19.07.2017 Gündəlik Bürclər (19 İyul 2017 Günlük Bürclər)

18 Temmuz 2017
5 599
0
19.07.2017 Gündəlik Bürclər (19 İyul 2017 Günlük Bürclər)
Qoç - Bütün göstəricilər maraqlı insanlarla rastlaşacağınızdan, uğurlu məqamlar yaşayacağınızdan xəbər verir. Fəaliyyətdə və işgüzar sövdələşmələrdə isə hansısa yenilik olmayacaq. Səfərə çıxmayın.

Buğa - Qərarlarınızda ədalətlilik prinsiplərinə söykənsəniz, mövcud problemləriniz həll oluna bilər. Heç olmasa bu gün hamı haqqında yaxşı düşünün ki, hər şey müsbət sonuclansın.

Əkizlər - İş barədə düşünməyə dəyməz. Çünki ulduzlar sizə istirahət, əyləncə və səfərlər tövsiyə edir. Qətiyyən "kef-damaq harama yaraşır?" deməyin. Axı dərdlə sevinc əkiz yaranıb.

Xərçəng – Saat 12-17 arası qalmaqallı situasiyalara cəlb oluna bilərsiniz. Bu, ilk növbədə pulla bağlı ola bilər. Göy qübbəsi əmin olmadığınız işlərə görə vəd verməyinizin əleyhinədir.

Şir - Vəzifəcə sizdən yüksək olan şəxslər haqqında mənfi fikrə gəlməyiniz işlərinizin gedişində qüsurlar yaradır. Naşükür olmayın. Unutmayın ki, həmişə "su axıb öz çuxurunu tapar".

Qız - Fəaliyyətlə bağlı müəyyən irəliləyişlərə nail olacağınızdan xəbər verən ulduzlar hər an təmkin göstərməyinizi tələb edir. Çünki hər şeyə birdən-birə nail olmaq mümkün deyil.

Tərəzi - Ümumi məziyyətlərinə görə gərgin gündür. Az qala ətrafınızda olan hər kəs əsəblərinizi tarıma çəkməyə çalışacaq. Odur ki, mənasız söhbətlərə aludə olmamağınız məsləhətdir.

Əqrəb - Əsas işinizi pul məsələləri üzərində qurun. Çünki bütün astroloji göstəricilər yalnız maliyyə cəhətdən uğurlarınızın artacağını bəyan edir. Heç kimə borc verməyin.

Oxatan - Qarşılıqlı münasibətlər zəminində mübahisələriniz gözlənilir. Bu istiqamətdə daha çox iş yoldaşlarınız və qonşularınızla soyuqluq mümkündür. Xırdaçılığa meyl etməyin.

Oğlaq - Səhhətlə bağlı problemləriniz bu gündən etibarən qaydasına düşəcək. Bununla da aktivliyiniz artacaq. Saat 15-19 arası perspektivli danışıqların və digər sürprizlərin iştirakçısı olacaqsınız.

Dolça - Nə qədər qaynar olsa da, bu təqvim öz çalarlarına görə, iç dünyanızda böyük dəyişiklik edə bilər. Odur ki, savab işlərinizin sayını artırmalısınız. Saat 20-dən sonra mütləq evdə olun.

Balıqlar - Yaxşı olar ki, əsas enerjinizi fəaliyyətə yönəldəsiniz. Hansısa sövdələşmə və maliyyə planları isə perspektivli deyil. Risk etməkdənsə həyatın axarına qoşulmağınız yaxşıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.