqla aradan qalxmağa başlayacaq.

Əkizlər - Göy qübbəsi sizi səbrli olmağa çağırır. Əgər bu tövsiyələrə əməl etsəniz, bu təqvimdən razı qalacaqsınız. Sevgiyə diqqəti artırın və dünyadan getmişləriniz üçün dualar oxuyun.

Xərçəng - Nahara qədər hər hansı riskli hərəkətlər etməkdən çəkinməməlisiniz. Çünki nahara qədər buna şansınız olacaq. Saat 16-18 aralığında isə sağlıq durumunuza diqqət yetirin.

Şir - Ümumi süstlüyünüz olsa da, boş oturmayın. Əksinə, qlobal problemlərinizi həll edə biləcək şəxslərlə görüşün. Bu, sizi perspektivlərinizə daha da yaxınlaşdıra bilər. Qəlbinizi sevgisiz qoymayın.

Qız - Bütün hallarda əyləncələrdən uzaq olun. Bu qədər problemin içində kef-damağa nə ehtiyac? Yaxşı olar ki, gələcək planlar barədə müzakirələr aparasınız. Bir daha deyirik: ciddi və əzmkar olun.

Tərəzi - Bu gözəl günü daha çox ailənizlə bir yerdə keçirməyə çalışın. Çünki başqa ünvanlarda qarşılaşdığınız hadisələr ovqatınıza pis təsir edəcək. Ayın sonrakı günlərinin iş planını tutun.

Əqrəb - Astroloji göstəricilər bu təqvimin səmərəli keçəcəyindən xəbər verir. İstər qarşılıqlı münasibətlərdə, istərsə də iş prinsipində nəzərəçarpacaq nailiyyətləriniz gözlənilir.

Oxatan - Şəxsi həyatınızda əsaslı dönüş mümkündür. Nəzərdə tutduğunuz planları sistemləşdirməklə bütün stresslərinizi yüngülləşdirə bilərsiniz. Axı indi Göy qübbəsinə sizin bürc hakimdir.

Oğlaq - Səyahət və səfərlər üçün əlverişli gündür. Amma elə edin ki, gedəcəyiniz yerdə qəlbiqara adamlar olmasın. Əks təqdirdə ovqatınız korlana bilər. Ailə üzvlərinizə qayğı göstərin.

Dolça - Yaxın dostlarınızın dəstəyindən maksimum yararlanın. Belə olduqda böyük işlərin öhdəsindən gələ biləcəksiniz. Büdcənizi artırmaq naminə istənilən çətinliyə tab gətirməlisiniz.

Balıqlar - Göy qübbəsinin qənaətlərinə görə ixtiyarınızda olan bu təqvimi romantik bir tərzdə başa vuracaqsınız. Nahardan sonra ikili görüşlər, büdcədə artım və qonaqlıqlar yolunuzu gözləyir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.