04.07.2017 Gündəlik Bürclər (4 İyul 2017 Günlük Bürclər)
Buğa - Fəaliyyət müstəvisində çox uğurlu vaxtdır. Aldığınız hər bir təklifə müsbət yanaşın. Bütün mənbələr maddi durumunuzda irəliləyişlər olacağını göstərir. Münasibətlərə fikir verin.
Əkizlər – Proqnozlara görə bu gün hava çox isti olacaq. Bu səbəbdən də günün ilk yarısını daha çox istirahətə həsr etməlisiniz. Sonrakı müddətdə isə iyul planlarınızı bir daha götür-qoy edin.
Xərçəng – Başqalarının şəxsi işinə qarışmaq, dedi-qoduya əhəmiyyət vermək, riskli pul yatırımları etmək sizi təhlükəyə ata bilər. Ulduzlar fəaliyyətdə və ünsiyyətdə hər şeyin ürəyinizcə olacağını bildirir.
Şir - Yaxşı olar ki, bu gün kiməsə yalan vədlər verməyəsiniz. Günün ikinci yarısında sizə ehtiyacı olan yaxınlarınıza baş çəkməyə çalışın. Büdcənizdə artım da gözlənilir.
Qız - Mübarək günlərə təsadüf edən bu təqvimdə bacardığınız qədər savab işlər görün. Ətrafınızda olanların rəğbətini qazanmaq gün ərzində başlıca vəzifənizə çevrilməlidir. Hər hansı səfər uğurlu deyil.
Tərəzi - İxtiyarınızda olan bu gözəl təqvimdə falçı və ya cadugərlərə üz tutmaqdansa Allaha xoş gedən addımlar atın. Ulduzlar bu gün maddi irəliləyişlə bahəm, maraqlı tanışlıqlardan da xəbər verir.
Əqrəb - Əsas gücünüzü sevgi amilinə yönəldin. Çünki qarşı tərəflə aranızda ciddi anlaşılmazlıqlar var. Ulduzlar səmimi və mehriban olmağı tövsiyə edir. Uzaq səfərə hazırlaşmağa dəyər.
Oxatan - Göy qübbəsi nahara qədər müəyyən gərginliklə üzləşəcəyinizi bildirir. Yaxşı olar ki, həmin vaxt təmkin göstərib adi işlərlə məşğul olasınız. Sonrakı ərəfə isə çox uğurludur.
Oğlaq- Ailə-sevgi münasibətlərində olan gərginlik tədricən qaydasına düşəcək. Artıq ünsiyyətdə olduğunuz hər kəs sizi anlamağa başlayacaq. Fəaliyyət zəminində riskli və təhlükəli addım atmayın.
Dolça – Xarakterinizə münasib olmayan mənfi enerjili Ay 14:42-ə qədər bürcünüzdə qərar tutsa da, bu gün sizə əlavə enerji verəcək. İstənilən söhbətdə ədalət prinsiplərini qoruyun. Axşama doğru şübhəli qidalardan qaçın.
Balıqlar - Yarımçıq işlərinizi yekunlaşdırmaq üçün daxili potensialınız artacaq. Bu istiqamətdə sizə dəstək verənlər də olacaq. Heç də hamıya şübhə ilə yanaşmayın. Şəxsi büdcənizi qoruyun.