24.06.2017 Gündəlik Bürclər (24 İyun 2017 Günlük Bürclər)
Buğa – Təxminən saat 14-ə qədər istirahət etməyiniz məsləhətdir. Onsuz da həmin ərəfədə hansısa ciddi bir iş görməyiniz çətindir. Sonrakı müddətdə isə əksinə, aktivliyinizi artırmalısınız.
Əkizlər - Ulduzlar ayın ən uğurlu və maraqlı günlərindən birini yaşayacağınızı bəyan edir. Bir tərəfdən şəxsi işlərinizdə müsbət dönüş baş verəcək, digər tərəfdənsə perspektivli təklif alacaqsınız.
Xərçəng - Səbəbsiz narahatçılığınızı dəf etmək üçün yeni mühitdə, yeni insanlar arasında olmağınız məsləhətdir. Bu səbəbdən qonaq getməyə hazırlaşın. Səhhətinizə də fikir verin.
Şir – Yalnız maliyyə məsələlərinin həllində uğur qazana bilərsiniz. Hansısa riskli hərəkət və ya yeni işə başlamaqsa uğursuzdur. Ailə üzvlərinizlə, dostlarınızla mübahisəyə yol verməyin.
Qız - Saat 16:05-ə qədər mənfi enerjili Ayın bürcünüzdə qərar tutması səbəbindən ovqatınız aşağı ola bilər. Amma reallığa obyektiv qiymət verməklə çıxış yolu tapa bilərsiniz. Həmkarlarınızla mülayim davranın.
Tərəzi - Uğurlu gün hesab etmək olar. Ötən on gündə yığdığınız gərginlik xeyli səngiyəcək. Günün ikinci yarısında maraqlı görüş və qonaqlıqlarda iştirakınız da gözlənilir. Məğrur olun.
Əqrəb - Bürcünüzün "hakimiyyət kürsüsündə" tam əyləşməsi qarşınızda ciddi seçim qoyacaq. İndi konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazımdır. Yeni əlaqələrə isə can atmayın.
Oxatan - Ruhunuzu bürüyən gərginliklə mübarizədə daxili rahatlığınızı bərpa edə biləcəksiniz. Bunun üçün maraqlı ünvanlarda olmağınız da vacibdir. Qlobal məsələləri məhz bu gün planlaşdırın.
Oğlaq - Qarşınızda sürpriz dolu bir təqvim dayanıb. Odur ki, passivlik göstərməməli, bütün enerjinizi nəzərdə tutduğunuz planların həlli istiqamətinə yönəltməlisiniz. Axşam mübahisədən çəkinin.
Dolça - Sağlamlığınızla bağlı əmələ gəlmiş problemləriniz azalacaq. Amma günün birinci yarısında daha çox istirahət etməlisiniz. Nahardan sonra isə varlanma ehtimalınız mümkündür.
Balıqlar - Planetlərin bürcünüzdəki müsbət düzümü bu təqvimi romantik tərzdə başa vuracağınıza dəlalət edir. Ən azı iki istiqamətdən sevindirici xəbər ala bilərsiniz. Saat 19-21 aralığında isə ehtiyatlı olun.