13.07.2017 Gündəlik Bürclər (13 İyul 2017 Günlük Bürclər)
Buğa - Nahara qədər bütün ciddi işləri təxirə salın. Yoxsa gərginlikdən qurtula bilməyəcəksiniz. Bədxah insanlarla rastlaşma ehtimalınız da var. Bacardığınız qədər təmkinli olun.
Əkizlər - Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməməyinizdən doğur. Nahardan sonra mənəvi istirahətə yer verin.
Xərçəng - Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşasınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.
Şir - Gələcək perspektivlərlə bağlı apardığınız bütün sövdələşmələriniz uğurlu olacaq. Odur ki, istənilən görüşdən imtina etməməlisiniz. Bu təqvim alqı-satqı üçün də düşərli ola bilər.
Qız - Fiziki cəhətdən zəiflədiyinizdən fəaliyyət barədə az düşünün. Hansısa riskli işə baş qoşmağa dəyməz. Saat 15-dən sonra şəxsi büdcənizdə müəyyən artımlar gözlənilir. Səfərə çıxmayın.
Tərəzi - Olduqca rəvan bir gündür. Çoxsaylı və maraqlı hadisələrlə rastlaşacaqsınız. Amma acıdil adamların atmacalarına təmkinlə yanaşmalısınız. Sürprizlər də gözlənilir.
Əqrəb - Adətən ilin bu ərəfəsində Ay sizin bürcdə olanda mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Yalnız səfərə çıxmaq uğurludur.
Oxatan - Göy qübbəsi süstlük içində olduğunuzu göstərir. Amma ümidsizləşməməli, həyata daha nikbin nəzərlərlə baxmalısınız. Kollektiv şəkildə mənəvi istirahət etmək istəyirsinizsə, tələsin.
Oğlaq - Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir.
Dolça - Yaxşı olar ki, zehni işlərinizi azaldıb daha çox dincələsiniz. Fəaliyyətə isə ümumiyyətlə ara verin. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.
Balıqlar - Büdcənizdə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də alacağınız əmanətləri əldə etmək üçün ciddi addımlar atın. Bu gün "çağrılmamış qonaq" rolunda çıxış etməyin.