21.06.2017 Gündəlik Bürclər (21 İyun 2017 Günlük Bürclər)

20 Haziran 2017
4 922
0
21.06.2017 Gündəlik Bürclər (21 İyun 2017 Günlük Bürclər)
Qoç - Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.

Buğa - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın. Sirlərinizi açmayın.

Əkizlər - Bu təzadlı təqvimdə bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, daha çox həzin bir musiqiyə qulaq asasınız.

Xərçəng - İqlimin qaynarlığı səhhətinizə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün olduqca vacibdir. Yeni işlərə başlamayın.

Şir – Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.

Qız – Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.

Tərəzi - Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda arayasınız. İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün. Gün ərzində soyuq qidalardan uzaq olun.

Əqrəb - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaq üçün bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.

Oxatan – Dünəndən bəri bürcünüzdə qərar tutan mənfi enerjili Ay tövsiyə edir ki, təpər tapıb qarşınıza çıxan maneələri dəf edəsiniz. Günün ikinci yarısında yeni işgüzar əlaqələr qurmaq üçün əzmkarlığınızı artırmalısınız.

Oğlaq - İqlimin qızmarlığı neçə gündür ki, fiziki yorğunluğunuza səbəb olub. Odur ki, istirahətə daha çox yer ayırın. Günün ikinci yarısında isə uzaq səfərə də çıxmaq olar.

Dolça - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Qızmar yayın bu ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu ərəfə olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr edin.

Balıqlar – Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyə bilər. Sevgi amilinə diqqəti artırın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.