02.07.2017 Gündəlik Bürclər (2 İyul 2017 Günlük Bürclər)

01 Temmuz 2017
4 618
0
02.07.2017 Gündəlik Bürclər (2 İyul 2017 Günlük Bürclər)
Qoç – Digərləri ilə müqayisədə bu gün daha çox sizin bürcünüz başıdinc yaşayacaq. Əsas enerjinizi məhəbbətə həsr edin ki, bu proses uzun sürsün. Sövdələşmələrdə təşəbbüskarlığı əldən verməyin.

Buğa - Bir qədər gərgin ərəfədir. Lazımsız məqamlarda, günahsız adamlarla mübahisələrə girişməyin. Əks təqdirdə özünüzə qarşı rəğbəti itirə, həmçinin sevgidə təklənə bilərsiniz. Səfərə çıxmaq yaxşıdır.

Əkizlər - Göy qübbəsi maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Belə ki, nahar ərəfəsində varlanma ehtimalınız var. Lakin boş məsrəflərə xərc çəkməkdən yayınmalı, "yamangünlük" saxlamalısınız.

Xərçəng - Həddindən ziyadə yorğun və gərgin gündür. Qarşınızda duran vəzifələrin öhdəsindən gələcəyinizə inamsızsınız. Amma bədbinləşməyə dəyməz. Çünki gözəl günlər yaxınlaşmaqdadır.

Şir - Şəxsi işlərinizdə müsbət dönüş baş qaldırmaqdadır. Özünüzü tənzimləməyə çalışın. Müvəffəqiyyət başınızı gicəlləndirməməlidir. Vaxtilə həyatınızda rol oynayan insanları yada salın.

Qız - Qarşınızda olduqca məhsuldar bir gün durur. Qərarlarınızda qəti olun. Aldığınız təkliflər müsbət nəticələr verəcək. Axşam uzaq olmayan ünvanlara qonaq gedə bilərsiniz.

Tərəzi - Yaxşı olar ki, günün əsas hissəsini ailə-sevgi məsələlərinə həsr edəsiniz. Başqalarını özünüzdən incik salmayın. Mənasız məsələlərə görə, risk etməyə lüzum yoxdur.

Əqrəb - Sürprizlərlə dolu bir gün yaşayacaqsınız. Çox güman ki, bir neçə sevindirici hadisənin şahidinə çevriləcəksiniz. Nahar ərəfəsində isə müqəddəs ziyarətgahlarımızdan birinə baş çəkin.

Oxatan - Hiss olunur ki, maddi durumunuz ürəkaçan deyil. Bu səbəbdən də ümumi ovqatınız aşağı səviyyədədir. Lakin ulduzlar axşama doğru kisənizdə dəyişiklik olacağına eyham edir.

Oğlaq - Ətafınızda baş verən hadisələrin ürəyinizcə getməməsi ümumi ovqatınızı aşağı salmaqdadır. Lakin ruhdan düşməyə heç bir əsas yoxdur. Sadəcə, bir qədər səbr edib, yeni perspektivə hazırlaşmaq lazımdır.

Dolça – İyul ayının ən düşərli günlərindən birini yaşayacaqsınız. Hər mənada uğurlu məqamlarla üzləşəcəksiniz. Yeni təkliflər, xoş xəbərlər, maddi irəliləyiş – bir sözlə, ətrafda hər şey gözəl olacaq.

Balıqlar - Təxminən saat 15-ə qədər mübahisəli situasiyalara cəlb olunma ehtimalınız var. Özünüzü ələ almağı bacarsanız, sonrakı saatlarda şəxsi işlərinizdə müsbət dönüş baş qaldıracaq. Qohumlara sayqı göstərin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.